Ana səhifə Haqqımızda Hüquq mərkəzi Elektron kataloq Elektron kitabxana     Foto qalereya Əlaqə
 


Gənclər hərəkatı

    Ümummilli lider
kitabxanalar haqqında


Prezident və mədəniyyət

Yeni kitablar

Aktual mövzular

Mədəniyyət və Turizm Nazirliyinin yenilikləri

Bu ay teatrlarımızda

Təhsil

Qəzet və jurnallar

Azərbaycan kitabxanaları
internetdə


Dünya kitabxanaları
internetdə



Azərbaycan

Tarixi

Xəritəsi

Dövlət rəmzləri

Azərbaycanın turizm
gözəllikləri


Dağlıq Qarabağ problemi

31 Mart-Soyqırım günü
 

“Soyqırım, milli genosid”
mövzusunda elmi-praktiki konfrans

C.Cabbarlı adına Respublika Gənclər kitabxanasında 2009-cu il mart ayının 30-da “Soyqırım, milli genosid” mövzusunda elmi-praktiki konfrans keçirilmişdir.
Konfransda Beynəlxalq idarəetmə Akademiyasının müəllimi A.Səlimxanov, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin, Bakı Dövlət Universitetinin tələbələri iştirak etmişlər.
Konfransı giriş sözü ilə kitabxananın elmi işlər üzrə direktor müavini X.Musayeva açıb 31 mart soyqırımının tarixi köklərindən,
onu törədən erməni daşnaklarından, xalqı vəhşicəsinə qırmaqlarından, bu qırğın nəticəsində Bakı, Quba, Şamaxı, Gəncə, Qarabağ, Naxçıvan və respublikanın digər bölgələrində 100 minlərlə günahsız adamın qətlə yetirilməsindən danışmışdır.
BİA-nın müəllimi A. Səlimxanov “Tarix unudulmur” başlığı altındakı məruzəsində xalq Komissarı N.Nərimanovun rolundan, Azərbaycan üçün xidmətlərindən danışmış, həmçinin, bu soyqırımın tarixini bir daha açıqlamışdır.
BDU-nun Şərqşünaslıq fakültəsinin tələbəsi A.Əhmədova “Azərbaycanlıların genosidi” adlı məruzəsində 1918-ci ilin mart ayının 28-dən 31-dək davam edən dörd gün ərzində “Böyük Ermənistan” imperiyasını yaratmaq niyyəti ilə azərbaycanlılara əzab verilməsini, əhalinin məhv edilməsini, kəndlərin yandırılmasını faktlar əsasında konfrans iştirakçılarına söyləmişdir.
ADMİU-nun teatr kollektivləri rejissorluğu fakültəsinin tələbəsi F.Allahverdiyeva “Unudulmayan faktlar” başlığı məruzəsini 31 mart soyqırımı nəticəsində respublikanın müxtəlif rayon və kəndlərində qətlə yetirilənlərin sayına tarixi haqsızlıqlara həsr etmişdir.
ADMİU-nun sənətşünaslıq fakültəsinin tələbəsi X.Məmmədhəsənova “Azərbaycan xalqının milli genosidi” adlı məruzəsində erməni daşnaklarının alçaq siyasətini pisləmiş, onların xalqımızın tarixi düşmənləri olduqlarını demişdir.
Konfransda həmçinin kitabxananın Beynəlxalq əlaqələr və beynəlxalq kitabxanalararası abonement bölməsinin müdiri X.Məmmədova “Tarixi həqiqətlər unudulmamalıdır”, hərbi vətənpərvərlik və kütləvi işlər bölməsinin böyük kitabxanaçısı S.Şəfiyeva “31 Mart soyqırım”, komplektləşdirmə və elektron kataloq şöbəsinin böyük kitabxanaçısı T.Mehdiyeva “Tariximizin faciəli səhifəsi” başlıqları altındakı çıxışlarında milli genosidin tarixi kökləri, erməni terroru, azərbaycan xalqının haqsızlıqlara məruz qalmasından danışmışlar.
Elmi-praktiki konfrans bu mövzuya həsr olunmuş tövsiyə ədəbiyyat siyahısının oxunuşu və “Milli genosid” başlıqlı kitab sərgisinə baxışla sona çatmışdır.