|
Azərbaycan Dövlət Uşaq Filarmoniyası nəzdində Uşaq-Gənclər Simfonik Orkestrinin və Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin Uşaq Xor Kapellasının solistlərinin xüsusi təqaüdə layiq görülməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 |
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycanda gənc istedadlara dövlət qayğısı haqqında” 1996-cı il 22 iyun tarixli 464 saylı Fərmanına uyğun olaraq qərara alıram:
Azərbaycan Dövlət Uşaq Filarmoniyası nəzdində Uşaq-Gənclər Simfonik Orkestrinin və Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin Uşaq Xor Kapellasının musiqi sahəsində xüsusi istedadı olan aşağıdakı solistlərinin adları Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na yazılsın və onlar Azərbaycan Respublikası Prezidentinin xüsusi aylıq təqaüdünə layiq görülsünlər:
Ağazadə Elgün Bəhram oğlu
Bakı şəhər Leopold və Mstislav Rostropoviçlər adına 21 nömrəli musiqi məktəbinin şagirdi
Ağazadə Şəms Balağa qızı
Bakı şəhər Leopold və Mstislav Rostropoviçlər adına 21 nömrəli musiqi məktəbinin şagirdi
Əsədova Aysel Xanbala qızı
Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin şagirdi
Hacıyeva Günay Qostan qızı
Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin şagirdi
İbrahimova Nigar Rüfət qızı
Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin şagirdi
Qarayusifli Cəmilə Əziz qızı
Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin şagirdi
Quliyev Tural Vaqif oğlu
Bakı şəhər Leopold və Mstislav Rostropoviçlər adına 21 nömrəli musiqi məktəbinin şagirdi
Qurşumova Günel Arif qızı
Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin şagirdi
Məmmədəliyev Məmmədəli Rüstəm oğlu
Bakı Musiqi Akademiyasının tələbəsi
Muradzadə Leyla Rauf qızı
Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin şagirdi
Rəcəbli Məmməd Qüdrət oğlu
Bakı Musiqi Akademiyasının tələbəsi
Rəsulov Sabir Fərhad oğlu
Bakı şəhər Leopold və Mstislav Rostropoviçlər adına 21 nömrəli musiqi məktəbinin şagirdi
Rzayeva Həmidə Seyran qızı
Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin şagirdi
Sadıqova Günel Gündüz qızı
Bakı şəhər Rəşid Behbudov adına 2 nömrəli musiqi məktəbinin şagirdi
Seyidov Anar Uran oğlu
Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin şagirdi
Şixalizadə Aytac Vladimir qızı
Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin şagirdi
Tağıyev Tural Telman oğlu
Bakı şəhər Rauf Hacıyev adına 15 nömrəli uşaq musiqi məktəbinin şagirdi
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti.
Bakı şəhəri, 31 iyul 2008-ci il.
|