CƏFƏR CABBARLI 120

Cəfər Cabbarlı və xalq yaradıcılıq

Böyük ədibimiz Cəfər Cabbarlı şifahi xalq ədəbiyyatımızın müxtəlif janırlarından istifadə etdiyi kimi bu numunələr haqqında çox qiymətli fikirlər də söyləmişdir. Bu fikirlər təsadufdən-təsadufə olmamış, onun butun yaradıcılığı dövründə davam etmiş və müəyyən bir sistem şəklində deyilmişdir. Cəfər Cabbarlının xalq ədəbiyyatı haqqında fikirləri bir sıra məqalələrində, çıxışlarında, eyni zamanda bədii əsərlərində də söylənmişdir. Etiraf edək ki, ədibin çoxçəhətli fəaliyyətinin bu sahəsi indiyə qədər lazımı qədər aydınlaşdırılmamışdır. C.Cabbarlının xalq ədəbiyyatı haqqında fikirləri onun estetik dünyasının ayrılmaz bir hissəsidir. Ədibin yaradıcılığının xəlqi əsasını, eyni zamanda milli beynəlmiləl qutblərini aydınlaşdırmaq üçün bu məsələlərin tədqiq edilib üzə çıxarılması xususilə vacibdir.Nəhayət, onu da əlavə edək ki, C.Cabbarlının folklor haqqında nəzəri fikirləri Azərbaycan sovet ədəbiyyat-şunaslığının başlanğıcında dayanır. Deməli , xalq sənəti haqqında C.Cabbarlı irsinin tədqiqinin tarixilik baxımından da böyük əhəmiyyəti vardır. Muasir Azərbaycan sovet ədəbiyyatında folklor və yazılı ədəbiyyat probleminin inkişaf mərhələlərinin, keçdiyi yolu araşdırmaq, müəyyən nəticələrə gəlmək üçün böyük dramaturqumuzun bu sahadə qoyub getdiyi ənənələrin tədqiqi xususi bir problem kimi qarşıda dayanmışdır.

Dünayanın ən böyük sənətkarlarının xalq sənəti , onun ideya və məzmunu, forma xususiyyətləri, bədii təsir qüvvəsi, estetikası və sairə haqqında müəyyən fikirləri olmuşdur. Bu fikirlər özünəməxsus bir şəkildə böyük ədibimiz C.Cabbarlının çoxçəhətli fəaliyyətində də özünü göstərmişdir. Doğrudur, C.Cabbarlı bu problem ilə ayrıca məşğul olmamişdır. Ancaq onun bədii yaradıcılığı, bəzi məqalə və qeyidləri, arxivində olan sənədlər, xatirələr bu mövzu haqqında xususi bir söhbət açmaqa material verir.

