Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş “Ucal Azərbaycanım” mövzusunda tədbir.

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında 22 may 2018-ci il tarixdə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş “Ucal Azərbaycanım” mövzusunda tədbir keçirildi.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsindən sonra başladı.

Tədbiri giriş sözü ilə kitabxananın direktoru Tahir Sadıqov ulu öndər Heydər Əliyevin “Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması xalqımız üçün tarixi hadisədir” sözləri ilə açandan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 16 may 2017-ci il tarixdə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyinin respublikada dövlət səviyyəsində geniş qeyd edilməsi haqqında Sərəncam imzaladığını bildirdi. Prezidentin bu Sərəncamında bir daha müasir müstəqil Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olmasının, Şərqin ilk demokratik müsəlman dövlətinin fəaliyyətinin əküs olunduğunu qeyd etdi. Tahir Sadıqov çıxışını Prezident İlham Əliyevin “Azərbaycan Xalq Cümhuriyyətinin yaranması xalqın milli oyanışının məntiqi yekunu kimi dəyərləndirilir” sözləri ilə bitirdi.

“YAP Yasamal rayonu Qadınlar Şurasının və Ağbirçəklər birliyi”nin sədri Tamilla Şahbazova çıxışında bildirdi ki, Azərbaycanın bu gün dünya birliyində müstəqil dövlət kimi bərqərar olmasının, demokratik ənənələrin, insan hüquq və azadlıqlarının qorunmasının, söz və mətbuat azadlığına geniş meydan verilməsinin əsası Azərbaycan Xalq Cümhuriyyəti dövründə qoyulmuşdur.1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması Azərbaycan xalqının həyatına böyük və əlamətdar hadisə kimi əbədi daxil olmuşdur.

“Dünya Azərbaycanlı Gənclərinin Beynəlxalq Həmrəyliyinə Dəstək” ictimai birliyinin sədri Tofiq Əlizadə çıxışında müsəlman Şərqində ilk parlament respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin xalqımızın qədim dövlətçilik ənənələrini yaşadaraq müasir dövrə xas dövlət təsisatlarının yaradılmasına nail olmasından, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının mürəkkəb siyasi dövrdə cərəyan edən hadisələrin və Azərbaycan xalqının milli oyanışının məntiqi yekunundan danışdı.

Beynəlxalq Ekologiya Akademiyasının müşaviri Fazil Hacıyevbildirdi ki, Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından danışmaq dövlətçilikdən danışmaq deməkdir. 100 il əvvəl, may ayının 28-də yaradılanAzərbaycan Xalq Cümhuriyyəti xalqımızın tarixində mühüm bir hadisə olmuşdur. Çünki əsrlər boyu müstəqillik arzusu ilə yaşayan xalqımız, nəhayət ki, öz müstəqil dövlətinə sahib olmuşdur.

AZƏR TAC-ın xüsusi müxbiri Zərəngiz Dəmirçiqayalı Azərbaycan Xalq Cümhuriyyətinə həsr etdiyi şer söylədi.

Tədbirdə həmçinin, “Azad Azərbaycan” qəzetinin şöbə müdiri Tofiq Seyidzadə,

“Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi” ictimai birliyinin sədri Mehriban Abdullayeva, tarixçi-tədqiqatçı, BDU-nun müəllimi Nazim Tapdıqoğlu,Respublika Ağsaqqallar Şurasının üzvü Sevil İsrafilova, yazıçı Esmira Fuad, Krım Azərbaycan Qobustan Proqramının redaktoru Həbib Əliyev, yurnalist Elman Maliyev, 7 saylı Bakı Peşə Liseyinin müəllimi Əkbər Rüstəmov,tibb işçisi Maya Vəliyeva, şair-publisist Şahlar Baba,məcburi köşkün Fəxrəddin Rəcəbov, BDU-nun tələbələri də iştirak edirdilər.

Tədbir boyu Azərbaycan Xalq Cümhuriyyətinə həsr olunmuş video çarx nümayiş edildi.

Tədbirin sonunda bir neçə iştirakçıya Fəxri Fərman təqdim olundu, “Azərbaycan Xalq Cümhuriyyəti- 100” adlı kitab sərgisinə baxış keçirildi.

Tədbirin FOTO GÖRÜNTÜLƏRİ

Kitabxanada keçirilən TƏDBİRLƏR

Əziz gənc dost!
Kitabxanada keçirilən çoxsaylı kütləvi tədbirlərin, elmi-praktiki konfransların, sərgilərin tam mətni ilə burda tanış ola bilərsiniz.

Kitabxanada keçirilən TRENİNQLƏR

Hörmətli sayt istifadəçimiz
Kitabxanada mütəmadi olaraq həmkar idarələrin əməkdaşları üçün müxtəlif mövzulu treninqlər keçirilir. Buyurub baxa bilərsiniz.

Gənclər hərəkatı və hərbi vətənpərvərlik

Əziz vətənpərvər dost
Kitabxana fəliyyətində vətənpərvərlik mövzusuna daim xüsusi diqqət ayırmışdır. Bu səhifədə Siz bu mövzuda maraqlı məlumatlar ilə tanış ola bilərsiniz.

Azərbaycan kitabxanaları internetdə

Əziz gənc dost!
Ölkəmizdə fəaliyyət göstərən kitabxanalardan yararlanmaq istəyirsinizsə, o zaman bu link Sizin üçün çox faydalı ola bilər.

Dünya kitabxanaları internetdə

www.ryl.az saytının istifadəçisi!
dünya ədəbiyyatından onlayn istifadə etmək istəyirsinizsə, buyurun... "Dünya kitabxanaları internetdə" linkı bu işdə Sizə yardımçı olar

Təhsil ocaqlarının veb ünvanları

Əziz şagird, sevimli tələbə!
BU səhifədə Siz ölkəmizdə fəaliyyət göstərən təhsil ocaqlarına virtual səyahət edə bilərsiniz.