Beynəlxalq əlaqələr

30-cu Beynəlxalq Kitab Sərgi-yarmarkası

Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində 06 -10 sentyabr 2017-ci il tarixlərdə 30-cu Beynəlxalq Kitab Sərgi-yarmarkası keçirilmişdir. Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının direktoru Tahir Sadıqov konfransda iştirak etmişdir. Sərgi-yarmarkada Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı və dəstəyi ilə qurulan stenddə ölkəmizin kitabları da nümayiş edildi. Azərbaycan stendində ölkəmizin tarixi, dövlətçiliyi, mədəniyyəti, elm və turizm imkanlarını əks etdirən nəşrlər,- ümumilikdə yüz əlli adda kitab və çap məhsulları nümayiş olundu. Sərgidə Qarabağ həqiqətlərini əks etdirən ədəbiyyatlara da xüsusi yer ayrıldı. Sərgi-yarmarka başa çatdıqdan sonra bütün kitablar ölkəmizin Rusiyadakı səfirliyinə təqdim edildi.

“Kitabxana işi üzrə Xəzərətrafı ölkələrin Assambleyasının 5-ci konfrans”ı

Həştərxan Vilayətində 25 avqust 2017 - ci il tarixdə “Kitabxana işinin gənc peşəkarlığı” mövzusuna həsr olunmuş “Kitabxana işi üzrə Xəzərətrafı ölkələrin Assambleyasının 5-ci konfrans”ı keçirilmişdir. Konfransda Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının direktoru Tahir Sadıqov “Azərbaycanda Azərbaycan Respublikası Gənclər Kitabxanasının İnformasiyalaşdırması ” mövzusunda çıxış etmişdir. Tahir Sadıqov öz çıxışında Azərbaycanda Gənclər Kitabxanasının müasir fəaliyyətinin əsas parametrlərindən biri olan daxili iş proseslərinin informasiyalaşdırılması sahəsində yeni informasiya – kommunikasiya texnologiyalarının tətbiqi səviyyəsini konfrans iştrakçılarının nəzərinə çatdırdışdır. Həmçinin, cəmiyyətin intellektual, mənəvi potensialının inkişafında kitabxanaların əvəzsiz rolundan, bu sahədə əsaslı islahatların aparılmasından, 06 oktyabr 2008-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasında kitabxana- informasiya sahəsinin 2008-2013 -cü illərdə inkişafı üzrə dövlət proqramının əhəmiyyəti haqqında geniş məlumat vermişdir. Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının əməkdaşlarının Beynəlxalq əlaqələrini, Soçi-Adler, Anapa, Moskvada keçirilən beynəlxalq konfranslarda iştraklarını, eləcə də Azərbaycanın Gəncə şəhərində keçirilən “Gənclər – innovasiyalar Kitabxanalar” Azərbaycan-Rusiya elmi- praktiki konfransını xüsusi qeyd etmişdir. Əldə edilmiş şifahi razılığa əsasən çox qısa zamanda Həştərxan Vilayəti Gənclər Kitabxanası və digər kitabxanalarla əməkdaşlığa dair müqavilələrin imzalanması nəzərdə tutulur. Konfrans materialları 2017-ci ilin axırına kimi çap ediləcək və bir nüsxə kitabxanamıza göndəriləcək.

“Gənclər-innovasiyalar-kitabxanalar” adlı Azərbaycan-Rusiya elmi-praktiki konfrans

Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamını icra etmək məqsədilə Azərbaycan Respublikası Mədəniyyət vəTurizm Nazirliyinin 21 aprel 2016-cı il tarixli 152 nömrəli əmri ilə “Gəncə şəhərinin “2016-cı il Avropa gənclər paytaxtı” seçilməsi ilə əlaqədar tədbirlər haqqında” tədbirlər planı təsdiq edilmişdir. Tədbirlər planının 10-cu bəndinə əsasən Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası ilə birgə 04 noyabr 2016-cı il tarixdə Gəncə şəhərində “Gənclər-innovasiyalar-kitabxanalar” adlı Azərbaycan-Rusiya elmi-praktiki konfrans keçirilmişdir. Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının direktoru Tahir Sadıqov konfransda iştirak etmişdir.

