|
Müstəqil Azərbaycan Respublikası gənclərinin birinci forumunun
keçirilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin, gənclər hərəkatının 1996-cı il fevralın 2-də müstəqil Azərbaycan Respublikasının gənclərinin birinci forumunun keçirilməsi haqqında təkliflərini nəzərə alaraq qərara alıram:
1. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi şəhər və rayon icra hakimiyyətləri, Təhsil Nazirliyi, Mədəniyyət Nazirliyi, Müdafiə Nazirliyi və digər əlaqədar təşkilatlar ilə birgə müstəqil Azərbaycan respublikasının gənclərinin birinci forumunun hazırlanması və keçirilməsi ilə bağlı lazımı tədbirləri həyata keçirsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti müstəqil Azərbaycan Respublikasının gənclərinin birinci forumunun hazırlanması və keçirilməsi ilə bağlı maliyyə məsələlərini həll etsin.
Heydər Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 26 yanvar 1996-cı il
|