Hər şeydən əvvəl, C.Cabbarlının zəngin və rəngarəng xalq sənəti numunələrinin toplanması haqqında fikirlərinə nəzər salaq. Xalqın sevinci, kədəri, arzu və istəklərilə yaşayan hər bir böyük sənətkar folklor numunələrinin şifahi dildən alınıb yenidən xalqın malına cevrilməsini ən umdə vəzifələrdən biri hesab etməmişdir. C.Cabbarlı da xalq ədəbiyyatının məlum numunələrindən götürüb yaradıcılığında istifadə etməklə kifayətlənməmiş, o həmdə ömür boyu bir toplayıcı kimi də fəaliyyət göstərmiş, saysız-hesabsız folklor incilərini şifahi dildən alib əsərlərinə daxil edərək bu yolla onlar yaşatmışdır. Biz ədibin bu sahadə söylədiyi nəzəri mulahizələrinin şərhinə onun arxivində saxlanan “Xalq ədəbiyyatı toplaşdırılmalıdır” adlı məqaləsindən başlamaq itəyirik. Məqalənin uslubu, məzmunu, mərkəzinə qoyulan əsas problemlər və sairə göstərir ki, o təxminən 1920-ci illərin ortalarında yazılmışdır. Məqalə ilə əlaqədar daha iki mulahizə söyləməyi lazım bilirik: məqalə ya müəyyən bir iclasda çıxış üçün tərtib olunub, çünki onun bəzi yerləri təzie xarakteri daşıyır, bizə belə gəlir ki, elə ona görə də ədib məqaləni çapa verməmişdir,yaxud da xalq ədəbiyyatı məsəlləsinə dair bu və ya digər tədbirdən aldığı təsuratdan sonra muəllif mulahizələrini tələsik surətdə kağız uzərinə köçürmüşdür. Məqalənin əvvəlində verilən qeydlər ikinci ehtimalın daha doğru olduğunu göstərməkdədir. Məqalə ərəb əlifbası ilə ədibin öz xətti ilə yazılmışdır. Biz həmin məqalə haqqında hələ 1959-cu ildə (“Bakı” qazeti, 1959 , 20iyun) mətbuatda məlumat vermişik. Sonralar onu arxivdən götürmüş , diqqətlə oxuyub çapa hazırlamışdır. “Azərbaycan müəllimi” (15 fevral 1980-cı il) qazeti vasitəsilə geniş oxucu kutləsinə çatdırmışıq. C.Cabbarlı həmin məqalədə o dövrü düşündürən, xalq ədəbiyyatımızın toplanması, nəşri , öyrənilməsi və xususuilə bu qədim və zəngin sənətin məzmun və forma xususiyyətləri barədə indi də öz əhəmiyyətini saxlayan fikirlər söyləmişdir. Doğrudur, bəzi məsələlər hələ təzis şəklindədir, ancaq C.Cabbarlının nəzəri müddəaları elə təzis şəkilində də folklormuzun bir sıra aktual məsələrini əhatə etmişdir.Məqalənin əvvəlindən görünür ki, xalq ədəbiyyatının müəyyən məsələsinə dair xüsusi bir iclas, yığıncaq çağrılmışdır. Ədib həmin məclisə getmiş, ancaq hörmətli şəxslərin bir qismini orada görməmişdir. “ Bu yaxınlarda “Kommunist” ədəbiyyat dərnəyində el ədəbiyyatı xususunda bir məruzə edilirdi. Burada hər şeydən əvvəl gözə çarpan bir şey vardısa o da bu günki iclasda nə qədər adam olsa da hər halda Rudəki və sair böyük yazı ədibləri və ədəbiyyatı xususunda edilən məruzələrdə böyük bir ciddiyyətlə iştirak edən yazıçılarmızın, ədib və şairlərmizin məclisdə görünməsi idi”. Göründüyü kimi C.Cabbarlı bir vətəndaş, sənətkar kimi xalq ədəbiyyatına belə soyuq munasibətə dözə bilmir. Həddindən artıq narahat olduğunu biruzə verir. Bunun bir səbəbini də C.Cabbarlı “İstər-istəməz ədib və ədəbiyyatçılarmızın el ədəbiyyatımız ilə bir o qədər də hesablaşmamaların” da görür. Guya onlar el ədəbiyyatına iki saatlıq vaxt itirmək istəməmişlər. Elə buradaca ədib belə şəxslərə el ədəbiyyatının ədəbi-tarixi, estetik əhəmiyyətindən çıxış edərək belə cavab verir: “Halbuki, bəlli olduğu kimi, bir xalqın həyatı, məişət və güzəranı, ədəbi bacarığı, bir sözlə bütün xalq psixolojisini öyrənmək ücün ilk əvvəl onun el ədəbiyyatına muraciət edilir”.

C.Cabbarlıya görə hər şeydən əvvəl “el ədəbiyyatımız son bir kəlməsinədək toplanıb hər bir bəndi üçün cildlər ilə kitablar yazılmalıdır”.Ədibə görə “bu gün Avropa elmi və ədəbiyyatı dünyasında da başqalarının olduğu kimi türklərin (azərbaycanlıların – P.Ə.) yazı ədəbiyyatından daha əvvəl el ədəbiyyatları tolaşdırılmalıdır”.

