Gənclər hərəkatı və hərbi vətənpərvərlik

Millətin inkişafının təməl daşı olan gənclərin hərbi-vətənpərvərlik tərbiyəsi hər bir müstəqil dövlətin həyata keçirdiyi ən mühüm məsələlərindən biridir. Məhz buna görə də millətin mövcudluğu üçün sağlam gəncliyin varlığı əsas sayılır. Çünki ölkədə dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi gələcəyin etibarlı təminatı, intellektual səviyyəli potensial kadrların yetişdirilməsindən, onların aparıcı qüvvəyə çevrilməsindən asılıdır. Bu baxımdan ölkəmizdə gənclərlə iş sahəsində görülən tədbirlər Azərbaycan gəncliyinin daha da inkişaf etməsinə təkan verir, onların cəmiyyətdə təsdiq olunmaları üçün şərait yaradır. Hazırda gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin artırılmasında ölkədə fəaliyyət göstərən gənclər təşkilatlarının rolu danılmazdır.

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası da fəaliyyət göstərdiyi uzun illər ərzində gənc nəslin hərbi-vətənpərvərlik tərbiyəsinin inkişafı, müasir gənclik arasında təbliği məqsədi ilə daim müxtəlif kütləvi tədbirlər həyata keçirir. Kitabxananın bütün xidmət şöbələri yuxarı sinif şagirdləri və həmçinin, gənclərlə il ərzində “Vətən Heydər Əliyev dühasına borcludur”, “Torpaqların toxunulmazlığı”, “Milli qürur, milli qəhrəmanlar”, “Qəhrəmanlar müasir Azərbaycan ədəbiyyatında”, “Azərbaycan qəhrəmanları ilə fəxr edir”, “Qan ağlayan Qarabağ”, “Qəhrəmanlıq mövzusu müasir nəsr və nəzmdə”, “Azərbaycanın işğal altında qalan torpaqları”, “Müasir gənclərdə vətənpərvərlik ruhu”, “Qarabağ vətənimdir”, “Milli qürur, milli qəhrəmanlar”, “Şəhidlər ölmür”, “Tariximizi unutmayaq”, “Gənclər, vətənin müdafiəsinə hazırsınızmı”, “Azərbaycanın milli qəhrəmanları”, “Qəhrəmanlar unudulmur, şəhidlər ölmür”, “Qarabağın işğal tarixi”, “Şəhidlər,-qürur yerimiz”, “Torpaqlarımız toxunulmazdır”, “Əbədiyyəti qazanan milli qəhrəmanlar”, “Qarabağ həqiqətləri”, “İşğal altında qalan torpaqlarımız”, “Vətən çağıranda...”, “20 yanvar,- Qırmızı qərənfilli faciə tarixi”, “Qəhrəmanlığı qanımla qazandım...”, “Azərbaycanın silahlı qüvvələri haqqında nə bilirsiniz”, “Müasir Azərbaycan ədəbiyyatında vətənpərvərlik mövzusunun təsviri”, “Azərbaycanın əbədiyaşar milli qəhrəmanları”, “Gənclər torpaqlarımızın keşiyində”, “Azərbaycanın milli qəhrəmanlarının həyat yolundan nə öyrənirik”, “Müasir Azərbaycan ədəbiyyatında vətənpərvərlik mövzusu”, “Vətəni qorumağa hazırsınızmı”, “Torpaq müqəddəsliyi, ərazi toxunulmazlığı”, “Vətən qəhrəmanlığa səsləyir”, “Müasir Azərbaycan poeziyasında qəhrəmanlıq mövzusu”, “Mübariz vətən ordusu”, “Milli azadlıq, milli qəhrəmanlar” mövzularında söhbət-mühazirələr aparılır.

Kitabxanada mütəmadi olaraq hərbi-vətənpərvərlik mövzusunda “Müstəqil Respublika, müstəqil Azərbaycan”, “20 yanvar, - Azərbaycanın qan yaddaşı”, “Azad, suveren Azərbaycan”, “Doğma vətən,- Azərbaycan”, “Azad, demokratik Azərbaycan”, “Qəhrəmanlar Azərbaycan ədəbiyyatında”, “O günü unutmayaq... - 20 yanvar”, “Soyqırım, genosid”, “Vətənimdir Azərbaycan”, “Müstəqil Azərbaycan Respublikam”, “Milli dirçəliş, milli rifah”, “Azərbaycanın qan yaddaşı -Xocalı faciəsi”, “Xocalı, -XX əsrin qan fəryadı”, “Azərbaycanım mənim”, “Azadlığı qazanmışıq qram-qram...”, “Müasir Azərbaycan ədəbiyyatında qəhrəmanlıq mövzusu”, “Azərbaycan milli dirçəliş illərində”, “Fəxrim, qürurum Qarabağ”, “Vətən mənə oğul desə...” adları altında kitab sərgiləri açılır.

Kitabxanada hərbi-vətənpərvərlik mövzusuna həsr olunmuş foto-stendlər də daima oxucuların marağına, diqqətinə səbəb olur. Belə ki, il ərzində xidmət şöbələrində “Xocalı faciəsi, erməni vəhşiliyi”, “Xocalım, qəm sirdaşım, dərd yaddaşım”, “Milli qəhrəmanlar”, “20 yanvar şəhidləri”, “Əsrin qan yaddaşı,- 31 mart soyqırımı”, “20 yanvar şəhidləri”, “Əsrin qətliamı”, “Dünənin, bu günün, sabahın Azərbaycanı”, “Qəhrəmanlıq salnaməsi”, “20 yanvar tarixi”, “Xocalı fəryadı”, “Soyqırım gerçəklikləri”, “Azərbaycan qəhrəmanları ilə fəxr edir”, “Qara donlu Qarabağ”, “Əbədiyaşar vətən oğulları”, “Qarabağın dünəni və bu günü”, “Milli faciə, milli qırğın” mövzularında təşkil olunan foto-stendlər oxuculara reallığı əks etdirən şəkillərlə xidmət edir.

