|
31 oktyabrda Gözdən Əlil Uşaqlar üçün Respublika İnternat məktəbinin akt zalında həmin məktəbin XI sinif şagirdi Mansur Qədir Rəhimovun “Necə sevməyim?” ikinci şeirlər kitabının təqdimat mərasimi keçiridi.
Tədbirdə məktəbin şagird və müəllimləri, şair və yazıçılar, ziyalılar, kitabxana işçiləri KİV nümayəndələri iştirak edirdilər.
Qafqaz Media İctimai Birliyinin sədri, şair Hacı Azadə və Talehin təşkilatçılığı ilə keçən tədbir iştirakçılarda xoş ovqat yaratdı.
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin C.Cabbarlı adına Respublika Gənclər kitabxanasının direktoru T.Sadıqov xeyriyyə tədbirinin əhəmiyyətindən, dövlətimizin imkansız və əlil insanlara göstərdiyi sonsuz
qayğı və mərhəmət hissindən danışdı. T.Sadıqov məktəbin istedadlı şagirdlərini kitabxanaya dəvət etdi.
Onların kitablarının da internet saytlarında yerləşdirilərək dünya ictimaiyyətinə çatdırılmasını öz vəzifə borcu
hesab etməklə, kitabxananın direktoru tədbirin təşkilatçılarına öz minnətdarlığını bildirdi. Tədbirdə T.Sadıqov Qafqaz Media İctimai Birliyinin təsis etdiyi “Cəsarətli qələm” mükafatına layiq görüldü.
Tədbirdə Prezident təqaüdçüsü, şair Nurəngiz Gün, Zərəngiz Dəmirçiqızı, Südabə Sərvi, Elmira Mahalqızı, Səadət Buta və Rauf İlyasoğlu da çıxış edərək şeirlərini söylədilər.
|