AİDA İMANQULİYEVA 80

Aida İmanquliyeva

Aida xanım unudulmaz bir şəxsiyyət idi. O, qısa, amma çox parlaq və xoşbəxt həyat yaşamışdır. Azərbaycan qadınına xas olan ən gözəl xüsusiyyətləri özündə cəmləşdirmişdi. Yüksək savadlı, ziyalı, vətənpərvər, prinsipial bir alim, eyni zamanda çox zərif, çox gözəl, bütün sevgisini ailəsinə bağışlayan, hər zaman ürəkdən kömək göstərməyə hazır olan bir qadın idi. Aida xanımın bütün elmi yaradıcılığı Azərbaycan ilə Şərq dünyası arasında əlaqələrin qurulub möhkəmlənməsinə yönəldilmişdi.
Mehriban Əliyeva

… Müasir tələbələr Aida İmanquliyevanı görməsələr də, onun yazdığı elmi kitabları, əsərləri oxumaqla Azərbaycanın elm, mədəniyyət, təfəkkür tarixində yeri olan belə əvəzsiz alim haqqında geniş məlumat əldə edə biləcəklər. Gələcək nəsillər, xüsusilə də şərqşünaslıq elmi ilə məşğul olan hər bir tədqiqatçı Aida İmanquliyevanın zəngin elmi irsindən istifadə edəcək və onun əsl alim kimi keçdiyi şərəfli ömür yolunu yenidən öyrənəcəklər.
Nərgiz Paşayeva