“Müqəddəs Azərbaycan bayrağı”- Dövlət Bayraq günü münasibəti ilə musiqili ədəbi-bədii gecə

08 noyabr 2019-cu il tarixdə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası Yasamal rayonu 173 saylı orta məktəblə birgə Dövlət Bayraq günü münasibəti ilə “Müqəddəs Azərbaycan bayrağı” adlı musiqili ədəbi-bədii gecə keçirdi.

Tədbir Azərbaycan Dövlət Himninin və ümummilli lider Heydər Əliyevin “Biz öz himnimizi, bayrağımızı özümüz qədər sevməliyik. Çünki, bu bizim vətənimizə, millətimizə, dövlətimizə olan sədaqət, sevgi və məhəbbətin rəmzidir” sözlərinin səsləndirilməsindən sonra başladı.

Məktəbin direktoru Sitarə Abbasova Azərbaycan Respublikasının Dövlət bayrağının suverenliyimizin rəmzi olduğunu bildirib şagirdlərə müqəddəs vətəni, bayrağımızı sevib qorumağı tövsiyə etdi.

Kitabxananın elmi işlər üzrə direktor müavini Xalidə Musayeva müstəqil Azərbaycanın bayrağındakı üç rəngin ifadə etdiyi “türkçülük, islamçılıq və müasirlik” formulu, bayrağın simvolları, dövlətin vacib atributu olması mövzusunda çıxış etdi.

Məktəbin tarix müəllimi Çinarə Cəbrayılova “Azərbaycan bayrağı” adlı geniş məruzə ilə çıxış etdi.

Şagirdlər “Qarabağ şikəstəsi”, ”Çırpınırdı Qara dəniz”, “Bu dünyanın bir adı var”, “Azərbaycan bayrağı” mahnılarını ifa etdilər, “Azərbaycan”, “Milli bayraq”, “Yaşa səni, yaşa üçrəngli bayraq”, “Bayrağımız” şerlərini söylədilər.

Tədbir boyu “Yüksələn Azərbaycan bayrağı” adlı video çarx nümayiş edildi.

Tədbirin FOTO GÖRÜNTÜLƏRİ

Kitabxanada keçirilən TƏDBİRLƏR

Əziz gənc dost!
Kitabxanada keçirilən çoxsaylı kütləvi tədbirlərin, elmi-praktiki konfransların, sərgilərin tam mətni ilə burda tanış ola bilərsiniz.

Kitabxanada keçirilən TRENİNQLƏR

Hörmətli sayt istifadəçimiz
Kitabxanada mütəmadi olaraq həmkar idarələrin əməkdaşları üçün müxtəlif mövzulu treninqlər keçirilir. Buyurub baxa bilərsiniz.

Gənclər hərəkatı və hərbi vətənpərvərlik

Əziz vətənpərvər dost
Kitabxana fəliyyətində vətənpərvərlik mövzusuna daim xüsusi dissət ayırmışdır. Bu səhifədə Siz bu mövzuda maraqlı məlumatlar ilə tanış ola bilərsiniz.

Azərbaycan kitabxanaları internetdə

Əziz gənc dost!
Ölkəmizdə fəaliyyət göstərən kitabxanalardan yararlanmaq istəyirsinizsə, o zaman bu link Sizin üçün çox faydalı ola bilər.

Dünya kitabxanaları internetdə

www.ryl.az saytının istifadəçisi!
dünya ədəbiyyatından onlayn istifadə etmək istəyirsinizsə, buyurun... "Dünya kitabxanaları internetdə" linkı bu işdə Sizə yardımçı olar

Təhsil ocaqlarının veb ünvanları

Əziz şagird, sevimli tələbə!
BU səhifədə Siz ölkəmizdə fəaliyyət göstərən təhsil ocaqlarına virtual səyahət edə bilərsiniz.