Bir sənətkar kimi C.Cabbarlı xalq ədəbiyyatının toplanması işinə böyük əmək sərf etmişdir. Yeri gəlmişkən qeyd etmək lazımdır ki, C.Cabbarlının əsərlərində çoxlu xalq mahnılarından istifadə edilmişdir. Məs.: “Kücələrə su səpmişəm”, “Ay kəmərim, kəmərim”, “Ay nigarı-mən”, “Sarı gəlin”, “Gəlmə, gəlmə get, a gülüm”, “Qalanın dibində bir quş olaydım”, “Ay qız , kimin qızısan” və s. Bu mahnın hamsını müəyyən məqsədlər üçün ədib şifahi dildən toplamış və əsərlərinə daxil etmişdir. ədibin arxivində küllü miqdarda folklor numunələri saxlanmışdır. Burada atalar sözü, bayatı, mahnı, layla, oxşama, lətifə, bədyə və s. Vardır. “Qız qalası” poemasının əvvəlində ədib göstərir ki, o, bu əfsanənin iki variantını toplamışdır. İkinci variant ədibə görə daha dolğun və məzmunlu olduğu üçün onu poemanın mərkəzinə qoymuşdur.

1934- cu ildə M.Qorki Krımdan “Azərbaycan kolxozcusu” qazetinin redaktoru Qulam Məmmədliyə yazdığı cavab məktubunda CCRİ xalqlarının folklorunun rus dilinə tərcümə olunması məcəlləsini bir gələcək problem kimi xatırlamış və əsas vəzifələrdən biri hesab etmişdi. Doğrudan da 1930-cu illərdə küllümiqdarda Azərbaycan folkloru numunələri rus dilinə xususi professonal tərcüməcilər tərəfindən çevrilib mətbuatda çap edildi. Diqqətəlayiqdir ki, şifahi ədəbiyyatımızın bir sıra numunələrini C.Cabbarlı özü rus dilinə tərcümə etmişdir, şeirlər, layla və bayatılar, bədiyələr onun arxivində saxlanmaqdadır. Bədii yaradıcılığında işlətdiyi çoxlu əfsanə, rəvaət, lətifə, aforizm, atalar sözü və məsəllər, mahnı və bayatılar və sairə bütünlükdə elin şifahi dilindən toplanmışdır.

Prof.B. Miller 1928-ci ildə Bakıda olarkən C.Cabbarlı ilə görüşmüşdür. M.Haciyevin yazdığına görə professor hələ 1929-cu ildə Bakıda nəşr olunmuş “Tatlar, onların yerləşməsi və ləhcələri” adlı kitabında C.Cabbarlı ilə görüşdüyünü, ondan tat dilində bir sıra materiallar aldığını deyir. Lakin professor B.Miller uzun müddət bu materialları çapa verməmişdir. O, nəhayət,1945- ci ildə “İran dilləri” adlı jurnalın birinci nömrəsində C.Cabbarlıdan aldığı materialları nəşr etdirmişdir. Professor B.Miller yazır ki, mən bu materialları 1928-ci ildə xızılı C.Cabbarlıdan aldım. O deyir: “Bu materialların ən yaxşı cəhəti odur ki, orjinaldır”. Professor B.Millerin C.Cabbarlıdan aldığı mətnlər “Molla Nəsrəddininölümü” , “Dərviş və baqqal” lətifələri, dörd və on üç misradan ibarət şeir parçalarıdır. Deməli C.Cabbarlı tatların da dilini, adət-ənənələrini, etnoqrafiyasını, şifahi xalq ədəbiyyatını yaxşı bilirdi. Həm də onda tatların folkloruna aid küllü miqdarda numunələr olmuşdur. Şeir parçalarını B.Miller C.Cabbarlıdan aldığı kimi tatların dilində də çap etdirmişdir.

