Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının karantin müddətində virtual fəaliyyəti

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası 2020-ci il ərzində fəaliyyətinin çox hissəsini təmamilə onlayn rejimə keçirərək, öz oxucularına kitabxananın rəsmi saytı- www.ryl.az, İnstagram səhifəsi - https://instagram.com/c_cabbarli_resp_genc_kitabxana?igshid=nndqfexh28sb Facebook səhifəsi-https://www.facebook.com/profile.php?id=100011349961279 www.azlibnet.az saytı vasitəsilə xidmət göstərmişdir. 20 mart tarixindən etibarən kitabxana öz fəaliyyətini İnstagram və Facebook səhifələrində aşağıda adı çəkilən aksiyalar istiqamətində qurmuşdur. Sosial şəbəkələrdə 1637 ədəd video və foto material yerləşdirilmişdir.

Hal-hazırda İnstagram səhifəmizin ümumən 20000-dən, facebook səhifəsinin isə 4550-dən çox istifadəçisi vardır. Sosial şəbəkələrimizdə yerləşdirilən hər bir paylaşıma ortalama 1000-1500 “Bəyənmə” gəlir.

“Evdə qal. Mütaliədən qalma” adlı aksiya çərçivəsində kitabxana əməkdaşları və həmçinin də bizim fəal istifadəçilərimiz öz mütaliə üstünlükləri ilə paylaşır, bu və ya digər kitablar haqqında məlumat verirlər. Ümumilikdə sözügedən aksiya üzrə sosial şəbəkələrimizdə 320 ədəd foto və video material yerləşdirilmişdir. Bu məlumatlandırıcı, həm də tövsiyə xarakterli materiallara misal olaraq, Çingiz Abdullayevin, Elxan Elatlının, Varisin, Teador Drayzerin, Mopassanın, Ceyms Kuperin, Ceyn Ostenin, Dostayevskinin, Lev Tolstoyun və s. kitablarına çəkilmiş video çarxları göstərmək olar .

“Evdə qal. Ədəbiyyat və mədəniyyət incilərini tanı” adlı aksiya çərçivəsində kitabxana əməkdaşları M.F.Axundov, M.Ə.Sabir, C.Cabbarlı, M.Müşfiq, Mir Cəlal, S.Vurğun, , M.Dilbazi, A.Şaiq, H.Cavid, N.Kəsəmənli, V.Səmədoğlu kimi Azərbaycan yazarları, Üzeyir Hacıbəyov, Q.Qarayev, F.Şopen kimi dahi bəstəkarlar, M.Maqamayev, H.Qurbanova, M.Abdullayev, B.Səfəroğlu, T.Drayzer, A.Kristi, V.Şekspir, D.Braun kimi dünya ədəbiyyatı və mədəniyyəti nümayəndələri haqqında hazırlanmış video çarxlar vasitəsilə öz istifadəçilərini maarifləndirirlər. Sözügedən aksiya üzrə 324-dən çox foto və video material yerləşdirilmişdir.

Evdə qal. Dünyamızı və ölkəmizi tanı” adlı aksiya isə bütünlükdə istifadəçiləri dünya ölkələri və şəhərləri haqda məlumatlandırmağa yönəldilmişdir. Bu aksiya üzrə kitabxana əməkdaşları tərəfindən ABŞ, Almaniya, Fransa, İtaliya, Vatikan, Türkiyə (Kapadokya), BƏƏ, İspaniya, Portuqaliya, Estoniya, Litva, Braziliya, Hindistan, Vyetnam, Qazaxstan, İsveçrə, Norveç, Danimarka, Finlandiya, Sinqapur, Kuba, Macarıstan və s. kimi dünya ölkələri, Bakı, Gəncə, Şəki, Şamaxı, Qəbələ və s. şəhərlər haqqında 245-dən çox video və foto material yerləşdirilmişdir.

