Qara Qarayevin anadan olmasının 100 illiyi münasibəti ilə ədəbi-bədii gecə.

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında 07 fevral 2018-ci il tarixdə görkəmli Azərbaycan bəstəkarı və pedaqoqu, SSRİ Xalq Artisti, Stalin mükafatı laureatı, Lenin mükafatı laureatı, Sosialist Əməyi Qəhrəmanı, Oktyabr İnqilabı və Qırmızı Əmək Bayrağı ordenləri laureatı, SSRİ Ali Sovetinin deputatı, AMEA-nın akademiki, müharibədən sonrakı dövr Azərbaycan mədəniyyətinin ən görkəmli nümayəndələrindən biri Qara Qarayevin anadan olmasının 100 illiyi münasibəti ilə “Ölməz bəstəkar Qara Qarayev-100” adlı ədəbi-bədii gecə keçirildi.

Tədbiri giriş sözü ilə kitabxananın direktoru Tahir Sadıqov açıb Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 17 oktyabr 2017-ci il tartixdə görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin anadan olmasının 100 illik yubileyi haqqında Sərəncam imzaladığını bildirdi. Həmçinin, dedi ki, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin 2018-ci ilin birinci yarımili üçün iş planında da görkəmli bəstəkar Qara Qarayevin anadan olmasının 100 illik yubileyi ilə əlaqədar tədbirlərin keçirilməsi qeyd olunmuşdur. Tahir Sadıqov Qara Qarayevin bəstəkarlıq sənətinin nəinki Azərbaycan Respublikasında, hətta bütün dünya miqyasında sevilməsini, məşhurluğunu, əvəzolunmazlığını xüsusi vurğuladı. Əməkdar İncəsənət Xadimi, sənətşünaslıq üzrə professor Elnarə Dadaşova çıxışında bildirdi ki, Qara Qarayevin sinfində 48 nəfər dərs alırdı. Onlardan biri də mən olmuşam. Ömür vəfa etsəydi onun tələbələri daha çox olardı. Lakin bu insan hər bir məsələyə o qədər çılğınlıqla yanaşırdı ki, ürək telləri buna dözə bilmirdi. Xoşbəxtəm ki, belə bir dahidən dərs almışam.

Bəstəkarlar İttifaqının katibi, əməkdar incəsənət xadimi,bəstəkar, Üzeyir Hacıbəylinin Ev Muzeyinin direktoru Sərdar Fərəcov Qara Qarayevin tələbəsi kimi ondan dərs almaq arzusundan, bu dahi bəstəkarın gənclərin idealı sayılmasından danışdı. Cəmi 64 il ömür sürən Qara Qarayevin timsalında əsl ziyalı obrazını görməsini, dahi bəstəkarın qiymətli musiqi əsərlərinin əsrlərin yaddaşından silinməyəcəyini qürurla söylədi.

AZƏR TAC-ın xüsusi müxbiri Zərəngiz Dəmirçiqayalı qeyd etdi ki, Qara Qarayev Müsəlman Şərqində ən böyük bəstəkar olub. Bu gün bütün dünya bu dahi bəstəkarın xatirəsini anır. Çünki, onun əsərləri bütün dünyaya nümunə, əsl musiqinin təzahürü olan bir məktəbdir. Əfsus ki, belə sənətkarlar tarixdə təkrar doğulmurlar.

“Dünya Azərbaycanlı Gənclərinin Beynəlxalq Həmrəyliyinə Dəstək” ictimai birliyinin sədri Tofiq Əlizadə bu gün respublikamızın hər yerində Qara Qarayevin anadan olmasının 100 illiyi münasibəti ilə tədbirlərin keçirilməsini, onun musiqi xəzinəmizə qoyub getdiyi əsərlərin ölməzliyini bildirdi.

Respublika Ağsaqqallar Şurasının üzvü Sevil İsrafilova ölməz bəstəkarla ailə dostları olmasından, onunla bağlı xatirələrdən, hətta xəstə yatağında yatarkən də həmişə həkim kimi onun ailəsinə müraciət etməsindən söhbət açdı.

Müğənni, bəstəkar Elxan Rəsuloğlu musiqi nömrəsi ilə çıxış etdi.

Tədbir boyu Qara Qarayevin əsərlərindən parçalar səsləndirildi, yaradıcılığına həsr olunmuş slaydlar nümayiş olundu.

Tədbirdə həmçinin tarixçi-tədqiqatçı, BDU-nin müəllimi Nazim Tapdıqoğlu, Krım Radiosunun aparıcısı Həbib Əliyev, Respublika Qadınlar Cəmiyyəti Yasamal rayon şöbəsinin sədri Gülnarə Əmirquliyeva, Yasamal rayonu MKS-nin böyük metodisti İradə Hüseynova, “Peşə Yönümlü Təhsilin İnkişafına Yardım” birliyinin sədri, BDU-nun müəllimi İradə Əlili, “Qlobal Dünya Müasir Azərbaycan” birliyinin təsisçisi Səbinə Babayeva, şair-publisist Rauf İlyasoğlu, yazıçı-publisist Şahlar Baba, həkim, şair Zakir Ağdamlı da iştirak edirdilər.

Tədbirin sonunda “Ölməz bəstəkar Qara Qarayev-100” adlı kitab sərgisinə baxış keçirildi.

Tədbirin FOTO GÖRÜNTÜLƏRİ

Kitabxanada keçirilən TƏDBİRLƏR

Əziz gənc dost!
Kitabxanada keçirilən çoxsaylı kütləvi tədbirlərin, elmi-praktiki konfransların, sərgilərin tam mətni ilə burda tanış ola bilərsiniz.

Kitabxanada keçirilən TRENİNQLƏR

Hörmətli sayt istifadəçimiz
Kitabxanada mütəmadi olaraq həmkar idarələrin əməkdaşları üçün müxtəlif mövzulu treninqlər keçirilir. Buyurub baxa bilərsiniz.

Gənclər hərəkatı və hərbi vətənpərvərlik

Əziz vətənpərvər dost
Kitabxana fəliyyətində vətənpərvərlik mövzusuna daim xüsusi diqqət ayırmışdır. Bu səhifədə Siz bu mövzuda maraqlı məlumatlar ilə tanış ola bilərsiniz.

Azərbaycan kitabxanaları internetdə

Əziz gənc dost!
Ölkəmizdə fəaliyyət göstərən kitabxanalardan yararlanmaq istəyirsinizsə, o zaman bu link Sizin üçün çox faydalı ola bilər.

Dünya kitabxanaları internetdə

www.ryl.az saytının istifadəçisi!
dünya ədəbiyyatından onlayn istifadə etmək istəyirsinizsə, buyurun... "Dünya kitabxanaları internetdə" linkı bu işdə Sizə yardımçı olar

Təhsil ocaqlarının veb ünvanları

Əziz şagird, sevimli tələbə!
BU səhifədə Siz ölkəmizdə fəaliyyət göstərən təhsil ocaqlarına virtual səyahət edə bilərsiniz.