C.Cabbarlı mənsub olduğu xalqın şifahi ədəbiyyatının toplanması üçün bütün ziyalılara böyük narahatlığla öz arzularını çatdırır. Məqalənin sonunda yenə ədib ürək yanqısı ilə yazır: “Bunların hamısına qarşı el ədəbiyyatımızdan məruzə edilərkən ədiblərimizin, ədəbiyyatçılarmızın maraqlanması olduqca acınacaqlı bir haldır. Hələ bu yaxınlarda “Ədəbiyyat dostu” və “Maarifci” yoldaşın bu xususda “Kənd müəllimlərimizin ictimai vəziyyətləri” adı ilə yazdığı məqalədə həmin el ədəbiyyatı məsələsi irəli sürülmüşkən ədəbi həyatımızı idarə edənlərin və təşkilatların heç birisindən bu xususda bir əks-səda görülmədi.”

Göründüyü kimi C.Cabbarlıxalq ədəbiyyatının “bir bəndinə qədər toplanması” məsələsini hələ 1925-26-cı illərdə respublikamızın bütün ziyalılarına, nictimaiyyətinə bir vətəndaş, yazıçı, sənətkar kimi xatırlatmışdı. Ədib xalq ədəbiyyatının toplanması, nəşri, öyrənilməsindən başqa yeni quruluşumuzda onun oynayaçağı ədəbi-estetik, ictimai rolunu da başa düşürdü.

Bütün bunlardan sonra C.Cabbarlı həmin məqaləsində şifahi xalq ədəbiyyatı haqqında öz mülahizələrinin şərhinə keçir. Ədibə görə illərlə “bizdə bu el ədəbiyyatı əhəmiyyətsiz buraxılmış, toplaşdırılmamış, öyrənilməməş, təhlil edilməmiş. Hətta təhlili üçün tənəzzül olmuşdur”. C.Cabbarlıya görə xalq ədəbiyyatı orijinal və bənzərsizdir, xalqın bədii sənəti mənsub olduğu torpağın, təbiətin xalqın yaşadığı ab-havanın məhsuludur. C.Cabbarlı belə bir müqayisə də gətirir: “Bir xalqın yüksək yazı ədəbiyyatı nə qədər müstəqil olarsa olsun, hər halda başqa xalqların təsirinə havi olur”. Çünki yazılı əsərlər, kitablar bir ölkədən başqa ölkəyə düşür və istər-istəməz müəyyən təsir buraxır. “Halbuki el ədəbiyyatı belə deyilir. Bu ədəbiyyat xarici təsirindən isə az mütəəssir ola bilir. Çünki...dağlar başında sürü yanında tütək çalaraq oxuyan bir el şairi, bir Sədi, bir huqo, bir Şekspirin təsiri ilə bir o qədər də əlaqədar olmaz”. Bütün bunlarla əlaqədər, C.Cabbarlıya görə xalq ədəbiyyatı insanların həyatı, fəaliyyəti, cəmiyyət və təbiətlə əlaqə və təmasının məhsuludur. “Onun (xalqın-P.Ə )yaratdığı ədəbiyyat da əksər yüksək yazı ədəbiyyatı olduğu kimi həyat və fikrin müştərək fəaliyyətindən doğmuş bir şey deyilmi? Bəli! Əqli fəaliyyətin ibtida dərəcəsində bulunan bir kütlənin çoğun və daşqın saf həyatından doğmuş bir şeydir”. Xalq ədəbiyyatında olan saflıq, səmimilik, həyatilik və təbiiliyin şərhinə kecərək ədib davam edir: “Buna görədir ki, bu ədəbiyyat (xalq ədəbiyyatı-P.Ə) olduqca sadə görüldüyünə baxmayaraq çox vaxt yüksək yazı ədəbiyyatından daha artıq təsir buraxır. Çünki saf sözlər ilə səmimi bir duyğunu ifadəsidir”. Həmin məqalədə C.Cabbarlı şifahi xalq ədəbiyyatının emosional, hissi təsiri məsələsinə də toxunmuşdur. Xalq ədəbiyyatı sadə, saf,səmimi ifadə və sözlərdən qurulmuşdur.Bu sözlər el sənətkarlarının sinəsindən büllur çeşmədən axan kimi axıb tökülmüşdür. Insanları heyran edən, sehirləyən, həm də düşünməyə vadar edən də məhz bu sadəlik və səmimilikdir. “Çünki saf sözlər ilə səmimi bir duyğunun ifadəsidir. Bu ədəbiyyatın yaradılması üçün bəlkə də düşünülməmiş, o, bir təssuratın qopardığı yaralardan, iniltilərdən bilaixtiyar doğulmuş, burada bir ananın ninni çaldığı çoçuğuna qarşı duyğuları soyuq bir fikrin yapma çərcivələrinə salınmamış olduğu kimi, eldəki kimi bu hissiyyatla bilaixtiyar fırlatdığı sözlər ilə ifadə edilmişdir:

