|
C.Cabbarlı adına Respublika Gənclər kitabxanasında 2009-cu il 8 may tarixində saat 14.00 – da ümummilli lider Heydər Əliyevin anadan olmasının 86-cı ildönümünə həsr olunmuş dəyirmi masa keçirilmişdir.
Dəyirmi masa dahi rəhbərin ruhunu bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanmışdır.
Tədbiri kitabxananın elmi işlər üzrə direktor müavini X. Musayeva açaraq XX əsrin tarixi şəxsiyyəti, fenomen rəhbəri H.Əliyevin Azərbaycan dövlətçiliyin möhkəmlənməsindəki xidmətlərindən danışmışdır.
Hərbi-vətənpərvərlik və kütləvi işlər bölməsinin müdiri X.Məmmədova “Azərbaycanın özü qədər əbədi”, elmi işlər üzrə direktor müavini X.Musayeva “H. Əliyev və Azərbaycanda kitabxana işi”, beynəlxalq əlaqələr və beynəlxalq kitabxanalararası abonement bölməsinin müdiri X. Məmmədova “Xalqa sədaqətlə xidmətin parlaq nümunəsi”,
kitabxana işinin informaiyalaşdırılması şöbəsinin kitabxanaçısı Ş.Kazımova “H.Əliyev qüdrəti, H.Əliyev dühası” mövzularında məruzələr etmiş, informasiya – biblioqrafiya şöbəsinin kitabxanaçısı Y.Sadıqlı,
BDU-nun filologiya fakültəsinin tələbələri Ü.Hacıyeva və Ə.Məmmədov bu mövzular ətrafında çıxışlar etmişlər.
Tədbirin sonunda “Ümumilli lider Heydər Əliyev” başlığı altında kitab sərgisinə baxış keçirilmişdir.
|