“Kitab səhifələrindən mavi ekrana” aksiyası çərçivəsində kitabxana əməkdaşları kitab şəklində olan və oxucu rəğbəti qazanmış əsərlərin motivləri əsasında çəkilən filmlər haqqında 85-dən çox video çarxlar hazırlamışlar. Sözügedən aksiya çərçivəsində “Sevil”, “Almas”, “Səhər”, Dərviş Parisi partladır”, “Qətl günü”, “Bəxt üzüyü”, “Aygün”, “Uzaq sahillərdə”, “Qürur və qərəz”, “Pianoçu”, “Amfibiya adam” və s. filmləri haqqında video çarxlar hazırlanmışdır.

“Böyük Vətən Müharibəsində Azərbaycan səhifəsi” aksiyası Böyük Vətən Müharibəsinin 75 illik yubileyinə həsr olunmuşdur. Bu aksiya çərçivəsində kitabxana əməkdaşları Vətən müharibəsinin qələbəsində Azərbaycanın oynadığı rol haqqında 90-dan çox video çarxlar hazırlamışlar. Aksiya çərçivəsində Sovet İttifaqı Qəhrəmanı, əməkdar elm xadimi Ziya Bünyadov, Bakı nefti, Azərbaycan təyyarəçiləri, qəhrəman qadınları, milli atıcı diviziyalar və s. haqqında video çarxlar hazırlamışdırlar.

“Evdə qal. Dünya kitabxanalarını tanı”aksiyası çərçivəsində kitabxana öz izləyicilərini dünyanın möhtəşəm və qeyri-adi kitabxanaları ilə tanış edir. Aksiya çərçivəsində kitabxana əməkdaşları tərəfindən 30-dan çox “Dünyanın ən böyük 5 kitabxanası”, “ABŞ Konqres Kitabxanası”, “Rusiya Milli Kitabxanası”, “Çinin Tyantszin kitabxanası”, “Dünyanın ən möcüzəli kitabxanaları” və s. adlı virtual video-səyahət çarxları hazırlanıb kitabxananın sosial şəbəkə səhifələrində yerləşdirmişdir.

“Tariximizin qəhrəmanlıq imzası” adlı aksiyada kitabxana əməkdaşları Dağlıq Qarabağ uğrunda gedən döyüşlərdə şücaət göstərmiş qəhrəmanlarımız haqqında 110-dan çox video material hazırlamışlar.

“Dünya ənənələri, ənənələr dünyası” adlı aksiya çərçivəsində kitabxana əməkdaşları tərəfindən dünya xalqlarının məişətini, folklorunu maraqlı adət və ənənələrini özündə əks etdirən 50-dən çox video çarx hazırlanmışdır.

“Beynəlxalq dünya təşkilatları” adlı aksiyası həm Azərbaycan, həm də Rus və İngilis dillərində hazırlanan, UNESCO, BMT, İSESCO və s. kimi dünya miqyaslı təşkilatlar haqqında bəhs edən video materiallar yerləşdilmişdir. Bütün bu materiallar kitabxana əməkdaşları tərəfindən səsləndirilmiş və hazırlanmışdır.

Kitabxana “Dünya şöhrətli azərbaycanlılar” aksiyasını həyata keçirməklə öz istifadəçi auditoriyasını dünyada elm, mədəniyyət, siyasət sahəsində şöhrət tapmış həmyerlilərimiz ilə tanış etmək istəmişdir. Aksiya çərçivəsində ümummilli lider Heydər Əliyev, akademik, Milli Aviasiya Akademiyasının rektoru Arif Paşayev, süni intellekt sahəsində qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, professor Lütfəli Ələsgərzadə, görkəmli Azərbaycan-sovet opera və estrada müğənnisi Müslüm Maqamayev, bəstəkar və müğənni Polad Bülbüloğlu, dirijor Mstislav Rostropoviç, "Cazın əfsanəsi - Vaqif Mustafazadə" , məşhur azərbaycanlı geoloq, professor, Rusiya Elmlər Akademiyasının müxbir üzvü Fərman Salmanov, xalq rəssamı, Azərbaycan Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarov, Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi Toğrul Nərimanbəyov və s. dünyaca məşhur azərbaycanlılar haqqında video çarxlar və virtual sərgilər hazırlanmışdır.

“#Kitabxanaçı məsləhəti” aksiyası sırf oxucu mütaliəsinin inkişafına yönəldilmiş aksiyadır. Aksiya çərçivəsində 60-dan çox yerli və xarici ədəbiyyat nümayəndələrinin əsərlərinə “book trailer” lər çəkilmişdir.