Sənə mən gül demərəm
Gülün ömrü az olar.
Sənə bülbül demərəm,
Bülbül oxuyur, yaz olur.


Ədib göstərir ki,xalq yaradıcılığında qondarma artırma yoxdur, həyatdan doymayan, qeyri-təbii hisslərə orada yer verilmişdir. C.Cabbarlı sonra sözünə davam edir: “Yaxud belə bir el şairinin öz sevdiyinə qarşı:
Mən aşıq neynim sənə?
Düşübdür meylim sənə.
Mən dönsəm üzüm dönsün.
Sən dönsən neylim sənə?-


Dedikləri istər-istəməz şairin duyduğu təəccuratı başqasına nəql edibdir. Burada elin, daha doğrusu onun tərcumanı olan, onun sevinc və istirablarının tərcumanı olan bir şairin bilavasitə həyatdan, məişətdən aldığı tazə, tər həyəcan və duyğunun səmimi bir ifadəsi görülə bilir ki, oxucuya bədii bir həyəcan verən də bu səmimiyyətidir”. Ədibə görə hər bir xalqın şifahi ədəbiyyatı onun öz şəxsi müşahidə, təcrübə, ağlı və hisslərinin məhsuludur.

“Belə bir şair mövzu üçün aramamış,xını görmüş, xərmən görmüş, kotan görmüş,gözəl bir qadın səsi, bir çoçuq, at, öküz, inək, ilxı,süru, yas, bayram, toy, qaçaq, quldur,qıtlıq, muharibə,bir sözlə ətrafında hər nə görmüşsə, hansı bir mənzərədən, bir vaqeədən mütəssir olmuşsa, bəlkədə əhəmiyyətini düşünmədən, bəlkə də qeyd etdiyi məsələnin böyük bir siyasi-ictimaivə i.a-əhəmiyyəti olduğunu sezmədən ona qarşı duyduğunu söyləmiş, özünün, elinin, xalqının başına gələn maceraları, sevinc və kədəri və bunların xalqa, ya onun həssas bir muməssili olan şairə duydurulduğunu ifadə etmişdir.Onun mövzusu sadə məişət, həyat və icərisində, qoynunda yaşadığı təbiətidir”.

