Ana səhifə Haqqımızda Hüquq mərkəzi Elektron kataloq Elektron kitabxana     Foto qalereya Əlaqə
 


Gənclər hərəkatı

    Ümummilli lider
kitabxanalar haqqında


Prezident və mədəniyyət

Yeni kitablar

Aktual mövzular

Mədəniyyət və Turizm Nazirliyinin yenilikləri

Bu ay teatrlarımızda

Təhsil

Qəzet və jurnallar

Azərbaycan kitabxanaları
internetdə


Dünya kitabxanaları
internetdə



Azərbaycan

Tarixi

Xəritəsi

Dövlət rəmzləri

Azərbaycanın turizm
gözəllikləri


Dağlıq Qarabağ problemi

31 Mart-Soyqırım günü
 

Böyük qayıdış-Milli qurtuluş

C.Cabbarlı adına Respublika Gənclər kitabxanası 12 iyun 2009-cu il tarixdə Milli Qurtuluş günü münasibəti ilə dəyirmi masa keçirmişdir.
Tədbirdə Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzinin dinləyiciləri, Bakı Dövlət Universitetinin tələbələri iştirak etmişlər.
Tədbiri giriş sözü ilə kitabxananın direktoru T.Sadıqov açıb, milli azadlıq, xilas, nicat gününə çevrilən 15 iyun 1993-cü il tarixindən milli lider H.Əliyevin Azərbaycanın ən ağır siyasi-iqtisadi böhran hakimiyyət anarxiyası, xaos keçirdiyi bir dövrdə xalqa arxa, dayaq kimi bütün məsuliyyəti öz üzərinə götürüb, iflic vəziyyətinə düşmüş respublikamızı dirçəltməsindən danışmışdır.
H.Əliyevin qayıdışı, fəaliyyəti nəticəsində Azərbaycanın düşdüyü böhranın qarşısı alındı, bütün qanunsuz silahlı birləşmələr tərkisilah edildi və ölkə inkişaf etməyə başladı. Azərbaycanın sürətli inkişaf strategiyasının əsasını məhz Heydər Əliyev qoymuşdur. Bu strategiyanı indi də Respublikanın Prezidenti İ.Əliyev davam etdirir.
Kitabxananın əməkdaşı F.Seyidova Azərbaycanın özü qədər əbədi ümummilli lider H.Əliyevin fəaliyyəti sayəsində qısa müddətdə respublikamız əsl sosial dövlətə çevrilmişdir. H.Əliyev haqlı olaraq qeyd edir ki, “Bu gün Azərbaycan tam mənada müstəqil siyasət aparır, heç kimdən asılı deyil və öz siyasətini yalnız Azərbaycan xalqı naminə aparır.” Əlbəttə ki, bütün bunlara görə 15 iyun 1993-cü il, Milli Qurtuluş Gününə borcluyuq.
Rus xidmət şöbəsinin baş kitabxanaçısı S.Rəhimova bildirmişdir ki, milli lider H.Əliyevin müstəqilliyini elan etmiş Azərbaycanın rəhbərliyinə gəlişi tarixi bir zəruriyyət idi. Müstəqil Azərbaycan dövlətinin qurulması, inkişaf etdirilməsi, demokratik bir respublika kimi yaranması və fəaliyyət göstərməsi, dövlətə xas bütün atributların formalaşması, bunun üçün siyasi və iqtisadi islahatların həyata keçirilməsi kimi mürəkkəb məsələlərin həllinə məhz H.Əliyev kimi siyasətçi qadir ola bilərdi və o, əlbəttə ki, öz missiyasını ləyaqətlə yerinə yetirmişdir.
Dəyirmi masa “15 iyun-nicat günümüzdür” adlı kitab sərgisinə baxışla sona çatmışdır.