Ana səhifə Haqqımızda Hüquq mərkəzi Elektron kataloq Elektron kitabxana     Foto qalereya Əlaqə
 


Gənclər hərəkatı

    Ümummilli lider
kitabxanalar haqqında


Prezident və mədəniyyət

Yeni kitablar

Aktual mövzular

Mədəniyyət və Turizm Nazirliyinin yenilikləri

Bu ay teatrlarımızda

Təhsil

Qəzet və jurnallar

Azərbaycan kitabxanaları
internetdə


Dünya kitabxanaları
internetdə



Azərbaycan

Tarixi

Xəritəsi

Dövlət rəmzləri

Azərbaycanın turizm
gözəllikləri


Dağlıq Qarabağ problemi

31 Mart-Soyqırım günü
 

“Milli qəhrəman” qəzetinin yaradıcılığının bir illiyi ilə bağlı
Heydər Əliyev irsi və dövlətçilik işi tədbir

2009-cu il 11 sentyabr saat 12-də C. Cabbarlı adına Respublika Gənclər kitabxanasının İctimai-Hüquqi İnformasiya Mərkəzində “Milli qəhrəman” qəzetinin yaradıcılığının bir illiyi ilə bağlı Heydər Əliyev irsi və dövlətçilik işi mövzusunda tədbir keçirilmişdir.
Kitabxananın direktoru T. Sadıqov tədbiri açaraq qeyd etdi ki, “Milli qəhrəman” qəzetinin qısa bir müddətdə dərc olunmasına baxmayaraq,qısa zamanda öz möhürünü vurmuş, Heydər Əliyev irsi vətənpərvərlik və dövlətçilik işinin gənclər arasında daha da geniş şəkildə təbliğ edilməsi üçün cəmiyyətdə layiqli yerini tutmuşdur.Kitabxananın direktoru T.Sadıqov çıxış üçün sözü "Milli qəhrəman" cəmiyyətinin sədri, Yeni Azərbaycan partiyası Ərazi ilk təşkilatının sədri, “Milli qəhrəman” qəzetinin baş redaktoru Mirbəşir Seyidzadəyə verir. O, giriş sözü ilə çıxış edərək bu qəzetin ağır və dəyərli bir yükü öhdəsinə götürdüyünə görə öz minnətdarlığını bildirir, fəaliyyətində uğurlar arzulayır və tədbiri açıq elan edir. Azərbaycan Respublikasının Dövlət himni səsləndirilir və tədbir boyu milli qəhrəmanlarımızın slayd görünüşü nümayiş etdirilir.
Qəzeti baş redaktoru M. Seyidzadə
Azərbaycanın müstəqilliyi uğrunda şəhid gedən oğullarımızın vətən yolunda göstərdiyi fədakarlıqlardan, xalqımızın layiqli oğlu, ümummilli liderimiz H. Əliyevin hakimiyyətə gəlişi nəticəsində torpaqlarımızın və millətin qurtuluşundan, onun tarixi xidmətlərindən bəhs edir. O, bildirir ki, 210 nəfər milli qəhrəman adına layiq görülüb, onlardan hal-hazırda 19-u yaşayır və fəaliyyətini davam etdirir. O, həm də şəhid ailələrinə göstərilən diqqətsizlikdən təəssüfləndiyini də vurğulayır.
Siyasi Universitetin rektoru, professor Rasim müəllim şəhid adının dahiliyindən və bugünkü tədbirin müqəddəs bir günə təsadüf etdiyindən söz açır.
Yazıçı, dramaturq Aygün Həsənova bizim hər birimizə öz fəaliyyətsahəmizdə şəhidlərdən nümunə götürməyi arzulayır.
Gənc şəhid Cavanşir Rəhimovun anası Lalə xanım, şəhid, milli qəhrəman Fazilin Mehdiyev anası Şövkət xanım şəhidlərin xatirəsini uca tutduğu üçün qəzetin fəaliyyətinə uğurlar arzulayır.
Tədbir “Müasir Azərbaycanın qurucusu” başlığı altında təşkil olunmuş sərgiyə baxışla sona çatır.