C.Cabbarlıya görə xalq ədəbiyyatı onun mənəvi mədəniyyətidir, onun fəlsəfəfəsi, əhvali-ruhiyyəsi, psixologiyası, bütün çabaları,sadə və mçürəkkəbliyi ilə, xalqın hərtərəfli həyatıdır.”...Oba görədir ki, bir xalqın keçirdiyi dövürləri, yas və bayramlarını, adət və ənənələrini, tərz-təfəkkürünü, bu və ya başqa bir vaqeytə qarşı münasibətini, qonağa necə baxdığını, düşmənlə rəftarını, məşuqəsini, intiqamını, məhəbbətini, bütün əhval-ruhiyyəsini, ədəbi istedad və bacarığını öyrənmək üçün ilk vasitə və ən doğru bir tərcuman varsa, onun dillərdə dastanlar, mahnılar tapmacalar, nağıllar və ilaxir kimi dolaşan el ədəbiyyatıdır.” C.Cabbarlının bu mulahizələrinin V.İ. Leninin xalq ədəbiyyatı haqqındakı fikirlərilə səsləşməsi maraq doğurur. Vl. Bonc-Bruyevin xatirələrində göstərir kiu, V.İ. Lenin xalq ədəbiyyatı haqqında belə demişdir: “Nə maraqlı materialdır. Mən bu kitabları tez tələsik gözdən keçirdim. Lakin görürəm ki, bunların hamsını ictimai – siyasi nöqteyi - nəzərlə gözdən keçirmək üçün bizdə ya bir əl, yaxud da həvəs çatmır. Halbuki bu materiallar əsasında xalqın arzu və həsrətləri haqqında qiymətli tədqiqat əsərləri yazmaq olar. Bizim ədəbiyyat tarixcilərmizin diqqətini bunlara cəlb etmək lazımdır. Bunlar bizim dövürümüzdə xalq psixalogiyasını öyrənmək üçün həqiqi və zəruri xalq yaradıcılığı numunələridir”.

Məqalədə C.Cabbarlının diqqətini cəlb edən cəhətlərdən biri də xalqın öz şifahi ədəbiyyatında böyük bir sənətkar qüvvəsilə, həm də çox incə və həssaslıqla insan hisslərini təbii bir şəkildə ifadə etməyi bacarması, sənətkaranə təşbih, bənzətmə və təbirləri işlətməsidir:

“Burada bir qərib olmuş,
Göy kişnər, bulud ağlar.


Burada nə qədər böyük bir sənətkarlığla təbiətin qüvvələri insanın məişətindəki amillər şəklində təsvir edilmiş, “kişnər”, “ağlar” bir halda göstərilmişdir. Həm də nə qədər aydın təsəvvür etdirəcək bir halda qeyd edilmişdir.”

1925-ci ildə C.Cabbarlı “Azərbaycan türk ədəbiyyatının son vəziyyəti” adlı böyük bir məqalə yazmışdır. Onu hissə-hissə “Xalq ədəbiyyatı həyatdan doğar” adı ilə “Komunist” qəzetinə əlavə olunan səhifələrdə çap etdirmişdir. Məqalədə ədib ümumiyyətlə ədəbiyyat tariximizə bir nəzər salır, burada Qərb, Şərq ədəbiyyatına dair mulahizələrə, klassik ədəbiyyatımız,farsdilli ədəbiyyat, onun əsas numunələri və sairə məsələlərə toxunur. Ədibə görə “Bu ədəbiyyat, yəni bizim qədim yazılı ədəbiyyatımız əksərən cəmiyyətin yüksək-və ziyalı təbəqələrinə aid olub”. Belə bir ədəbiyyatla birlikdə xalq yaradıcılığının da mövcud olması haqqında C.Cabbarlı deyir: “Bu ədəbiyyat ilə yan-yanaşı olaraq o, yəni adi xalq özü üçün ayrı bir ədəbiyyat yaratmış və öz ruhundan doğmuş, onun ruhunu və mənəviyyatını təsvir edən, ruhunu, zövqünü oxşayan bu doğma yavrusunu can kimi qucub onunla yaşamışdır”.

