Ana səhifə Haqqımızda Hüquq mərkəzi Elektron kataloq Elektron kitabxana     Foto qalereya Əlaqə
 


Gənclər hərəkatı

    Ümummilli lider
kitabxanalar haqqında


Prezident və mədəniyyət

Yeni kitablar

Aktual mövzular

Mədəniyyət və Turizm Nazirliyinin yenilikləri

Bu ay teatrlarımızda

Təhsil

Qəzet və jurnallar

Azərbaycan kitabxanaları
internetdə


Dünya kitabxanaları
internetdə



Azərbaycan

Tarixi

Xəritəsi

Dövlət rəmzləri

Azərbaycanın turizm
gözəllikləri


Dağlıq Qarabağ problemi

31 Mart-Soyqırım günü
 

“Lacivərd göylərin ətəklərində”

C.Cabbarlı adına Respublika Gənclər kitabxanası 12 noyabr 2009-cu il tarixdə astroloq, yazıçı F.Qurbansoyun xalq şairi M.Müşfiqin həyat və yaradıcılığına həsr etdiyi “Lacivərd göylərin ətəklərində” kitabının təqdimat mərasimini keçirmişdir. Tədbiri giriş sözü ilə kitabxananın direktoru T.Sadıqov açıb Azərbaycan xalqınınM.Müşfiq yaradıcılığını həmişə yüksək dəyərləndirməsindən, oxucuların bu irsə yiyələnməyə böyük maraq və tələbatından danışmışdır.
Mərasimdə “Zirvə” ziyalılılar təşkilatının prezidenti rəssam, yazıçı, jurnalist Minayə Dəyanət qızı, təşkilatın Yasamal rayon bölməsinin sədri Elmira xanım, təşkilatın üzvü Afaq xanım, Ailələrə Sosial Dəstək Ictimai Birlik təşkilatının sədri Esmira xanım, Respublika Əlyazmalar İnstitutunun əməkdaşı Şəlalə xanım, Azərbaycan Yazıçılar Birliyinin üzvü Şəhla Gündüz, filologiya elmləri doktoru, professor Əsmət xanım, “Xızı Bərmək” qəzetinin baş redaktoru A.Ağayev, tarixçi M.Rzayev, yazıçı M.İsmayılov, Bakı milyonçusu A.Nağıyevin nəvəsi Dilarə xanım, tanınmış musiqiçi, kaman ustası Şəfiqə Eyvazova, ADMİU-nun tələbələri, bir çox mətbuat işçiləri iştirak etmişlər.
M.Dəyanət qızı F.Qurbansoyun bu kitabının ərsəyə gəlməsində gərgin əməyindən, arxivlərdə uzunmüddət araşdırmalar aparmasından, zəhmətinin mükafatı kimi layiqli əsər yaranmasından danışandan sonra rəhbərlik etdiyi “Zirvə” ziyalılar təşkilatı adından kitabxanaya alim A.İmanquliyevaya həsr olunmuş kitab hədiyyə verilmişdir.
Şairə Ş.Gündüz Müşfiqin varlığını zamanın, dövrün haqsız məhv etməsini ürək ağrısı ilə qeyd edəndən sonra, ona həsr etdiyi “Müşfiqnamə”, “Ömür sonsuz bir ümman” şeirlərini oxumuşdur. M.Müşfiqin yaxın qohumu Leyla xanım, onun haqqında doğmalarından eşitdiyi xatirələrindən söhbət açmış, çıxışının sonunda Azərbaycan Respublikasının Prezidenti İ.Əliyev və xanımı M.Əliyevanın “Qoşa qanad ” kitabını kitabxanaya hədiyyə vermişdir.
“Xızı Bərmək” qəzetinin baş redaktoru A.Ağayev F.Qurbansoyun çox dəqiq faktlar əsasında bu kitabı yazmasından, yarımçıq qırılan ömür faciəsini əks etdirməsindən danışmışdır.
Bakı milyonçusu A.Nağıyev Dilarə xanım kitabda nakam ömür tarixçəsinin qələmə alınmasını, “Zirvə” ziyalılar təşkilatının Yasamal rayon bölməsinin sədri Elmira xanım orta məktəblərdə Muşfiq irsinin mükəmməl tədrisinin vacibliyini qeyd etmişdir.
Musiqiçi, kaman ustası Ş.Eyvazova şairin ailəsi haqqında yaxın qohumlarından eşitdiyi xatirələrdən bəhs etmişdir.
Astroloq, yazıçı F.Qurbansoy kitabın yazılmasında çox əziyyət çəksə də, bunu özünə mənəvi borc, Müşfiq irsinə yüksək qiymət, yüksək mükafat olmasını bildirmişdir.
ADMİU-nun tələbələri M.Müşfiqin bir neçə şeirini əzbər söyləmişlər.
Tədbiri yekun sözü ilə kitabxananın direktoru T.Sadıqov bağlamışdır.
Tədbirlə əlaqədar “Müşfiq ömrü” , “Müşfiq poeziyası” başlığı altında kitab sərgisi açılmışdır.