Ana səhifə Haqqımızda Hüquq mərkəzi Elektron kataloq Elektron kitabxana     Foto qalereya Əlaqə
 


Gənclər hərəkatı

    Ümummilli lider
kitabxanalar haqqında


Prezident və mədəniyyət

Yeni kitablar

Aktual mövzular

Mədəniyyət və Turizm Nazirliyinin yenilikləri

Bu ay teatrlarımızda

Təhsil

Qəzet və jurnallar

Azərbaycan kitabxanaları
internetdə


Dünya kitabxanaları
internetdə



Azərbaycan

Tarixi

Xəritəsi

Dövlət rəmzləri

Azərbaycanın turizm
gözəllikləri


Dağlıq Qarabağ problemi

31 Mart-Soyqırım günü
 

“Yetkinlik yaşına çatmayanlar arasında cinayətkarlığın profilaktikası
və uşaq hüquqlarının müdafiəsi” mövzusunda
elmi-praktiki konfrans

2009-cu il iyun ayının 16-da C.Cabbarlı adına Respublika Gənclər kitabxanasının İctimai Hüquqi İnformasiya Mərkəzində “Yetkinlik yaşına çatmayanlar arasında cinayətkarlığın profilaktikası və uşaq hüquqlarının müdafiəsi” mövzusunda elmi-praktiki konfrans keçirilmişdir. Konfransı giriş sözü ilə kitabxananın direktoru T.Sadıqov açaraq kitabxanamızda müxtəlif mövzulu tədbirlərin keçirildiyini, gənclərlə görüşlərin keçirilməsinin isə bizim əsas vəzifəmiz olduğunu vurğulamışdı. Tədbirə Mədəniyyət və İxtisasartırma kursunun
dinləyiciləri, məktəblilər dəvət olunmuşdular. Azərbaycan Respublikası Baş Prokurorluğunun şöbə prokuroru Vüsal Orucov müasir həyatda vətəndaş cəmiyyətinin rolundan, insanların bu cəmiyyətdə hüquq və azadlıqlarından, yetkinlik yaşına çatmayanların hüquqlarının müdafiəsindən, profilaktik tədbirlərdən və bu sahədə olan qanunlardan söhbət açaraq, kitabxanada “Cinayətkarlıqdan çəkinin” adlı rubrikanın açılması təklifini irəli sürmüşdü.
Uşaq Hüquqları üzrə Azərbaycan Alyansı QHT-nin nümayəndəsi Dadaş Əhmədov uşaq hüquqları üzrə uşaq və gənclərin sosial reabilitasiyası mərkəzinin iş fəaliyyətindən danışmış, bura toplaşanların əksəriyyətinin xanımların olduğuna görə məsuliyyətin də onların çiyinlərinə düşdüyünü bildirmişdi.
O, valideynləri uşaqlarını təhlükəli qruplaşmalardan, cərəyanlardan çəkindirməyi tövsiyə etmişdi. İnsanın şəxsiyyət kimi formalaşmasına təsir edən amillər, həyati bacarıqlara əsaslanan təhsil fənninin işlənilməsindən danışmışdı. O, bildirdi ki, bu fənnin məqsədi AİDS-ə qarşı mübarizə aparmaqdır. Tədbir zamanı yeniyetmə gəncin cinayət əməlindən, hüquq işçisinin onu tutduğu əmələ görə ictimai faydalı əməyə cəlb edərək tərbiyələndirilməsindən bəhs edən filmə baxış təşkil olunmuşdu. Elmi-praktiki konfransı davam etdirən “Uşaq Hüquqları Klinikası” nın baş hüquqşünası Rafik Alışov Uşaq Hüquqları Klinikasının yaranma tarixindən, zəruriyyətindən, fəaliyyət istiqamətlərindən, dövlət orqanları ilə əməkdaşlığından, uğurlarından və gələcək planlarından ətraflı formada məlumat vermişdi. Bundan əlavə klinikanın fəaliyyət dövründəki statistik rəqəmlərlə tədbir iştirakçılarını tanış etmişdi.
Konfransı yekunlaşdıran Tahir müəllim istər hökümət, istərsə də qeyri-hökümət təşkilatlarının, eləcə də biz kitabxanaçıların da məqsədinin balacalarımızın cəmiyyət üçün layiqli vətəndaş kimi böyüməsi oduğunu vurğulamışdı. Bu mövzuda tədbirlərin vaxtaşırı keçirilməsini arzulayaraq, müasir gənclərimizə böyük ümidlər bəslədiyindən bildirmişdi.Bu tədbirdə kitabxanamıza "Uşaq hüquqlarının araşdırılması", "Avropanı uşaqlar üçün və uşaqlarla birlikdə qurmağın 7 əsas səbəbi", "Uşaqların fiziki cəzalandırılmasının ləğv edilməsi", "Böyük Avropa dünyasına səyahət", "İnsan hüquqları haqqında Avropa Konvensiyası üzrə pozitiv öhdəliklər", "Avropa ifadə azadlığı" kimi kitablar hədiyyə olunmuşdu. Tədbir “Narkomaniya əsrin bəlası” adlı kitab sərgisinə baxışla və qonaqların gətirdikləri hədiyyə kitabların təqdimatı ilə başa çatmışdı