C.Cabbarlı göstərir ki, “Əsli və Kərəm” kimi operanın, böyük sinfoniyaların yaranmasında aşıq musiqisi mühüm rol oynamışdır. Ən yaxşı bəstəkarlar bu musiqidən öz əsərləri üçün gözəl melodiyalar götürmüşlər. Aşıqın dili ilə “bu havanı əvvəlcə mən yaratmışam” deməklə C.Cabbarlı belə bir nəticəyə gəlir ki, xalq, daha doğrusu, onun sənətkarı olan aşıq musiqinin ilk yaradıcısı , ilk müəllifidir.doğrudur, ədib qeyd edir ki, aşıq təəccüblənir. Həm də hirslənir ki, nə üçün onun havalarını düz çalmırlar. C.Cabbarlı göstərmək istəyir ki, hələ aşıq yaxşı bilmir ki, onun yaratdıqı musiqi bəstəkarlar tərəfindən işlənili,cilalanır. Səhnəyə, sinfoniyaya, opera şəkilində yenidən qayıdır.

Konferaneye aşıqdan təəcüblə soruşanda ki, sən kimsən, o, qururla cavab verir: “Ya aşuq, ya narod”- mən aşığam, mən xalqam. Bu aforizmi biz dahi sənətkarımızın dilindən eşidirik. Bu kəlamın arxasında müəyyən nəzəri muddəalar gizlənmişdir.

Məlumdur ki, aşıq sənəti, aşıq yaradıcılığı haqqında mubahisələr çox olub. Bəzən aşıq yaradıcılığını yazılı ədəbiyyata daxil etmək meylləri olmuşdur. Ona görə ki, aşıq şeirlərinin sonunda onu qoşan sənətkarların təxəllüsü verilir. Bəziləri aşıq yaradıcılığını yazılı və şifahi ədəbiyyat arasında bir körpü adlandırmış, uzun əsirlər isə, xususilə, Azərbaycan Sovet hakimiyyətinin qələbəsinə qədərki dövürdə onların yaradıcılığına xususi diqqət yetirilir. Kommynist Partiyası və Sovet dövlətinin qayğısı nəticəsində bir sıra tədbirlər həyata keçirlir. Olimpiyadalar, baxışlar, musabiqələr təşgil olunur, aşıqların şeirləri çap edilir, qurultaya hazırlıq işləri aparılır. Nəhayət 1928-ci ildə Azərbaycan aşıqlarının, birinci qurultayı olur. S.Ağamaloğlu, R.Axundov, M.Quliyev, U.Hacibəyov qurultayda bu qədim sənətimizin gələcək inkişaf problemləri haqqında danışırdılar. Əlbbətdə, C.Cabbarlı bütün bunların şahidi idi. Şübhəsiz ki, mübahisələri , aşıqların inqilabdan qabaqki həyatını, vəziyyətini isdedadlı dramaturqumuz çox yaxşı bilirdi. Aşıq şeirləri formasında qoşmalar deməsi, “Sitarə” opera librettosunda “Alixan və Pəri xanım”dastanının qoşmalarından istifadə etməsi, nəhayət, “Koroğlu” dastanından böyük bir parçanı ingilis dilində qoşma formasında dilimizə çevirməsi və sairə bunu təsdiq edir. Elə bil C.Cabbarlı aşıq sənəti haqqında o zaman olan mübahisələrə qoşulur, öz sənətkar, vətəndaş səsini ucaldır və deyir ki, aşıq xalqıdır, deməli, onun yaradıcılığı da bütün hərtərəfliliyi və rəngarəngliyi ilə xalq yaradıcılığı, xalqın söz xəzinəsidir. O dövr üçün böyük ədibimizin dilindən deyilən bu şuarın sovet dövründə aşıq sənətinin gələcək inkişafı üçün mühüm tarixi əhəmiyyəti var idi. Bu səs U.Hacibəyovun, V.Xuluflunun , H.Zeyynallının səsinə qoşulur və daha təsirli və gur çıxırdı.

Bəzən C.Cabbarlı xalq yaradıcılığı haqqında fikirlərin bədii əsərlərində də verir. Bu cəhətdən “Sevil” və “Almaz” pyesləri xüsusi maraq doğurur.