|
C.Cabbarlı adına Respublika Gənclər kitabxanası 2009-cu il may ayının 22-də şagirdlərin təbiəti sevməsi, ekologiyaya riayət etməsi, ekoloji tərbiyəsi, ekoloji maariflənməsi, təmizliyin qorunması ilə sağlam həyatın təmini məqsədi ilə Yasamal rayonundakı A.Ağaverdiyev adına 31 sayli orta məktəb ilə birlikdə Mərdəkandakı MEA-nın Dendrari bağında təbiət qoynunda “Ekoloji saflıq-sağlamlıq” adı altında disput keçirmişdir. Kitabxananın hərbi-vətənpərvərlik və kütləvi işlər bölməsinin müdiri X.Məmmədova, əməkdaşı Z. Əhmədova, məktəbin ədəbiyyat müəlliməsi E.Əliyeva və biologiya müəllimi F.Mirzəyeva ekoloji təmizliyin, saflığın ətraf mühitə, insan orqanizminə, hər bir canlının sağlam inkişafına təsiri mövzusunda çıxışlar etdikdən sonra, disputun qabaqcadan hazırlanmış sualları əsasında tədbir davam etdirilmişdir
Kitabxananın hərbi-vətənpərvərlik və kütləvi işlər bölməsinin müdiri X.Məmmədova, əməkdaşı Məcidova Zeynəb məktəbin ədəbiyyat müəlliməsi E.Əliyeva və biologiya müəllimi F.Mirzəyeva ekoloji təmizliyin, saflığın ətraf mühitə, insan orqanizminə, hər bir canlının sağlam inkişafına təsiri mövzusunda çıxışlar etdikdən sonra, disputun qabaqcadan hazırlanmış sualları əsasında tədbir davam etdirilmişdir. Şagirdlər disputun suallarından əlavə ekologiyaya aid maraqlandıqları bir sıra məsələlərə cavab almışlar.
Şagirdlər disputun suallarında əlavə “Ana təbiəti itirsək əgər, bir ev yox, bir kənd yox, bir dünya batar.”, “Təbiəti qorumaq insanlığı, bəşəri qorumaq, sağlam həyata malik olmaq deməkdir” devizləri altında çıxışlarını bitirdikdən sonra, ekologiyaya aid maraqlandıqları bir sıra məsələlərə cavab almışlar. Bağın ekskursiya rəhbəri A.Qurbanova oranın yaranma tarixindən, flora və faunası, həmçinin, əkilən yüzlərlə müxtəlif ağac və kol bitkilərinin ekologiyanın saflığında, ətraf müfitin ekoloji mühafizəsində nə dərəcədə müsbət rol oynaması haqqında şagirdlərə ətraflı məlumat vermişdir. Qeyd etmişdir ki, təbiətin bu yaşıllığı hər dəqiqə havaya gözlə görünməyən kimyəvi elementlər buraxır ki, onlar da sağlam həyatın mühafizəsində böyük əhəmiyyət kəsb edir. Ekoloji saflığı təbliğ edən kitab sərgisi də şagirdlərin hədsiz marağına səbəb olmuşdur.
|