Son günlərdə kitabxana “Qarabağı qarış-qarış tanıyaq”, “Hardan başlayır Vətən?, ” layihələrinə start vermiş və bu layihələr çərçivəsində Dağlıq Qarabağın rayonları, kəndləri, füsünkar təbiəti, yeraltı və yerüstü sərvətləri, musiqisi, mədəniyyəti, iqtisadiyyatı haqqında maraqlı, rəngarəng və ən əsası maarifləndirici foto, video və yazı materiallarınını hazırlamağı nəzərdə tutur.

Kitabxana hər gün əlamətdar günlər, aktual mövzular, maraqlı məlumatlar, müxtəlif sosial, siyasi, hərbi-vətənpərvərlik və mədəni xəbərlər başlığı altında məlumatlar paylaşır. Bu məlumatların sayı 350-dən çoxdur.

Karantin müddətində Gənclər Kitabxanası öz ətrafında 1000-1800 arası izləyici kütləsi toplayan və qonaqları - millət vəkili Fazil Mustafa, yazıçılar Elxan Elatlı, Varis Yolçuyev, Rövşən Abdullaoğlu, ilahiyyatçı Hacı Şahin Həsənli, “Qanun” Nəşriyyatının rəhbəri Şahbaz Xuduoğlu, Əməkdar artistlər Mehriban Xanlarova və Azad Şükurov, şair-dramaturq Xədicə Murad, həkim-psixoterapevtlər Əli Nağıyev və Elnur Rüstəmov, həkim narkoloq Asif Kəngərli, transpersonal psixoloq İlqar Kərimov, “Bakı Kitab Mərkəzinin” rəhbəri Günel Anarqızı, “Ədalət” qəzetinin baş redaktoru İradə Tuncay, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, əməkdar incəsənət xadimi, İstanbul bələdiyyəsinə bağlı şəhər teatrı bədii rəhbərinin müavini, aktrisa Məlahət Abbasova, ABŞ-da yaşayan həmvətənimiz, Azərbaycan – Amerika Qadınlar Assosiasiyasının rəhbəri Münəvvər Vahabova, "Ayna" - "Zerkalo" qəzetlərinin təsisçisi və baş redaktoru, Elçin Şıxlı, yazıçı-şair, AYB-nın Güney Azərbaycan şöbəsinin müdiri Seyman Aruz, BDU “İnsan hüquqları və informasiya hüququ YUNESKO” kafedrasının müəllimi, hüquq üzrə fəlsəfə doktoru, dosent Əlövsət Allahverdiyev, Əməkdar Artist, opera müğənnisi, xanəndə, Gülüstan Əliyeva və Gülyaz Məmmədova və s. bu kimi tanınmış şəxslər olan canlı yayımlar təşkil etmişdir. Azərbaycanın tarixinə qızıl hərflərlə yazılan Vətən müharibəsindən sonra isə kitabxana “Qarabağ Azərbaycandır!” şüarı altında Orxan Məmmədzadə, Müseyyib Məmmədov, Mais Zeynalov, Əli İbrahimli və s. kimi Vətən müharibəsi iştirakçıları, qazi, zabit və əsgərlərlə canlı yayımlar həyata keçirilmişdir.

Sözügedən müddətdə kitabxana “Abuzər Xələfov”, “Fazil Mustafa”, “Elxan Elatlı”, “Varis Yolçuyev”, “Əbdülrəhim bəy Haqverdiyev”, “Seyid Əzim Şirvani”, “Bəxtiyar Vahabzadə”, “Əlibala Hacızadə”, “Rəsul Rza”, “Cabir Novruz”, “Nəriman Nərimanov”, “Üzeyir Hacıbəyov” “Mübariz İbrahimov”, “Çingiz Mustafayev”, “Anton Çexov”, “Maksim Qorkiy” və s. adda 50-dan çox maraqlı və faydalı məlumatlarla zəngin virtual kitab sərgilər hazırlamışdır.

Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci ili “Könüllülər ili” elan etməsi ilə əlaqədar və Respublika Gənclər Kitabxanasının “Kitabxanalar virtual məkanda” layihəsi əsasında təlimlər keçirilmişdir və kitabxana əsas mövzuları - “ZOOM” və “Microsoft Teams” proqramlarından istifadə qaydaları, proqramların yüklənməsi və qeydiyyata alınması, onlayn tədbirlərin keçirilməsi üsulları, eləcə də kitabxananın elektron resurslar olan, bilavasitə “Zoom” proqramı vasitəsilə kitabxana işçiləri və BDU-nun, ADMİU-nun tələbələri ilə video konfranslar təşkil etmişdir. Konfranslarda həmçinin, iştirakçılara 2019-cu ildən start götürmüş “Kitabxanalar virtual məkanda” layihəsi əsasında yaradılmış mütəxəssislər qrupunun hazırladığı 4 elmi-təcrübi vəsait - “Kitabxanalarda internet forumların keçirilməsinin metodikası”, “Elektron kitabxanalar” və “Şəhər əhalisinə kitabxana-informasiya xidmətinin təşkili”, “Kitabxana-informasiya sistemləri” adlanan kitablar haqqında məlumat da verilmişdir. Sonuncu kitab karantin dövründə çap olunmuşdur. Həmçinin sözügedən layihə çərçivəsində sayca 5-ci kitab - “Kitabxana İnformasiya Texnologiyaları” kitabı işıq üzü görmüşdür.Bundan əlavə bu il ərzində “Cəfər cabbarlı 120” Biblioqrafiyası da çap edilmişdir.

Karantin müddətində kitabxananın “Könüllülər qrupu” aprel ayında Bakı şəhərinin Yasamal, Nəsimi və Səbail rayonlarında yaşayan əhaliyə virusdan qorunma vasitələri – spirt, maska və əlcək paylamışlar və həmçinin də, əhaliyə Koronovirusla mübarizə üsullarından bəhs etmişlər.

2020-ci ildə kitabxananın müvafiq şöbələri “Ekologiya və ətraf mühit” və “Antarktida” adlı biblioqrafik icmallar, “Kitabxanalarda biblioqrafik arayışların yerinə yetirilməsi”,

Kitabxanalarda biblioqrafik icmalların hazırlanması və keçirilməsi və s. adlı metodiki vəsaitlər hazırlamışlar. Bu vəsaitlərin hər biri kitabxananın rəsmi saytında yerləşdirilmişdir.

Sentyabr ayında Respublika Gənclər Kitabxanası Gəncə şəhər MKS-i və onun tabeliyində fəaliyyət göstərən 16 saylı filialın əməkdaşları ilə “Zoom” proqramı vasitəsilə “Sosial izolyasiya dövründə kitabxanaların fəaliyyəti” mövzusunda birgə tədbir təşkil etmişdir. Respublika Gənclər Kitabxanasının fəaliyyətinin əsas prinsipi olan “Öyrənək, öyrədək” şüarı əsasında təşkil edilən onlayn tədbirin əsas məqsədi təcrübə mübadiləsi, karantin dövründə kitabxanaların fəaliyyətində müşahidə edilən yeniliklər və onların müzakirəsi olmuşdur.

Karantin dövründə Respublika Gənclər Kitabxanası kitabxana əməkdaşları ilə ümumi fəaliyyətin müzakirəsinə həsr olunan vebinarlar təşkil etməklə yanaşı, özü də BDU-nun, ADMİU-nun, Kitabxanaçıların İxtisasartırma Mərkəzinin təşkil etdiyi vebinarlarda da mühazirələr ilə çıxış edərək, iştirak etmişdir. Ali məktəblərin direktorları ilə təşkil olunan vebinarlarda, onlayn konfranslarda Gənclər Kitabxanasının iştirakının məqsədi distant təhsilə dəstək və kitabxananın elektron resurslarının, bazalarının və s. mövzuların təbliği olmuşdur. Bundan əlavə kitabxana BMT-nin Uşaq Fondu (UNİCEF) və Avropa İttifaqının maliyyə dəstəyilə, Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) tərəfindən həyata keçirilən Azərbaycan Gənclərinə Dəstək Proqramı çərçivəsində Tərtər rayonunda "Gənclər üçün Kitabxana" layihəsinin müzakilərində iştirak etmiş və yeni tipli kitabxananın yaradılması yönümündə təkliflər irəli sürmüşdür. Bundan əlavə layihə çərçivəsində "Gənclər üçün Kitabxana" sının təşkili üçün 500-dən artıq kitab və pdf kitab faylları verilmişdir.

