|
M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının əməkdaşlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycanda kitabxana işinin inkişaf etdirilməsində xidmətlərinə görə Mirzə Fətəli Axundov adına Azərbaycan Milli Kitabxanasının aşağıdakı əməkdaşları “Tərəqqi” medalı ilə təltif edilsinlər:
Ağayeva Fatma Həsən qızı
Bayramov Dəmir Əmrah oğlu
Əsədova Bənövşə Ağamalı qızı
Həmidova Hərifət Mülki qızı
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti.
Bakı şəhəri, 17 noyabr 2008-ci il.
|