“Milli ədəbiyyatlar dialoqu”, “Məhəbbət-həyat poeziya və günəşdir” mövzusunda Soçi-Adler şəhərində Avrasiya-kitabxana internet-forum

24-25 oktyabr 2015-ci il tarixdə XV Beynəlxalq konfrans “Kitabxanalardan gələcəyə” 2015-ci il Beynəlxalq layihə çərçivəsində “Milli ədəbiyyatlar dialoqu”, “Məhəbbət-həyat poeziya və günəşdir” mövzusunda Soçi-Adler şəhərində Avrasiya-kitabxana internet-forum keçirilmişdir. Keçirilən forumda və 26-28 oktyabr tarixlərində XV Beynəlxalq konfrans “Kitabxanalardan gələcəyə”, “Rusiyada ədəbiyyat ili, XXI əsr oxucularına gedən yol” mövzuda keçirilən konfransda Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının direktoru Tahir Sadıqov çıxış etmişdir. Tahir Sadıqov öz çıxışında Azərbaycanın qədim və zəngin mədəniyyətindən və qədim dövrlərdən bu günə qədər Kitab və Kitabxanaların keçdiyi tarixi inkişaf yolu haqqında iştirakçılara ətraflı məlumat vermişdir. Eyni zamanda konfransda Tahir Sadıqovun müəllif olduğu “ Cabbarlı adına Respublika Gənclər Kitabxanasının dünəni, bu günü və sabahı” adlı kitabının təqdimatı keçirilmişdir.

“Kitabxanalar üçün informasiya texnologiyaları, komputer sistemləri və nəşriyyat məhsulları” mövzusunda XVIII Beynəlxalq Konfrans

10-14 noyabr 2014-cü il tarixdə Rusiya Federasiyasının Suzdal şəhərində “Kitabxanalar üçün informasiya texnologiyaları, komputer sistemləri və nəşriyyat məhsulları” mövzusunda XVIII Beynəlxalq Konfrans (LİBKOM 2014) keçirilmişdir. Həmin konfransda C.Cabbarlı adına Respublika Gənclər kitabxanasının direktoru Tahir Sadıqov çıxış edərək konfrans iştirakçılarını Odlar yurdu, günəşli Azərbaycan adından salamlamış, gələcəkdə də Rusiya-Azərbaycan dostluq əlaqələrinin möhkəmlənməsindən danışmış və konfransda iştirakına görə konfransın Təşkilat Komitəsinə öz təşəkkürünü bildirmişdir.

“Yeni mədəni dövlət siyasəti: müasir gənclik üçün yeni kitabxana formatı” mövzusunda XIV Beynəlxalq Konfrans

15-23 sentyabr 2014-cü il tarixdə Rusiya Federasiyasının Soçi-Adlerdə “Yeni mədəni dövlət siyasəti: müasir gənclik üçün yeni kitabxana formatı” mövzusunda XIV Beynəlxalq Konfrans keçirilir. Konfransda Mədəniyyət və Turizm Nazirliyinin C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasının direktoru T.Sadıqov iştirak etmişdir. Tahir Sadıqov konfransda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 06 oktyabr 2008-ci il tarixdə “Azərbaycan Respublikasında kitabxana-informasıya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə” Dövlət Proqramının təsdiq edilməsinə dair imzaladığı Sərəncam haqqında məlumat vermişdir. Tahir Sadıqov Dövlət Proqramından irəli gələn tədbirlər sırasında müasir Azərbaycan oxucularının kitabxana-informasiya sahəsinə olan tələbatının ödənilməsi, kitabxana fondunun klassik və müasir Azərbaycan, Dünya ədəbiyyatı ilə daim zənginləşdirilməsi, kitabxanaların qloballaşmış dünya informasiya məkanına çıxması, kitabxanaların maddi-texniki bazasının yüksəldilməsi və s. bu kimi mövzular haqqında geniş məlumat vermişdir. Eyni zamanda T.Sadıqov müəllifi olduğu “C.Cabbarlı adına Respublika Gənclər Kitabxanası: dünəni,bu günü və sabahı” adlı kitabını konfrans iştirakçılarına hədiyyə etmişdir.

