18 sentyabr - Milli Musiqi Günüdür.

1995-ci ildə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkar Üzeyir Hacıbəyovun anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi günü kimi qeyd olunması qərara alınmışdır. Çünki, milli musiqimiz, mədəniyyətimiz öz inkişaf zirvəsinə görə Üzeyir Hacıbəyova borcludur. Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında 18 sentyabr 2019-cu il tarixdə təşkil olunan “Milli musiqimiz” adlı kitab sərgisi oxucuların, musiqisevərlərin böyük maraq və diqqətinə səbəb olmuşdur.



Füzuli və Cəbrayıl rayonlarının işğal günü münasibəti ilə kitab sərgisi

Füzuli və Cəbrayıl rayonları 23 avqust 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. Nəticədə bu rayonlardakı müxtəlif tikililər,- məktəblər, muzeylər, mədəniyyət evləri, tarixi memarlıq abidələri, qiymətli ağac növlərindən ibarət meşələr, hətta, məzarlıqlar erməni qəsbkarları tərəfindən dağıdılaraq məhv edilmişdir. Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında bu münasibətlə “23 avqust Füzuli və Cəbrayıl rayonlarının işğal günüdür” adlı kitab sərgisi açılmışdır. Kitab sərgisinə baxış bir həftə ərzində davam edəcəkdir.

Sərginin FOTO GÖRÜNTÜLƏRİ



Beynəlxalq Gənclər günü münasibəti ilə kitab sərgisi

1997-ci ildə ümummilli lider Heydər Əliyevin Fərmanı ilə Azərbaycanda Gənclər günü təsis edildikdən sonra, 1998-ci il avqustun 8-dən 12-dək Lissabonda gənclərlə iş üzrə nazirlərin iştirakı ilə keçirilən beynəxalq konfransda hər il avqustun 12-nin dünyada Gənclər günü kimi qeyd olunması qərara alınmışdır. Bu əlamətdar gün gənclərə lazımi diqqət göstərmək, onların nailiyyətlərini təbliğ etmək, cəmiyyətin bütün sahələrində gənclərin iştirakına təkan vermək məqsədi ilə qeyd olunur.

Ölkəmizdə gənclərə ən yüksək diqqət və qayğı göstərilir, uğurlu dövlət gənclər siyasəti həyata keçirilir. Xalqımızın ulu öndəri Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasətinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə müasir dövrün tələblərinə uyğun davam etdirilməsi gənclərin hərtərəfli fəaliyyətinə geniş imkanlar yaradıb.

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında “Beynəlxalq Gənclər günü” adlı kitab sərgisi açılmışdır. Kitab sərgisinə baxış bir həftə ərzində davam edəcəkdir.

Sərginin FOTO GÖRÜNTÜLƏRİ



“2 avqust milli kino günüdür” adlı kitab sərgisi

Ümummilli lider Heydər Əliyevin 18 dekabr 2000-ci il tarixli Sərəncamı ilə Azərbaycanda 02 avqust Milli Kino günü kimi qeyd olunur.

Azərbaycanda 1898-ci ildə ilk filmin yaranmasından 121 il ötür. Bu müddət ərzində Azərbaycan kinosu çox böyük inkişaf yolu keçmiş, yüzlərlə yaddaqalan filmlər lentə alınmışdır. Azərbaycan müstəqillik əldə etdikdən sonra filmlərimizi yaşadan, qoruyaraq gələcək nəsillərə ötürən, parametrlərinə görə Cənubi Qafqazda ən böyük və müasir Dövlət Film Fondu yaradılmışdır. Respublika Prezidenti İlham Əliyevin imzaladığı “Azərbaycanda kino sənətinin inkişaf etdirilməsi haqqında” 2007-ci il 23 fevral tarixli Sərəncam milli kinomuzun maddi-texniki bazasının möhkəmləndirilməsinə yeni təkan vermişdir.

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında “2 avqust milli kino günüdür” adlı kitab sərgisi açılmışdır. Kitab sərgisinə baxış bir həftə ərzində davam edəcəkdir.

Sərginin FOTO GÖRÜNTÜLƏRİ



Azərbaycan dili və Azərbaycan əlifbası günü münasibəti ilə kitab sərgisi

1993-cü ildə Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra Azərbaycan dili öz inkişafında yeni mərhələyə qədəm qoydu. 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul edilən müstəqil dövlətimizin ilk Konstitusiyası ilə dövlət dilinin adı bərpa edildi. Bu, ulu öndərin Ana dilimizə dəyişməz mövqeyinin daha bir parlaq nümunəsi oldu.

