|
C.Cabbarlı adına Respublika Gənclər kitabxanasında 10 fevral 2010-cu il tarixdə qəzəlxan Gularə Munisin yaradıcılığına həsr olunmuş dəyirmi masa keçirilmişdir.
Tədbirlə əlaqədar G.Munisin yaradıcılığını əks etdirən kitab sərgisi təşkil edilmişdir.
Dəyirmi masada “Məcməüs-şüəra” ədəbi məclisinin üzvü, “Qızıl Qələm” və “Vicdanlı Qələm” Diplomlarına layiq görülən ilk “Divan” yazan qəzəlxan qadın Gularə Munis, “A.M.Nağıyev adına Milli Dəyərlərin Qorunması” İctimai Birliyinin sədri D.Nağıyeva, bacısı S.Nağıyeva, Azərbaycan Yazıçılar Birliyinin Uşaq ədəbiyyatının şöbə müdiri Q.Nəcəfzadə, “Məlhəm” İctimai Birliyinin sədri, şairə X.Murad, C.Cabbarlının ev - muzeyinin elmi əməkdaşı Q.Seyfəddin qızı, hərbi müxbir Ş.Əlizamanlı, musiqişünas, professor Ş.Eyvazova, S.Mümtaz adına Mədəniyyət və İncəsənət Arxivinin direktoru M.Teymurov, astroloq F.Qurbansoy, yazıçı-jurnalist İ.Mehdizadə, “Azyaşlıların Hüquqi Maariflənməsinə Kömək” İctimai Birliyinin sədri N.Zeynalova, musiqişünas A.Nəcəfzadə, “Məshəti” jurnalının redaktoru F.Ləman, “Zirvə” Ziyalılar İctimai Birliyinin sədri M.Dəyanətqızı, aktyor M.Ağabəyli, Ə.Vahid adına muzey-kitabxananın direktoru S.Seyidzadə, M.Qorki adına kitabxananın direktoru N.Ələkbərova, İ.Əbilov adına Mədəniyyət Mərkəzinin bədii rəhbəri M.Əsgərov, 234 saylı orta məktəbin direktoru S. Mehdiyeva, şairlər S.İsaqqızı, A.Şirin, Ş.Gündüz, N.Gün, digər mədəniyyət və incəsənət xadimləri iştirak etmişlər.
Dəyirmi masanı giriş sözü ilə “A.M.Nağıyev adına Milli Dəyərlərin Qorunması” İctimai Birliyinin sədri D.Nağıyeva açıb G.Munisin ədəbi yaradıcılığı haqqında geniş məlumat vermiş, hər bir nəşr olunan yeni kitabının oxucular tərəfindən maraqla qarşılanmasını və Azərbaycan şairəsi Heyran xanımdan sonra onun ilk “Divan” yazan qəzəlxan qadın olduğunu qeyd etmişdir.
Tədbir iştirakçılarının hər biri öz çıxışlarında G.Munisin yaradıcılığına öz münasibətlərini bildirmiş, əruz vəzni kimi çətin vəznin incəliklərinə enməyi bacardığana, müasir dövrdə nəzmin daha az müraciət edilən bu vəzndə əsərlər yaratdığına görə təşəkkürlərini bildirmişlər.
Tədbirin sonunda D.Nağıyeva Ictimai Birliyin təşkil etdiyi tədbirlərin yüksək səviyyədə keçirilməsində fəal iştirakına görə kitabxanaya “Ağa Musa Nağıyev” diplomunu təqdim etmişdir.
|