“Kitabxanalar və informasiya resursları müasir aləmdə, elm, mədəniyyət, təhsil və biznes – 20-ci Beynəlxalq Konfrans”

08-16 iyun 2013-cü il tarixdə Ukrayna Respublikasının, Krım vilayətinin Sudak şəhərində keçirilən “Kitabxanalar və informasiya resursları müasir aləmdə, elm, mədəniyyət, təhsil və biznes – 20-ci Beynəlxalq Konfrans” keçirilmişdir. Konfransda iştirak edən C.Cabbarlı adına Respublika Gənclər kitabxanasının direktoru Tahir Sadıqov bir sıra kitabxanalarla əməkdaşlıq etmək mövzusunda fikir mübadiləsi aparmışdır. Tahir Sadıqovun Krım konfranslarında yaxşı iştiraklarına və çxışlarına görə Krım-tatar Respublikasının İ. Qaspirinski adına kitabxanasının “Türkdilli xalqların və regionların kitabxanaları: qarşılıqlı münasibətlərin və əməkdaşlığın prioritetləri” Tərifnamə ilə təltif olunmuşdur. C.Cabbarlı adına Respublika Gənclər kitabxanasının direktoru həmin kitabxanaya müəllif Eldar Əliyevin ulu öndər Heydər Əliyevə həsr etdiyi “Sönməz günəş” adlı beş cildlik kitabı hədiyyə etmişdir.

“Effektiv kitabxana: funksiyaların və inkişaf modellərin müxtəlifliyi. Gənc oxucu ilə birgə dəyişirik” mövzusunda XIII Beynəlxalq Konfrans

15-21 sentyabr 2013-cü il tarixdə Soçi-Adlerdə “Effektiv kitabxana: funksiyaların və inkişaf modellərin müxtəlifliyi. Gənc oxucu ilə birgə dəyişirik” mövzusunda XIII Beynəlxalq Konfrans keçirildi. C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasının direktoru Tahir Sadıqov konfrasnsda iştirak etmişdir. Konfransda “Beynəlxalq veb-sessiya “Kitabxana-informasiya xidmətlərinin müasir modelləri”, “Kitabxanalar, nəşriyyatlar, kitab satışı və KİV : mütaliənin inkişafı sahəsində effektiv modellərin qarşılıqlı əlaqələrin formalaşması” və s. mövzularda dəyirmi masa, seminar və sərgilər təşkil olunmuşdur. C.Cabbarlı adına Respublika Gənclər Kitabxanası Stavrapol vilayətinin Gənclər Kitabxanası, Krasnodar vilayətinin Gənclər Kitabxanası və Adıgey Respublika Gənclər Kitabxanası ilə gələcəkdə birgə əməkdaşlığa dair fikir mübadiləsi aparmışdır.

“Kitabxanalar və informasiya resursları müasir aləmdə, elm, mədəniyyət, təhsil və biznes – 19-cu Beynəlxalq Konfrans” ı

02-10 iyun 2012-ci il tarixdə Ukrayna Respublikasının Krım vilayətinin Sudak şəhərində “Kitabxanalar və informasiya resursları müasir aləmdə, elm, mədəniyyət, təhsil və biznes – 19-cu Beynəlxalq Konfrans” ı keçirilmişdir. C.Cabbarlı adına Respublika Gənclər kitabxanasının direktoru Tahir Sadıqov və kitabxananın əməkdaşı Solmaz Osmanova Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 6 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı” nın Tədbirlər Planının 2.8.5. bəndində nəzərdə tutulan Azərbaycan kitabxanalarının beynəlxalq əlaqələrinin inkişafı, kitabxana-informasiya sahəsinin zəruri istiqamətləri üzrə tədbirlərin icrası ilə əlaqədar konfransda iştirak etmişlər. Tahir Sadıqov konfransda Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin inkişafına Prezident İlham Əliyevin, Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin, mədəniyyət və turizm nazirliyinin kitabxana işi sektorunun müdiri Lətifə Məmmədovanın göstərdiyi böyük qayğı və diqqət haqqında məlumat vermişdir. O Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşlərin həyata keçirilməsi haqqında” 2004-cü il 12 yanvar və “2005-2006-cı illərdə Azərbaycan dilində latın qrafikası ilə çapı nəzərdə tutulan əsərlərin siyahısının təsdiq edilməsi haqqında” 2004-cü il 27 dekabr tarixli sərəncamlarına əsasən, son üç il ərzində ümumi sayı doqquz milyona yaxın ədəbiyyatın nəşr olunması və ölkə kitabxanalarına hədiyyə edilməsi haqda geniş çıxış etmişdir.

