|
C.Cabbarlı adına Respublika Gənclər kitabxanasında 18 yanvar 2010-cu il tarixdə “Yanvar şəhidləri” mövzusunda dəyirmi masa keçirilmişdir.
Dəyirmi masa ekranda Qanlı yanvar görüntüləri ilə başlamış tədbir iştirakçıları 20 Yanvar şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
Tədbirlə əlaqədar “Olmayaydı Qara Yanvar” başlığı altında kitab sərgisi açılmış “20 yanvar – Azadlıq mübarizəsinin zirvəsi” adlı foto-stend təşkil olunmuşdur.
Dəyirmi masada 31, 176 saylı orta məktəbin şagirdləri, BDU-nun tələbələri iştirak etmişlər.
Tədbiri kitabxananın elmi işlər üzrə direktor müavini X.Musayeva açıb qeyd etmişdi ki, Azərbaycan xalqı əsrlər boyu çox qurbanlar verib, torpağında çox şəhidlər basdırıb. Sanki Azərbaycan torpağının taleyinə şəhid qanı ilə suvarılmaq yazılıb. Lakin, Vətən uğrunda ölmək, Vətən uğrunda şəhid olmaq ən böyük şərəfdir.
Kitabxanaçılardan L.Əhmədova, S.Şəfiyeva və T.Əlibəyova dəhşətli yanvar gecəsindən 20 il ötsə də əsrlərin yaddaşına qanlı Yanvar yazılan tarixə çevrilən bu faciənin heç vaxt unudulmayacağını, şəhidlik zirvəsinə ucalanların adlarının əbədi yaşayacağını, onların azadlıq ideyalarını Vətənin layiqli övladları həmişə qorunub saxlanılacağını qeyd etmişlər. Çıxış edənlər bütün dünyanı Yanvar facisini tanımağa, onu törədənləri cəzalandırmağa səsləmişlər. 20 Yanvar faciəsi zamanı şəhid olan vətən övladları haqqında ürək ağrısı ilə danışmışlar.
20 Yanvar şəhidlərindən A.Ağaverdiyevin adını daşıyan 31 saylı orta məktəbin şagirdləri tədbirdə “Ağrım-acım şəhidlik tacım” adlı ədəbi kompozisiya ilə çıxış etmişlər.
Dəyirmi masa 20 Yanvar faciəsini əks etdirən tövsiyə-ədəbiyyata sıyahısının oxunuşu ilə başa çatmışdır.
|