Ana səhifə Haqqımızda Hüquq mərkəzi Elektron kataloq Elektron kitabxana     Foto qalereya Əlaqə
 


Gənclər hərəkatı

    Ümummilli lider
kitabxanalar haqqında


Prezident və mədəniyyət

Yeni kitablar

Aktual mövzular

Mədəniyyət və Turizm Nazirliyinin yenilikləri

Bu ay teatrlarımızda

Təhsil

Qəzet və jurnallar

Azərbaycan kitabxanaları
internetdə


Dünya kitabxanaları
internetdə



Azərbaycan

Tarixi

Xəritəsi

Dövlət rəmzləri

Azərbaycanın turizm
gözəllikləri


Dağlıq Qarabağ problemi

31 Mart-Soyqırım günü
 

"Kitabxana işi haqqında" və "Muzeylər haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2007-ci il 16 iyun tarixli 390-IIIQD nömrəli qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

"Kitabxana işi haqqında" və "Muzeylər haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2007-ci il 16 iyun tarixli 390-IIIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində;
1.1. qüvvədə olan qanunvericilik aktlarının "Kitabxana işi haqqında" və "Muzeylər haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişikliklər edilməsi barədə" Azərbaycan Respüblikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. öz səlahiyyətləri daxilində "Kitabxana işi haqqında" və "Muzeylər haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasmm Qanunundan irəli gələn digər məsələləri həll etsin.
2. Bu Sərəncam dərc edildiyi gündən qüvvəyə minir.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti.
Bakı şəhəri, 21 iyun 2007-ci il.