“Kitabxanalar milli mədəniyyətin dirçəliş resursudur” mövzusunda Azrbaycan-Rusiya Beynəlxalq konfransı

C.Cabbarlı adına Respublika Gənclər kitabxanasında 18-19 oktyabr 2011-ci il tarixdə Mədəniyyət və Turizm Nazirliyinin və YUNESKO-nun “İnformasiya hamı üçün” Proqramının Azərbaycan komitəsinin təşkilati dəstəyi ilə “Kitabxanalar milli mədəniyyətin dirçəliş resursudur” mövzusunda Azrbaycan-Rusiya Beynəlxalq konfransı keçirilmişdir. Mədəniyyət və Turizm Nazirliyinin, Rusiya Federasiyasının Mədəniyyət Nazirliyinin məsul işçilərinin, mütəxəssislərin, KİV nümayəndələrinin iştirakı ilə keçirilmiş konfransı C.Cabbarlı adına Respublika Gənclər kitabxanasının direktoru Tahir Sadıqov açaraq kitabxana sisteminin inkişafında beynəlxalq əlaqələrin qurulmasının vacibliyindən danışaraq sözü Mədəniyyət və Turizm Nazirinin birinci müavini Vaqif Əliyevə vermişdir. V.Əliyev dövlətlərarası münasibətlərdə kitabxanaların rolundan danışmış, müstəqilliyimizin 20 illik yubileyi ərəfəsində keçirilmiş konfransın iştirakçılarını , bütövlükdə xalqımızı bayram münasibətilə təbrik etmişdir. Sonradan söz Mədəniyyət və Turizm Nazirliyinin kitabxana sektorunun müdiri Lətifə Məmmədovaya verilmişdir. L.Məmmədova qonaqları salamlamış və “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı”nın qəbulundan sonra bu sahədə dinamik inkişaf hiss edilməsini və Azərbaycan kitabxanaçılarının hər il müxtəlif beynəlxalq tədbirlərdə iştirak etdiyini, kitabxanaların da beynəlxalq tədbirlərdə fəal təmsil olunduğunu qeyd etmişdir. Rusiya Federasiyasının Azərbaycandakı Fövqəladə və səlahiyyətli səfiri Vladimir Dmitriyeviç Doroxin, YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının məsul katibi Günay Əfəndiyeva, Azərbaycan Respublikası Milli Komissiyası yanında YUNESKO-nun “İnformasiya hamı üçün” proqramının Azərbaycan Komitəsinin sədri, Mədəniyyət və Turizm Nazirliyinin kitabxana sektorunun müdiri Lətifə Məmmədova mövzu ilə bağlı geniş, məzmunlu çıxış etmişlər Konfransda Yevgeniya Kulikovanın “Biblio şəhər” kitabxana-informasiya sistemi Moskva şəhərinin kütləvi kitabxanalarının inkişafının perspektivi kimi”, Vadim Stepanovun “Rəqəmsal kontentin qanuni yayılması sistemində kitabxanalar”, Tatyana Kuznetsovanın “Müasir dünyada kütləvi kitabxana”, “Rusiya kitabxanalarının modernləşdirilməsi və onların sosial innovasiya praktikası: proseslərin sistemli analizi, “Şöhrət” ordenli, professor Abuzər Xələfovun “Kitabxana və kommunikasiya, Nadejda Rojkovanın “Belqorod vilayətinin model ictimai kitabxanaları: innovasiyalı inkişaf konsepsiyası”, İ.Makarenkonun “Kütləvi kitabxanalarda ictimai əhəmiyyət kəsb edən informasiya mərkəzinin təşkilinə müasir yanaşmalar”, Lətifə Məmmədovanın “Azərbaycan kitabxanarı müstəqillik illərində 1991-2011”, Samir Abbasovun “Elektron kitabxanaların informasiya saxlanılması və informasiya cəmiyyətinin inkişafında əvəzsiz vasitədir”, hüquq elmləri üzrə fəlsəfə doktoru Əli Eyvazov və C.Cabbarlı adına Respublika Gənclər kitabxanasının İctimai Hüquqi İnformasiya Mərkəzinin baş metodisti G.Həsənovanın “Azərbaycanda fəaliyyət göstərən hüquqi informasiya mərkəzlərinin təqdimatı” və s. mövzusunda məruzələri dinlənilmişdir. İki gün davam edən konfransın sonunda iştirakçılara, Rusiyadan gələn qonaqlara Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən nəşr olunmuş “Dağıdılmış sərvətlər, məhv edilmiş kitabxanalar” adlı bukletlər, fəxri fərman təqdim edilmişdir. Konfrans çərçivəsində Azərbaycanın qabaqcıl region kitabxanalarının fəaliyyətinin təqdimatı keçirilmiş və onların fəaliyyətinə həsr olunmuş slayd-şou nümayiş etdirilmişdir. Konfransın sonunda “Azərbaycan müstəqillik illərində 1991-2011” adlı sərgiyə baxış keçirilmişdir.

