Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzi ilə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının gələcəkdə birgə əməkdaşlığı məqsədilə görüş.

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının kollektivi birgə əməkdaşlıq məqsədilə 21 may 2018-ci il tarixdə Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində oldular. Mərkəzin müdiri doktor Əhməd Sami Elaydi kollektiv üzvlərini səmimi qarşıladı, iyirmi ildən artıq fəaliyyət göstərdiklərini, bir çox layihələrin iştirakçıları olduqlarını, bir sıra qurumlarla, təşkilatlarla müntəzəm əməkdaşlıq etdiklərini bildirdi. Doktor Əhməd Sami Elaydi mərkəzdə ödənişsiz ərəb dili kurslarının təşkili, yaş məhdudiyyəti olmadan hər bir kəsin müraciət etməsi, yüksək səviyyədə dərslərin keçirilməsi haqqında danışandan sonra kitabxana əməkdaşlarını və oxucuları da bu kurslara dəvət etdi.

Misir Ərəb Respublikasının təhsil ocaqları, hər birində iki yüz mindən artıq tələbəsi olan universitetləri, beş milyondan artıq kitab fonduna, yüz milyondan artıq sənədlərə malik arxivi haqqında danışdı. Mərkəzin kitabxanası ilə tanışlıqda doktor Əhməd Sami Elaydi bildirdi ki, fondda gördüyünüz bu ədəbiyyatlardan savayı on minə yaxın elektron variantı olan kitablar da vardır. Təşkil olunan sərgilər, eksponatlar da xüsusi diqqət cəlb elədi. Mərkəzin səyyar sərgisi, dərs otaqları, təşkil olunan tədbirlər haqqında məlumatlar, Misir Ərəb Respublikası haqqında çəkilən qısa metrajlı film maraqla qarşılandı.

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının elmi işlər üzrə direktor müavini Xalidə Musayeva kitabxana, onun şöbələri, fəaliyyəti haqqında geniş məlumatla çıxış etdi.

Doktor Əhməd Sami Elaydi Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasını da birgə əməkdaşlığa, bir sıra layihələrdə iştiraka dəvət etdi. Görüşün sonunda müəllifi olduğu “Müstəqillik dövrü Azərbaycan romanı” kitabından üç nüsxə kitabxanaya hədiyyə verdi.

Tədbirin FOTO GÖRÜNTÜLƏRİ

Kitabxanada keçirilən TƏDBİRLƏR

Əziz gənc dost!
Kitabxanada keçirilən çoxsaylı kütləvi tədbirlərin, elmi-praktiki konfransların, sərgilərin tam mətni ilə burda tanış ola bilərsiniz.

Kitabxanada keçirilən TRENİNQLƏR

Hörmətli sayt istifadəçimiz
Kitabxanada mütəmadi olaraq həmkar idarələrin əməkdaşları üçün müxtəlif mövzulu treninqlər keçirilir. Buyurub baxa bilərsiniz.

Gənclər hərəkatı və hərbi vətənpərvərlik

Əziz vətənpərvər dost
Kitabxana fəliyyətində vətənpərvərlik mövzusuna daim xüsusi diqqət ayırmışdır. Bu səhifədə Siz bu mövzuda maraqlı məlumatlar ilə tanış ola bilərsiniz.

Azərbaycan kitabxanaları internetdə

Əziz gənc dost!
Ölkəmizdə fəaliyyət göstərən kitabxanalardan yararlanmaq istəyirsinizsə, o zaman bu link Sizin üçün çox faydalı ola bilər.

Dünya kitabxanaları internetdə

www.ryl.az saytının istifadəçisi!
dünya ədəbiyyatından onlayn istifadə etmək istəyirsinizsə, buyurun... "Dünya kitabxanaları internetdə" linkı bu işdə Sizə yardımçı olar

Təhsil ocaqlarının veb ünvanları

Əziz şagird, sevimli tələbə!
BU səhifədə Siz ölkəmizdə fəaliyyət göstərən təhsil ocaqlarına virtual səyahət edə bilərsiniz.