“Dövlət dili işinin təkmilləşdirilməsi haqqında” 18 iyun 2001-ci il tarixli fərman, yeni əlifbaya keçidin 2001-ci ilin avqustuna kimi ölkəmizdə bütünlüklə təmin edilməsi ulu öndərin öz doğma dilinə bağlılığını bir daha təsdiq etdi.

Ümummilli liderin 9 avqust 2001-ci il tarixli fərmanı ilə avqustun 1-i ölkəmizdə “Azərbaycan dili və Azərbaycan əlifbası günü” kimi qeyd olunur.

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında “Azərbaycan dili, Azərbaycan əlifbası” adlı kitab sərgisi açılmışdır. Kitab sərgisinə baxış bir həftə ərzində davam edəcəkdir.

Sərginin FOTO GÖRÜNTÜLƏRİ



Milli Mətbuat və Jurnalistika günü münasibəti ilə kitab sərgisi

Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra bir çox milli-mənəvi dəyərlərə qayıdış mətbuat sahəsində də özünü göstərmişdir. Bu gün Azərbaycanda yüzlərlə mətbu orqan, - qəzet və jurnal fəaliyyət göstərir.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 1998-ci il 16 avqust tarixli "Azərbaycan Respublikasında söz, düşüncə və informasiya azadlığının təmin edilməsi tədbirləri haqqında" fərmanı ilə ölkədə kütləvi informasiya vasitələri üzərində senzura ləğv edilmişdir. Bu fərman kütləvi infromasiya vasitələrinin sürətli inkişafına ciddi təkan verməklə yanaşı, onların rasionallığının artırılması sahəsində geniş Dövlət Proqramının əsas istiqamətlərini də müəyyən etmişdir.

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Əkinçi" qəzetinin nəşrə başladığı gün, - 22 iyul tarixi Azərbaycanda Milli Mətbuat və Jurnalistika günü kimi qeyd olunur.

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında “Milli Mətbuat və Jurnalistika günü” adlı kitab sərgisi açılmışdır. Kitab sərgisinə baxış bir həftə ərzində davam edəcəkdir.

Sərginin FOTO GÖRÜNTÜLƏRİ



Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə günü ilə əlaqədar sərgi

BMT Baş Assambleyası 1987-ci il iyun ayının 26-nı Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə günü kimi elan etmişdir. Bu məqsədlə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında iyunun 25-də “Narkomaniyaya yox deyək!” adlı kitab sərgisi açılmışdır. Sərgi həftə ərzində davam edəcək.

Sərginin FOTO GÖRÜNTÜLƏRİ



"Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü"

YUNESCO-nun 1995-ci il noyabrın 15-də Parisdə keçirilən 28-ci sessiyasında 23 Aprel "Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü" elan olunmuşdur.

1996-cı ildən dünyada, 1997-cı ildən Azərbaycan Respublikasında 23 Aprel "Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü" qeyd olunur.

“Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü”nün elan edilməsi barədə qərarda mədəni ənənələrin inkişafı, biliklərin yayılması, qorunması üçün kitabların və maarifləndirmənin ən böyük vasitə və ən etibarlı üsul olması xüsusi vurğulanır.

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında bu məqsədlə 23 aprel 2019-cu il tarixdə "Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü" adlı kitab sərgisi təşkil olunub. Sərgidə Azərbaycan, rus və digər xarici dillərdə olan ədəbiyytlar nümayiş edilir.

Sərgi bir həftə davam edəcək.

Sərginin FOTO GÖRÜNTÜLƏRİ



“Beynəlxalq Mədəniyyət Günü”nə həsr olunmuş kitab sərgisi

15 aprel mədəniyyət təqviminin əlamətdar günlərindən biridir. 1935-ci ilin bu günündə “Bədii, elmi müəssisə və tarixi abidələrin qorunması haqqında” Vaşinqton razılaşması imzalanıb. 1998-ci ildə “Mədəniyyətin Müdafiəsi Beynəlxalq Liqası” adlı ictimai təşkilat bu tarixin Beynəlxalq Mədəniyyət Günü kimi qeyd olunması təşəbbüsü ilə çıxış edib. Elə o vaxtdan dünyanın bir çox ölkələrində və həmdə Azərbaycanda bu gün Beynəlxalq Mədəniyyət Günü kimi qeyd olunur.Bu münasibətlə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında “15 aprel-Beynəlxalq Mədəniyyət Günüdür” adlı kitab sərgisi açılmışdır. Sərgi həftə ərzində davam edəcək.