Belarus Respublikasına ezamiyyə

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyət İşçiləri İxtisasartıma Mərkəzi və Belarusiya Dövlət Mədəniyyət və İncəsənət Universiteti ilə birgə layihəyə əsasən Mərkəzin rəhbəri Ramazan Şabanov başda olmaqla nümayəndə heyəti 13-18 iyun 2011 tarixində Belarus Respublikasında ezamiyyətdə olmuşdur. C.Cabbarlı adına Respublika Gənclər kitabxanasının İnformasiya və biblioqrafiya şöbəsinin müdiri Yeganə Sadıqlı da nümayəndə heyətinin tərkibində Azərbaycan kitabxana işçilərinin ixtisasartıma kursunda iştirak etmişdir. Altı nəfərdən ibarət nümayəndə heyəti «Belarus Respublikasının kitabxana- informasiya təminatının müasir vəziyyəti və perspektivləri» mövzusunda mühazirələr dinlənilmiş və dəyirmi masa keçirilmişdir. Tərəflər Azərbaycan və Belarusiya kitabxanaları arasında təcrübə mübadiləsi aparmışlar. Nümayəndə heyyəti həmçinin Belarus Milli Kitabxanasında olmuşdur. Kitabxanaya Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi və C.Cabbarlı adına Gənclər kitabxanasının birgə layihəsi olan Qarabağ müharibəsini özündə əks etdirən Ə. Eyvazovun “Bir batolyonun tarixi” sənədli povesti hədiyyə edilmişdir.

“Kitabxanalar və informasiya resursları müasir aləmdə, elm, mədəniyyət, təhsil və biznes- 18-ci Beynəlxalq Konfrans”

2011-ci ilin 04 iyun tarixindən 12 iyun tarixinədək kitabxananın direktoru Tahir Sadıqov və baş kitabxanaçı Günay Həsənova Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2008-ci il 06 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı”nın Tədbirlər Planının 2.8.5. bəndində Azərbaycan kitabxanalarının beynəlxalq əlaqələrinin inkişafı, kitabxana-informasiya sahəsinin zəruri istiqamətləri üzrə nəzərdə tutulan tədbirlərin icrası ilə əlaqədar Ukrayna Respublikasının Krım vilayətinin Sudak şəhərində keçirilən “Kitabxanalar və informasiya resursları müasir aləmdə, elm, mədəniyyət, təhsil və biznes- 18-ci Beynəlxalq Konfrans” da iştirak etmişlər. Konfransda Tahir Sadıqov “Azərbaycan aşıq yaradıcılığı” haqqında məruzə etmiş, Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra mədəniyyət və incəsənətin bütün sahələri ilə bərabər aşıq sənətinə və onun inkişafına göstərilən dövlət qayğısından, Azərbaycan Aşıqlar Birliyinin yaranmasından, 2009-cu ilin may ayında Heydər Əliyev fondunun dəstəyi ilə Luvr şəhərində Azərbaycan Aşıqlarının təşkil etdiyi konsertdən, 2009-cu ilin noyabrında Dərbənddə keçirilən musiqi festivalından, 2009-cu ilin payızında Londonda keçirilən “Azərbaycan günləri”ndə və digər ölkələrdə Azərbaycan aşıqlarının çıxışları haqqında tədbir iştirakçılarına geniş məlumat vermişdir. Eyni zamanda, konfransda bizim kitabxananın veb saytı və kitabxananın nəzdində yaradılan Rusiyanın İctimai Hüquqi İnformasiya Mərkəzi haqqında təqdimat, kitabxanada keçirilən tədbirlərə dair slaydlar nümayiş etdirilmişdir. İ.Kaspirinski adına Krımtatar kitabxanası TahirSadıqovun konfransdakı çıxışını və C.Cabbarlı adına Respublika Gənclər kitabxanasına həsr olunan təqdimatın öz kitabxanalarının saytında (http:// www.kitaphane. crimea.ua) yerləşdirilməsini xahiş etmişlər. Birgə layihələrin qurulmasına daur razılaşmalar əldə edilmişdir.

