Ana səhifə Haqqımızda Hüquq mərkəzi Elektron kataloq Elektron kitabxana     Foto qalereya Əlaqə
 


Gənclər hərəkatı

    Ümummilli lider
kitabxanalar haqqında


Prezident və mədəniyyət

Yeni kitablar

Aktual mövzular

Mədəniyyət və Turizm Nazirliyinin yenilikləri

Bu ay teatrlarımızda

Təhsil

Qəzet və jurnallar

Azərbaycan kitabxanaları
internetdə


Dünya kitabxanaları
internetdə



Azərbaycan

Tarixi

Xəritəsi

Dövlət rəmzləri

Azərbaycanın turizm
gözəllikləri


Dağlıq Qarabağ problemi

31 Mart-Soyqırım günü
 

Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir

C.Cabbarlı adına Respublika Gənclər kitabxanası 16 oktyabr 2009-cu il tarixdə 31 saylı orta məktəbdə 18 oktyabr Azərbaycanın Müstəqillik günü münasibətilə “Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir” başlığı altında söhbət keçirilmişdir.
Tədbiri giriş sözü ilə məktəbin tədris hissə müdiri N.Ağayeva açıb müəllim və şagird kollektivini qarşıdan gələn bayram,-Müstəqilli günü münasibətilə təbrik etmiş, vətənin suverenliyi uğrunda mübariz və qətiyyətli olmağa səsləmişdir.
Kitabxananın hərbi-vətənpərvərlik və kütləvi işlər bölməsinin müdiri X.Məmmədova öz çıxışında Azərbaycan Respublikasının müstəqillik uğrunda keçdiyi məşəqqətli, lakin şanlı tarixindən bəhs etmiş, şagirdlərə cümhuriyyət dövründən maraqlı faktlar söyləmişdir.
Məktəbin psixoloqu Ş.Nemətli dövlətçiliyin möhkəmlənməsi işində müstəqilliyimizin varisləri olan şagirdlərin üzərinə düşən vətandaşlıq vəzifələrindən danışmış və gələcəyin qurucusu sayılan gənclərimizə təhsildə və əməkdə müvəffəqiyyətlər əldə etmək üçün savadlı, əməksevər olmağı arzulamışdır.
Kitabxananın elmi-metodiki şöbəsinin baş kitabxanaçısı M.Abbasova öz çıxışında qeyd etmişdir ki, ümummilli liderimiz H.Əliyevin müdrik siyasəti nəticəsində müstəqilliyimizin əbədiliyi təmin olunmuş, ölkədə demokrativ, hüquqi və dünyəvi cəmiyyət qurulmuş, həmçinin, iqtisadi qüdrətini durmadan artıran respublikamızın beynəlxalq aləmdə də rolu xeyli artmışdır.
Məktəbin riyaziyyat müəllimi M.Zeynalova öz çıxışında ümummilli lider H.Əliyev və onun layiqli davamçısı olan Azərbaycan Respublikasının prezidenti İ.Əliyevin yürütdüyü müdrik, uzaqgörən siyasəti alqışlamışdır. 1991-ci ildən öz müstəqilliyini bəyan etmiş Azərbaycan Respublikasının son 18 ildə keçdiyi mərhələlərdən və çətinliklərlə üzləşməsindən danışmışdır.
Tədbir dövlət müstəqilliyinə dair kitablara və bu mövzuya həsr olunmuş tövsiyə ədəbiyyat siyahısına baxışla yekunlaşmişdır.