Gənclər Kitabxanasının rəsmi saytında “Virtual xidmət üçün” video resurs bazası yaratmışdır. Bu məlumat bazasında Microsoft Office 365 Teams, Zoom və digər sosial şəbəkə və platformalarda qeydiyyatdan keçmək, müxtəlif əməliyyatları aparmaq, Open Meeting rejimində görüşlər, konfranslar, müzakirələr, virtual sərgilər keçirmək qaydaları ilə əlaqədar video dərslər və metodiki materiallar yerləşdirilmişdir.

Karantin dövründə kitabxana əməkdaşları oxucuların e-mail ünvanlarını toplayıb, sistemləşdirərək mütəmadi olaraq kitabxana fonduna daxil olan yeni ədəbiyyat, metodiki vəsaitlər haqqında oxuculara məlumatlandırıcı məktublar göndərmişlər.

Karantin müddətində kitabxana əməkdaşları şərqşünas, ədəbiyyatşünas, tənqidçi, tərcüməçi, filologiya elmləri doktoru Aida İmanquliyeva, görkəmli dramaturqlar Cəfər Cabbarlı və Əbdülrəhim bəy Haqverdiyev haqqında elektron məlumat bazalarını hazırlayaraq, istifadəçilərin xidmətinə təqdim etmişdir.

Bu il kitabxana İ.F.Varavva adına Krasnodar Vilayət Gənclər Kitabxanasının təşkil etdiyi “Qələbənin şifrəsi - BİRLİKDİR” adlı İnternet foruma dəvət almışdır. Respublika Gənclər kitabxanası Beynəlxalq İnternet Foruma Azərbaycanın xalq yazıçısı, 1941-1945-ci illərdə Şimali Qafqaz, Leninqrad, 1-ci və 4-cü Ukrayna cəbhələrində şərəfli döyüş yolu keçmiş Hüseyn Abbaszadə haqqında hazırladığı video material və sözü gedən müəllifin qələmindən çıxmış iki dəfə Sovet İttifaqı Qəhrəmanı general Həzi Aslanovun qəhrəmanlıqla keçən döyüş yolu və şücaətinə həsr etdiyi "General" romanı haqqında hazırladıqları esse ilə qatılmışlar. Bu müsabiqəyə göndərilən materiallar İ.F.Varavva adına Krasnodar Vilayət Gənclər Kitabxanası tərəfindən gələcəkdə hazırlanacaq “Müharibənin müqəddəs səhifələri” adlı interaktiv ədəbiyyat xəritəsinin (elektron resurs) fraqmentlərinə çevriləcəklər. Bu isə öz növbəsində Respublika Gənclər Kitabxanası tərəfindən müsabiqəyə təqdim olunan materialların beynəlxalq aləmdə geniş oxucu kütləsinə çatdırılmasına səbəb olacaqdır.

Sosial izolyasiya dövründə kitabxana sosial şəbəkələr vasitəsilə bir sıra müsabiqələr keçirmişdir.Onlara misal olaraq ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ili münasibətilə “Heydər Əliyev mənim qəhrəmanımdır” və Azərbaycanımızın bütövlüyü uğrunda gedən şərəfli döyüşlərdə adını əbədi olaraq şanlı tariximizə yazan qəhrəmanlarımız haqqında 16-35 yaşarası gənclər üçün nəzərdə tutulan “Mənim qəhrəman əsgərim” adlı esse və şeir müsabiqələrinin adını çəkmək olar.

2020-ci il ərzində kitabxananın saytlarına daxil olma və kitab yükləmə göstəricilərində də artım müşahidə edilmişdir. Belə ki, sayt ziyarətçiləri 10107 nəfər, ziyarət olunan səhifə sayı 12538 dəfə, saytdan edilən yükləmələr 10518 ədəd olmuşdur.