“Sağlamlıq, bilik, peşəkarlıq – gəncin uğurunun ən önəmli aspektləridir” mövzusunda “Kitabxanalardan gələcəyə” X Yubiley Beynəlxalq Konfransı

Soçi şəhərinin Adler rayonunda 20-25 sentyabr 2010-cu il tarixində “Sağlamlıq, bilik, peşəkarlıq – gəncin uğurunun ən önəmli aspektləridir” mövzusunda “Kitabxanalardan gələcəyə” X Yubiley Beynəlxalq Konfransı keçirildi. Konfransın açılışında təbrik üçün C.Cabbarlı adına Respublika Gənclər kitabxanasının direktoru Tahir Sadıqova söz verildi. Tahir Sadıqov çıxışında konfransın 10 illik yubileyini təbrik etməklə yanaşı, Azərbaycan Respublikasında ölkə rəhbərliyinin, Mədəniyyət və Turizm Nazirliyinin mədəniyyət ocaqlarına, xüsusilə də kitabxanalara göstərdiyi qayğı və diqqətdən danışmışdır. O öz çıxışında həmçinin, 2008-2013-cü illəri əhatə edən Dövlət Proqramı və bu proqrama əsasən kitabxanaların avtomatlaşdırılması, maddi-texniki bazasının möhkəmləndirilməsi, fondun komplektləşdirilməsi, kitabxanaların dünya informasiya məkanına daxil olması, beynəlxalq kitabxanalararası əlaqələrin qurulması və digər məsələlərin həlli istiqamətində əldə edilən nailiyyətləri qeyd etmişdır. Konfransda müxtəlif mövzularda seminarlar (“Gənclər və kitab, Narkomaniya əleyhinə: Narkomaniyanın profilaktikasına kompleks yanaşma”, “Yeni narkotik maddələr -Narkomaniyanın profilaktikasında kitabxanaların rolu”, “Gənclər gələciyi seçir. Kitabxanalarda hüquqi maarifləndirmə”, “Yeni əsrin sağlam nəslinin tərbiyəsində Gənclər kitabxanalarının rolu”, “Elektron sənəd kitabxana işinin obyekti kimi”), dəyirmi masalar (“Moskva şəhərinin gənclərinin professional fəaliyyətində kitabxanaların rolu” ) Azbuka Attikus”, “Eksmo” və digər nəşriyyatların kitab sərgiləri təşkil olunmuşdu. Konfransın sonunda 2011-ci ildə keçiriləcək konfransın “Kitabxanalara dövlət rəhbərləri tərəfindən göstərilən qayğı” mövzusunda olması qəbul edildi.

“Kitabxanalar və informasiya resursları müasir aləmdə, mədəniyyət, təhsil, elm – 17-ci Beynəlxalq Konfrans”

