Ana səhifə Haqqımızda Hüquq mərkəzi Elektron kataloq Elektron kitabxana     Foto qalereya Əlaqə
 


Gənclər hərəkatı

    Ümummilli lider
kitabxanalar haqqında


Prezident və mədəniyyət

Yeni kitablar

Aktual mövzular

Mədəniyyət və Turizm Nazirliyinin yenilikləri

Bu ay teatrlarımızda

Təhsil

Qəzet və jurnallar

Azərbaycan kitabxanaları
internetdə


Dünya kitabxanaları
internetdə



Azərbaycan

Tarixi

Xəritəsi

Dövlət rəmzləri

Azərbaycanın turizm
gözəllikləri


Dağlıq Qarabağ problemi

31 Mart-Soyqırım günü
 

İctimai Hüquqi informasiya Mərkəzinin fəaliyyətinin iki illiyinə və
Yazıcılar Birliyinin üzvü Ə.Eyvazovun tərtib etdiyi
“Humanizm və xeyirxahllıq missiyası”kitabının
müzakirəsinə həsr olunmuş dəyirmi masa

Tədbiri 6 fevral 2009-cu il tarixində kitabxananın İctimai Hüquqi İnformasiya Mərkəzində keçirilmişdi. Dəyirmi masanı kitabxananın direktoru T. Sadıqov açmışdı. Sonradan Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin kitabxana işi sektorunun müdiri L.Məmmədova qonaqları salamlamış və sözü RF-nin Azərbaycandakı səfiri V.İstratova vermişdi. Səfir tədbir iştirakçılarını mərkəzin iki illik yubileyi münasibəti ilə təbrik etmiş və gələcək işlərində uğurlar arzulamışdı. Səfirin çıxışından sonra mərkəzin işlədiyi proqramların Rusiyadakı koordinatorları Yuriy Konstantinoviç German və Yudin Veçeslav Qriqoryeviç ilə canlı video bağlantı yaradılmışdı.
Bağlantı zamanı mərkəzin Rusiyadakı koordinatorları mərkəzimizin iki illiyi münasibəti ilə bizi təbrik etmiş və gələn qonaqları salamlamışdılar. Lətifə xanım da öz növbəsində Moskvadakı hüquq və informasiya mərkəzinin baş ofisindəki əməkdaşları salamlamış və göstərdikləri köməyə görə öz minnətdarlığını bildirmişdi. O, iki il ərzində mərkəzin işindən danışmış və onun istifadəçilərinin sayının 2000-dən çox olduğunu bildirmişdi.
Sonra söz Azərbaycan Respublikası Mədəniyyət və Turizm nazirinin müavini xanım S.Məmmədəliyevaya verilir. O, öz çıxışında kitabxanaların cəmiyyət üçün əhəmiyyətindən danışmış və bu mərkəzə gələcək işlərində uğurlar arzulamışdı.
Sonradan V.Korolenko adına kitabxananın əməkdaşı Ruqiyyə xanım Yazıçılar Birliyinin üzvü Ə.Eyvazovun tərtib etdiyi “Humanizm və xeyirxahllıq missiyası”kitabı haqqında qısaca məlumat vermişdi.
Tədbiri maraqlı və məzmunlu cıxışı ilə xalq yazıcısı Cingiz Abdullayev davam etdirmişdi. O, mərkəzin 2 il ərzində belə böyük işlər görməsinin çox xoş olmasını vurğulamışdı.
Sonradan söz alan yazıçı Natiq Rəsulzadə mərkəzin fəaliyyətinin çox məhsuldar olduğunu və gələcəkdə də uğurla davam etdəcəyinə ümid bəslədiyini vurğulamışdı.
Sonradan kitab haqqında danışan yazıçı Mehriban xanımın prezidenti olduğu Heydər Əliyev Fondunun adını doğrultduğunu, onun xidmətlərinin çox böyük olduğunu bildirmişdi. Çıxışının sonunda o, bu kitabın ziyalılara böyük töhfə olduğununu vurğulamış və müəllifə Mehriban xanımın keçirdiyi bütün tədbirləri bu kitabda ardıcıllıqla qələmə aldığına görə təşəkkürünü bildirmişdi. Sonradan İHİM-in əməkdaşı G.Həsənova mərkəzin işlədiyi proqramlar haqqında slaydların nümayişi ilə qısa məlumat verilmişdi. Tədbirin sonunda Rusiyadakı koordinatorlar ilə yenidən canlı video bağlantı yaradılmışdı. Bağlantı zamanı koordinatorlar onlarda olan yeni proqramlar haqqında məlumat vermiş və tədbir iştirakçılarının və mərkəzin əməkdaşlarının suallarını cavablandırmışlar.