2020-ci il ərzində sosial izolyasiyadan kənar aylarda kitabxananın ümumi oxucu sayı 3809 nəfər, oxucu gəlişi 22537 nəfər, kitab verilişi isə 44292 ədəd olmuşdur.

Karantin müddətində kitabxana Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən və radio Antenn 101 FMdə yayımlanan “Canlı kitab” verilişini kitab təminatını və buraxılışın “Cəfər Cabbarlı həftəsi”ndə verilişi dahi ədibimiz haqqında məlumatlar və kitablar ilə təminini həyata keçirmişdir.

Kitabxana öz rəsmi internet səhifəsində (www.ryl.az) Tovuz hadisələrinə həsr olunan “Onlar Vətən yolunda canlarından keçdilər-Tovuz şəhidləri” adlı xüsusi bir bölmə yaratmışdır. Sözügedən bölmədə Tovuz rayonu ərazisində gedən döyüşlər, günbəgün baş verən bütün hadisələrin təsviri, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi haqqında qısa məlumat, Tovuz döyüşlərinin başlanması və gedişatı, döyüşdə qəhrəmancasına həlak olan şəhidlərimiz haqqında ətraflı məlumat, döyüşlər nəticəsində əraziyə dəyən ümumi ziyan, Tovuz döyüşlərinə dünya miqyasında nümayiş etdirilən münasibət, dünyanın və ölkənin ayrı-ayrı ərazilərində baş verən dəstək mitinqləri, Ermənilərin işğalçı mövqeyini təsdiq edən dünya ölkələri və s. haqqında geniş məlumat verilmişdir.

Gənclər Kitabxanası xaricdə yaşayan həmyerlilərimizin iştirakı ilə “Biz haqq yolundayıq.Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!” şuarını dünyanın 15-dən çox dilində səsləndirən sosial video çarx hazırlamışlar.

Sözügedən tədbirlərin hər biri Azərbaycan Dövlət İnformasiya Agentliyi –Azərtac , AR Mədəniyyət Nazirliyinin rəsmi saytı, Bakı şəhər Mədəniyyət İdarəsinin rəsmi saytı və bir sıra xəbər portallarında işıqlandırılmışdır. Bu informasiya portallarında kitabxana haqqında 150-ə yaxın xəbər paylaşılmışdır. Müxtəlif TV kanallarda kitabxananın karantin rejimində fəaliyyətinə dair mütəmadi olaraq reportajlar nümayiş etdirilmişdir.

Hal-hazırda da Respublika Gənclər Kitabxanası bu yönümdə öz fəaliyyətini davam etdirir.

Kitabxanada keçirilən TƏDBİRLƏR

Əziz gənc dost!
Kitabxanada keçirilən çoxsaylı kütləvi tədbirlərin, elmi-praktiki konfransların, sərgilərin tam mətni ilə burda tanış ola bilərsiniz.

Kitabxanada keçirilən TRENİNQLƏR

Hörmətli sayt istifadəçimiz
Kitabxanada mütəmadi olaraq həmkar idarələrin əməkdaşları üçün müxtəlif mövzulu treninqlər keçirilir. Buyurub baxa bilərsiniz.

Gənclər hərəkatı və hərbi vətənpərvərlik

Əziz vətənpərvər dost
Kitabxana fəliyyətində vətənpərvərlik mövzusuna daim xüsusi diqqət ayırmışdır. Bu səhifədə Siz bu mövzuda maraqlı məlumatlar ilə tanış ola bilərsiniz.

Azərbaycan kitabxanaları internetdə

Əziz gənc dost!
Ölkəmizdə fəaliyyət göstərən kitabxanalardan yararlanmaq istəyirsinizsə, o zaman bu link Sizin üçün çox faydalı ola bilər.

Dünya kitabxanaları internetdə

www.ryl.az saytının istifadəçisi!
dünya ədəbiyyatından onlayn istifadə etmək istəyirsinizsə, buyurun... "Dünya kitabxanaları internetdə" linkı bu işdə Sizə yardımçı olar

Təhsil ocaqlarının veb ünvanları

Əziz şagird, sevimli tələbə!
BU səhifədə Siz ölkəmizdə fəaliyyət göstərən təhsil ocaqlarına virtual səyahət edə bilərsiniz.