Ana səhifə Haqqımızda Hüquq mərkəzi Elektron kataloq Elektron kitabxana     Foto qalereya Əlaqə
 


Gənclər hərəkatı

    Ümummilli lider
kitabxanalar haqqında


Prezident və mədəniyyət

Yeni kitablar

Aktual mövzular

Mədəniyyət və Turizm Nazirliyinin yenilikləri

Bu ay teatrlarımızda

Təhsil

Qəzet və jurnallar

Azərbaycan kitabxanaları
internetdə


Dünya kitabxanaları
internetdə



Azərbaycan

Tarixi

Xəritəsi

Dövlət rəmzləri

Azərbaycanın turizm
gözəllikləri


Dağlıq Qarabağ problemi

31 Mart-Soyqırım günü
 

Qəhrəmanlığı zirvə tutduq

C. Cabbarlı adına Respublika Gənclər kitabxanasında 07 iyun 2010-cu il tarixdə vətənpərvərlik mövzusunda “Qəhrəmanlığı zirvə tutduq” başlığı altında görüş keçirilmişdir. Görüş Şəhidlər Xiyabanında vətən uğrunda həlak olanların məzarlarının ziyarətindən sonra başlanmışdır.
Tədbirdə “Milli Qəhrəman” qəzetinin baş redaktoru M. Seyidzadə, baş redaktor müavini N.Vəliyev, Müdafiyə Nazirliyi “Hərb Tarixi” Muzeyinin ekspozisiya rəisi L. Əliyeva, Daxili İşlər Nazirliyinin əməkdaşı Q.Məmmədova, milli qəhrəman Ç.Babayevin atası A. Babayev, milli qəhrəman E.Zülfüqarovun həyat yoldaşı L. Zülfüqarova, milli qəhrəman C.Rəhimovun anası D.Rəhimova, milli qəhrəman M.Quliyevin qızı A.Quliyeva, milli qəhrəman A.Məhərrəmovun qardaşı Ə.Məhərrəmov və başqaları iştirak etmişlər.
Görüşü giriş sözü ilə N.Vəliyev açıb, Azərbaycan torpaqlarının toxunulmazlığı uğrunda şəhid olan oğulların ölümləri ilə ucalıq, zirvə fəth etmələrindən, tarixin yaddaşına əbədi yazılmalarından danışmışdır.
Ə.Məhərrəmov L.Zülfüqarova, D.Rəhimova, A.Babayev şəhid verilən hər bir kəsin vətənə, doğmalarına baş ucalığı, qürur qazandığına, qəhrəmanlığı həyatın ən uca zirvəsi seçib əbədiyyətə qovuşmalarına, bunun gələcək nəsillərə örnək olduğunu söyləmişlər.
L. Əliyeva çıxışının sonunda milli qəhrəmanların ailə üzvlərindən xahiş etdi ki, onlara məxsus əşyalardan bir neçəsini eksponat kimi muzeyə bağışlasınlar.
A.Quliyeva atası, milli qəhrəman M.Quliyev haqqında xatirələrini danışdıqdan sonra şəhidlərə həsr etdiyi şerini oxumuşdur.
M. Seyidzadə öz çıxışında qeyd etdi ki, bizim mənəvi borcumuz hər gün, hər an şəhidlərimizi xatırlamaqdır. Çünki, vətən uğrunda ölən varsa, vətəndir.
Görüş tövsiyə ədəbiyyat siyahısının oxunuşu ilə başa çatmışdır.