Kitabxanada təşkil olunan mədəni-kütləvi tədbirlər arasında hərbi-vətənpərvərlik mövzusuna həsr olunan elmi-praktik konfranslar, görüşlər, dəyirmi masalar, ədəbi-bədii gecələr daha çox yer tutur.

“Əsrin faciəsi, əsrin günahsız qanı,- Xocalı faciəsi”, “Azərbaycanlıların soyqırımı - 31mart”, “Azərbaycanın köksünə dəyən güllə, - 20 yanvar faciəsi”, “Milli faciə, milli dərd”, “Müstəqilliyimiz azad gələcəyimizdir”, “Böyük Qələbəyə gedən yol”, “Azərbaycan demokratiya yollarında”, “Milli dirçəliş, milli istiqlaliyyət”, “Vətənə qayıdış, milli qurtuluş”, “Bir kərə ucalan bayraq...”, “Azərbaycan, yurdum mənim...”, “O gecə şəhidlik zirvəsinə səsləyirdi, - 20 yanvar faciəsi” mövzularında elmi-praktik konfranslar təşkil olunur.

“20 yanvar faciəsi-unudulmayan faciə, unudulmayan qətl”, “Azadlığın sədası, -milli qurtuluş”, “Ağdamım, qəlb ağrım”, “Azərbaycan, yurdum mənim...”, “Güllə yağışı, qan seli”, “Unudulmayan tarix, unudulmayan faciə”, “Soyqırım, milli faciə”, “Qüdrətli Azərbaycan”, “Azərbaycan milli dirçəliş illərində”, “Azadlıq xilaskarı”, “Qanlı açılan sabah”, “Milli genosid”- mövzularında dəyirmi masalar keçirilir.

“Xocalı faciəsi, faciəli Xocalı”, “Xocalıda ruhum qaldı...”, “Ucal, Azərbaycan bayrağı”, “Azadlıq yolu,- milli qurtuluş”, “Qara yanvar, qanlı tarix”, “Müstəqil Azərbaycan Respublikası”, “Qanlı yanvar gecəsi”, “9 May,- Qələbə yolu”, “İşğala məruz Qarabağ”, “Azərbaycan Silahlı Qüvvələri” mövzularında görüşlər təşkil olunur.

“Yaşa, Azərbaycanım”, “Azad Azərbaycan”, “Zirvə sənindir Azərbaycan bayrağı”, “Böyük Qələbə tarixi,- 9 may”, “Müstəqil Respublika, müstəqil Azərbaycan”, “Milli qurtuluş, milli azadlıq” mövzularında ədəbi-bədii gecələr keçirilir.

İl ərzində kitabxanada hərbi-vətənpərvərlik mövzusunda təşkil olunan tədbirlərdə oxucularla yanaşı bir çox mədəniyyət, elm, incəsənət xadimləri, şair və yazıçılar, hökumət və qeyri-hökumət təşkilatları da iştirak edirlər.

Kitabxanada hərbi-vətənpərvərlik mövzusunda təşkil olunan hər bir tədbir gənc nəslin bu ruhda düzgün tərbiyəsində çox böyük əhəmiyyət kəsb edir. Bu səbəbdən də il ərzində mütəmadi olaraq hərbi-vətənpərvərlik mövzusunda tədbirlərin keçirilməsinə xüsusi diqqət yetirilir.

Kitabxanada keçirilən TƏDBİRLƏR

Əziz gənc dost!
Kitabxanada keçirilən çoxsaylı kütləvi tədbirlərin, elmi-praktiki konfransların, sərgilərin tam mətni ilə burda tanış ola bilərsiniz.

Kitabxanada keçirilən TRENİNQLƏR

Hörmətli sayt istifadəçimiz
Kitabxanada mütəmadi olaraq həmkar idarələrin əməkdaşları üçün müxtəlif mövzulu treninqlər keçirilir. Buyurub baxa bilərsiniz.

Gənclər hərəkatı və hərbi vətənpərvərlik

Əziz vətənpərvər dost
Kitabxana fəliyyətində vətənpərvərlik mövzusuna daim xüsusi diqqət ayırmışdır. Bu səhifədə Siz bu mövzuda maraqlı məlumatlar ilə tanış ola bilərsiniz.

Azərbaycan kitabxanaları internetdə

Əziz gənc dost!
Ölkəmizdə fəaliyyət göstərən kitabxanalardan yararlanmaq istəyirsinizsə, o zaman bu link Sizin üçün çox faydalı ola bilər.

Dünya kitabxanaları internetdə

www.ryl.az saytının istifadəçisi!
dünya ədəbiyyatından onlayn istifadə etmək istəyirsinizsə, buyurun... "Dünya kitabxanaları internetdə" linkı bu işdə Sizə yardımçı olar

Təhsil ocaqlarının veb ünvanları

Əziz şagird, sevimli tələbə!
BU səhifədə Siz ölkəmizdə fəaliyyət göstərən təhsil ocaqlarına virtual səyahət edə bilərsiniz.