Sərginin FOTO GÖRÜNTÜLƏRİ



Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının 90 illiyi münasibəti ilə “Açıq Kitabxana”, “XXI əsr Gənclər Kitabxanaları- Ənənələr, innovasiyalar. Öyrənək, öyrədək” layihələri çərçivəsində kitab sərgisi

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası 21 sentyabr 2018-ci il tarixdə kitabxananın 90 illiyi münasibəti ilə “Açıq Kitabxana”, “XXI əsr Gənclər Kitabxanaları- Ənənələr, innovasiyalar. Öyrənək, öyrədək” layihələri çərçivəsində Yasamal rayonu Mikayıl Müşfiq adına bağda kitab sərgisi təşkil etdi. Sərgidə Azərbaycan və rus dillərində beş yüzə yaxın müxtəlif sahələri əhatə edən ədəbiyyatlar nümayiş etdirildi. Nümayiş etdirilən ədəbiyyatlar “Bədii Ədəbiyyat”, “İctimai-Siyasi Ədəbiyyat”, “Elm”, “İnformatika”, “İncəsənət”, “Xarici Ədəbiyyat”, “Uşaq Ədəbiyyatı” adları altında oxuculara təqdim olundu. Həmçinin, sərgidə “İnformasiya Daşıyıcıları” adı altında Azərbaycan və rus dillərində disklərə də xüsusi yer ayrıldı. Açıq havada gün ərzində davam edən kitab sərgisi yüzlərlə oxucunun, ədəbiyyatsevərlərin marağını, diqqətini cəlb etdi. Sərgiyə baxışda gənclər, tələbələr çoxluq təşkil etdi.

Kitab sərgisinin nümayişində Yasamal rayonu İcra Hakiyyətinin nümayədənləri yaxından iştirak etdilər. Kitabxana əməkdaşları oxucuların diqqətini çəkən istənilən kitab haqqında ətraflı məlumat verdilər və onları kitabxanaya üzv olub yüz minlərlə kitab fondundan istifadəyə dəvət etdilər. Kitab sərgisinin nümayişi zamanı onlarla oxucu kitabxanaya üzv oldular.

Həmçinin, sərgidə iştirak edənlərə kitabxana tərəfindən ədəbiyyatın müxtəlif sahələrinə dair hədiyyə kitablar da verildi.

“Açıq Kitabxana”, “XXI əsr Gənclər Kitabxanaları- Ənənələr, innovasiyalar. Öyrənək, öyrədək” layihələri çərçivəsində təşkil olunan kitab sərgiləri mütəmadi olaraq davam etdiriləcək.

Sərginin FOTO GÖRÜNTÜLƏRİ

Kitabxanada keçirilən TƏDBİRLƏR

Əziz gənc dost!
Kitabxanada keçirilən çoxsaylı kütləvi tədbirlərin, elmi-praktiki konfransların, sərgilərin tam mətni ilə burda tanış ola bilərsiniz.

Kitabxanada keçirilən TRENİNQLƏR

Hörmətli sayt istifadəçimiz
Kitabxanada mütəmadi olaraq həmkar idarələrin əməkdaşları üçün müxtəlif mövzulu treninqlər keçirilir. Buyurub baxa bilərsiniz.

Gənclər hərəkatı və hərbi vətənpərvərlik

Əziz vətənpərvər dost
Kitabxana fəliyyətində vətənpərvərlik mövzusuna daim xüsusi diqqət ayırmışdır. Bu səhifədə Siz bu mövzuda maraqlı məlumatlar ilə tanış ola bilərsiniz.

Azərbaycan kitabxanaları internetdə

Əziz gənc dost!
Ölkəmizdə fəaliyyət göstərən kitabxanalardan yararlanmaq istəyirsinizsə, o zaman bu link Sizin üçün çox faydalı ola bilər.

Dünya kitabxanaları internetdə

www.ryl.az saytının istifadəçisi!
dünya ədəbiyyatından onlayn istifadə etmək istəyirsinizsə, buyurun... "Dünya kitabxanaları internetdə" linkı bu işdə Sizə yardımçı olar

Təhsil ocaqlarının veb ünvanları

Əziz şagird, sevimli tələbə!
BU səhifədə Siz ölkəmizdə fəaliyyət göstərən təhsil ocaqlarına virtual səyahət edə bilərsiniz.