Ukraynanın Krım Muxtar Respublikasının Sudak şəhərində 5-13 iyun 2010-cu il tarixlərində “Kitabxanalar və informasiya resursları müasir aləmdə, mədəniyyət, təhsil, elm – 17-ci Beynəlxalq Konfrans”da C.Cabbarlı adına Respublika Gənclər kitabxanasının direktoru Tahir Sadıqova iştirak etmişdir. Konfransın gedişatında 07 iyun tarixdə Azərbaycan nümayəndələrinin iştirakı ilə “Qara dağ” auditoriyasında “Azərbaycan günü” adlı tədbir keçirildi və orada 50- dən artıq xüsusi olaraq dəvət edilmiş konfrans iştirakçıları və təşkilat komitəsinin işçiləri və digər nümayəndələr iştirak etdilər. C. Cabbarlı adına Respublika Gənclər kitabxanası tərəfindən hazırlanmış “Azərbaycan-odlar yurdu” mövzusunda viderolik nümayiş etdirildi. Videorolikdə Azərbaycanın tarixi keçmişi, dövlət atributları, sərhəd və qonşuları, qədim kitabxanaları, ADR, Azərbaycan ikinci dünya müharibəsi illərində, ümummilli lider Heydər Əliyev, 1988-1993-cü illərdə Erməni terroristləri tərəfində işğal olunan torpaqlar, Xocalı faciəsi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Heydər Əliyev Fondu, Mehriban Əliyeva-Azərbaycanın birinci xanımı, Bakı-Azərbaycanın paytaxtı, memarlıq, musiqi, incəsənət, muğam və musiqi alətləri, tolerantlıq, turizm, istirahət zonaları, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin mədəniyyət sahəsində imzaladığı sərəncamlar, Azərbaycan Milli Kitabxanası, C. Cabbarlı adına Respublika Gənclər kitabxanası (tarixi, strukturu, oxucusu, fondu), İctimai Hüquqi İnformasiya Mərkəzi (yaranması, strukturu, treninqləri) və digər mövzular konfrans iştirakçılarının diqqətinə çatdırıldı.

“LİBCOM-2009” XIII Beynəlxalq Konfrans

C.Cabbalı adına Respublika Gənclər kitabxanasının direktoru Tahir Sadıqov 16-20 noyabr 2009-cu il tarixlərində Moskva vilayətinin Zveniqorod rayonunda keçirilən “LİBCOM-2009” XIII Beynəlxalq Konfransda və sərgidə iştirak etmişdir. Konfransı Rusiya Federasiyasının Federal Məclisinin Dövlət Dumasının sədr müavini S.S Jurova konfrans iştirakçılarını salamlamış və konfransı açıq elan etmişdir. Konfransda Azərbaycanla yanaşı, Rusiya, Qazaxstan, Dağıstan və digər MDB ölkələrindən qonaqlar da iştirak edirdilər. Konfransda “Elektron resurslar, elektron kitabxanalar və İnternet texnologiyalar”, “Elektron informasiya dövründə kitabxana fondlarının və kitab satışı məntəqələrinin yaradılması”, “Təhsil sisteminin islah edilməsinin müasir problemləri: yeni standart, texnologiya və metodika”, “ABİS-in və elektron kitabxanaların linqvistik və informasiya təminatı”, “Rusiya kitabxanalarının ümumi kataloqları: Resurslar və xidmətlər”, “Müasir dünyada ekoloji informasiya” və s. mövzularda seminar və mühazirələr oxunmuşdur.

Kitabxanada keçirilən TƏDBİRLƏR

Əziz gənc dost!
Kitabxanada keçirilən çoxsaylı kütləvi tədbirlərin, elmi-praktiki konfransların, sərgilərin tam mətni ilə burda tanış ola bilərsiniz.

Kitabxanada keçirilən TRENİNQLƏR

Hörmətli sayt istifadəçimiz
Kitabxanada mütəmadi olaraq həmkar idarələrin əməkdaşları üçün müxtəlif mövzulu treninqlər keçirilir. Buyurub baxa bilərsiniz.

Gənclər hərəkatı və hərbi vətənpərvərlik

Əziz vətənpərvər dost
Kitabxana fəliyyətində vətənpərvərlik mövzusuna daim xüsusi diqqət ayırmışdır. Bu səhifədə Siz bu mövzuda maraqlı məlumatlar ilə tanış ola bilərsiniz.

Azərbaycan kitabxanaları internetdə

Əziz gənc dost!
Ölkəmizdə fəaliyyət göstərən kitabxanalardan yararlanmaq istəyirsinizsə, o zaman bu link Sizin üçün çox faydalı ola bilər.

Dünya kitabxanaları internetdə

www.ryl.az saytının istifadəçisi!
dünya ədəbiyyatından onlayn istifadə etmək istəyirsinizsə, buyurun... "Dünya kitabxanaları internetdə" linkı bu işdə Sizə yardımçı olar

Təhsil ocaqlarının veb ünvanları

Əziz şagird, sevimli tələbə!
BU səhifədə Siz ölkəmizdə fəaliyyət göstərən təhsil ocaqlarına virtual səyahət edə bilərsiniz.