Ana səhifə Haqqımızda Hüquq mərkəzi Elektron kataloq Elektron kitabxana     Foto qalereya Əlaqə
 


Gənclər hərəkatı

    Ümummilli lider
kitabxanalar haqqında


Prezident və mədəniyyət

Yeni kitablar

Aktual mövzular

Mədəniyyət və Turizm Nazirliyinin yenilikləri

Bu ay teatrlarımızda

Təhsil

Qəzet və jurnallar

Azərbaycan kitabxanaları
internetdə


Dünya kitabxanaları
internetdə



Azərbaycan

Tarixi

Xəritəsi

Dövlət rəmzləri

Azərbaycanın turizm
gözəllikləri


Dağlıq Qarabağ problemi

31 Mart-Soyqırım günü
 

Haqqımızda

C.Cabbarlı adına Respublika Gənclər Kitabxanası ölkəmizdə Sovet hakimiyyəti bərqərar olandan az sonra yaranmış ilk kitabxanalardan biridir.
1928-ci ildən fəaliyyətə başlayan kitabxana ilk illər çox çətinliklərlə üzləşmişdir. Onun fondu, müvafiq binası, kadrları demək olar ki, olmamışdır. Çünki o zaman xalqın az hissəsi savadlı idi. Qadınların, qızların kitabxanaya gəlişi təsadüfi xarakter daşıyırdı. Qiraətxana kimi fəaliyyətə başlayan kitabxana ilk illər evlərə kitab vermək imkanına belə malik deyildi. Müvafiq ədəbiyyatı toplamaq, kitab fondu yaratmaq, geniş oxucu kütləsini cəlb etmək. 30-cu illərdə onun qarşısında duran ən ciddi problem idi.
1957-ci ildə kitabxana üçün daha əlverişli bina verilmişdir. Kitabxananın fəal oxucusu, C.Cabbarlının yaxın dostu Azərbaycan kinematoqrafiyasının pionerlərindən biri olan Məmməd Əlili xatirələrində yazır: «1957- ci il mənim üçün ən əziz ildir. Yeni binaya köçdükdən sonra kitabxana sanki yenidən yaranmış, daha da gözəlləşmişdir. Böyük dramaturqumuz C.Cabbarlının adını daşıyan kitabxana mənəvi sənət mülkünə çevrilmişdir».
Artıq 1958-ci ildə 25 000 kitab fondu olan kitabxanada oxucuların sayı 1109 nəfərə çatmışdı. 1960-1970-ci illərdə dövlətin qarşıya qoyduğu vəzifələri müvəffəqiyətlə yerinə yetirmək məqsədi ilə geniş iş aparılmışdır. Bir faktı göstərmək lazımdır ki, 1958-ci illə müqayisədə 60-cı illərdə kitabxananın fondu 1,2 dəfə, /59.224/, 1968-cı ildə 3,5 dəfə, /112.296/ artmış, 1976-ci ildə isə fondun miqdarı 103 643 nüsxə olmuşdur.
Fondun zənginləsməsi onun tərkibcə formalaşmasına, oxucuların sayının artmasına və kitab verilməsinə öz təsirini göstərmişdir. Belə ki, 1957-ci ildə kitabxana 1.109 nəfər oxucuya 118.824 nüsxə, 1972-ci ildə isə 8000 oxucuya 195.972 nüsxə kitab vermişdir. Bütün bu illər ərzində kitabxanaya yalnız oxucu cəlb etməklə kifayətlənməmiş, xidmət etdiyi rayonun ərazisindəki məktəblərə, idarə və təşkilatlarla sıx əlaqə yaratmış, rayonda keçirilən bütün mədəni-kütləvi işlərdə fəal iştirak etmişdir.
İllər keçdikcə, müəssisənin struktur quruluşunda da xeyli dəyişikliklər baş vermişdir. Vaxtilə qiraətxana kimi fəaliyyətə başlayan kitabxanada sonralar kitab fondu, oxu zalı, abonoment söbələri təşkil olunmuş, 1968-ci ildə 4 söbəsi, 3 filialı yaradılmışdır. 1972-ci ildə kitabxananın binası əsaslı təmir olunmuş, genişləndirilmiş, ona yeni otaqlar, oxu zalları əlavə edilmişdir. Bütün bunlar kitabxanaçıları daha yaxşı işləməyə, oxucuların sorğularını operativ ödəməyə imkan yaratmışdır.
C.Cabbarlı adına kütləvi kitabxana Respublika Gənclər kitabxanasına çevrildikdən sonra onun fəaliyyət dairəsi, metodik rəhbərliyi oxuculara xidmət işində funksiyası artdı. Hazırda ölkəmizdə 50-dən çox gənclər kitabxanası fəaliyyət göstərir.
C . Cabbarlı adına Gənclər kitabxanasının 80- ci illərdə apardığı mədəni-kütləvi işlərin əsas məqsədi gənclərin elmi dünyagörüşünün formalaşması istiqamətində siyasi, fəlsəfi, iqtisadi, bədii ədəbiyyatı təbliğ etməkdən ibarət olmuşdur. Bu məqsədlə kitabxana dövrün tələbatına uyğun kitab sərgiləri, foto-sərgilər təşkil etmiş, müxtəlif xarakterli gecələr, viktorinalar keçirilmişdir.
Kitabxananın 8 söbəsi vardır:
1. Komplektləşdirmə və elektron kataloq şöbəsi
2. İnformasiya biblioqrafiya şöbəsi
3. Elmi metodiki şöbə
4. Beynəlxalq əlaqələr və beynəlxalq kitabxanalararası abonement şöbəsi
5. Kitabxana işinin informasiyalaşdırılması şöbəsi
6.Xidmət şöbəsi (rus bölməsi)
7. Hərbi – vətənpərvərlik və kütləvi işlər bölməsi
8. İncəsənət şöbəsi