Şair, nasir, dramaturq, teatrşünas Cəfər Cabbarlının anadan olmasının 120 illiyinə həsr olunmuş “Cəfər təbiətin möcüzəsidir” adlı musiqili ədəbi-bədii gecə

01 noyabr 2019-cu il tarixdə Azərbaycan Texniki Universitetində Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası ilə birgə şair, nasir, dramaturq, teatrşünas Cəfər Cabbarlının anadan olmasının 120 illiyi münasibəti ilə “Cəfər təbiətin möcüzəsidir” adlı musiqili ədəbi-bədii gecə keçirildi.

Tədbiri Azərbaycan Texniki Universitetinin rektoru, əməkdar elm xadimi, professor Vilayət Vəliyev açaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 17 dekabr 2018-ci il tarixdə ədəbiyyatımızın görkəmli nümayəndəsi Cəfər Cabbarlının 120 illiyinin qeyd edilməsi haqqında Sərəncam imzalaması, görkəmli ədibin zəngin ədəbi irsi haqqında geniş məlumat verdi.

AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru, professor Tahirə Məmməd “Cəfər Cabbarlının yaradıcılığı” adlı geniş məruzə ilə çıxış etdi.

Cəfər Cabbarlının ev-muzeyinin direktoru Qəmər Seyfəddin qızı Respublika rəhbəri İlham Əliyevə və tədbir iştirakçılarına Cəfər Cabbarlının irsinə verilən yüksək qiymətə görə təşəkkür etdi.

Əməkdar artist Feyruz Səxavət Cəfər Cabbarlının sözlərinə bəstələnmiş “Azad bir quşdum”, müğənnilər Nicat Cəfərzadə “Tellər oynadı”, Vüsal Hacıyev “Gərək günəş dağları aşıb sönməyəydi”, Aydan və Fidan Süleymanzadələr “Zalım yar”, tələbələrdən Fərhad Rəhimli “Həyat, söylə, sən kiminsən?”, Əli Əliyev “Çırpınırdı Qara dəniz”, Kənan Alquliyev “Ey dan ulduzu” mahnılarını ifa etdilər, Ziya Bayramov “Ana”, Nazan Babayeva “Olmasın”, Hikmət Fərəczadə “Azərbaycan bayrağına” şerlərini söylədilər.

Tələbələrin ifasında “Oqtay Eloğlu” əsərindən bir parça və Cəfər Cabbarlı ilə Nuru Paşanın görüş səhnəsi təqdim olundu.

Tədbir boyu videoçarx nümayiş edildi. Sonda çıxışçılar “Fəxri Fərman”la mükfatlandırıldılar, “Mən bir susmaz duyğuyam ki” adlı kitab sərgisinə baxış keçirildi.

Tədbirin FOTO GÖRÜNTÜLƏRİ

Kitabxanada keçirilən TƏDBİRLƏR

Əziz gənc dost!
Kitabxanada keçirilən çoxsaylı kütləvi tədbirlərin, elmi-praktiki konfransların, sərgilərin tam mətni ilə burda tanış ola bilərsiniz.

Kitabxanada keçirilən TRENİNQLƏR

Hörmətli sayt istifadəçimiz
Kitabxanada mütəmadi olaraq həmkar idarələrin əməkdaşları üçün müxtəlif mövzulu treninqlər keçirilir. Buyurub baxa bilərsiniz.

Gənclər hərəkatı və hərbi vətənpərvərlik

Əziz vətənpərvər dost
Kitabxana fəliyyətində vətənpərvərlik mövzusuna daim xüsusi dissət ayırmışdır. Bu səhifədə Siz bu mövzuda maraqlı məlumatlar ilə tanış ola bilərsiniz.

Azərbaycan kitabxanaları internetdə

Əziz gənc dost!
Ölkəmizdə fəaliyyət göstərən kitabxanalardan yararlanmaq istəyirsinizsə, o zaman bu link Sizin üçün çox faydalı ola bilər.

Dünya kitabxanaları internetdə

www.ryl.az saytının istifadəçisi!
dünya ədəbiyyatından onlayn istifadə etmək istəyirsinizsə, buyurun... "Dünya kitabxanaları internetdə" linkı bu işdə Sizə yardımçı olar

Təhsil ocaqlarının veb ünvanları

Əziz şagird, sevimli tələbə!
BU səhifədə Siz ölkəmizdə fəaliyyət göstərən təhsil ocaqlarına virtual səyahət edə bilərsiniz.