Milli Dirçəliş günü münasibəti ilə “Milli dirçəliş, milli rifah” adlı dəyirmi masa

15 noyabr 2019-cu il tarixdə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Milli Dirçəliş gününün 27 illiyi münasibəti ilə “Milli dirçəliş, milli rifah” adlı dəyirmi masa keçirildi.

Tədbir Azərbaycanın torpaqlarının, ərazi bütövlüyünün toxunulmazlığı uğrunda həlak olanların əbədi xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsindən sonra başladı.

Kitabxananın elmi işlər üzrə direktor müavini Xalidə Musayeva Respublikamızın istiqlaliyyət qazanmasında əsas amil sayılan, azadlıq hərəkatı kimi qiymətləndirilən Milli Dirçəliş gününün tarixi haqqında geniş məlumatla məruzə edəndən sonra “17 noyabr dirçəliş və birlik günümüz” adlı video çarx nümayiş olundu.

Kitabxanaçı İradə Əmrahova “Milli dirçəliş, xilas yolu” adlı çıxışında milli dirçəlişimizi vətənimizin istiqlaliyyət qazanmasında əsas amil, istiqamətverici qüvvə kimi qiymətləndirdi.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Kulturologiya” fakültəsinin tələbələri Pərvanə Hümbətova, Şəfəq Binnətova, Seyidməsmə Ələkbərova 1988-ci ilin noyabrın 17-də Bakının Azadlıq meydanında Sovet dövlətinin xalqımıza qarşı apardığı antiazərbaycan siyasətinə etiraz əlaməti olaraq Azərbaycan ictimaiyyətinin mitinqlərinin əsl xalq hərəkatı, milli azadlıq hərəkatı olması mövzusunda çıxışlar etdilər.

Tədbirin sonunda “Milli Dirçəliş günü” adlı kitab sərgisinə baxış keçirildi.

Tədbirin FOTO GÖRÜNTÜLƏRİ

Kitabxanada keçirilən TƏDBİRLƏR

Əziz gənc dost!
Kitabxanada keçirilən çoxsaylı kütləvi tədbirlərin, elmi-praktiki konfransların, sərgilərin tam mətni ilə burda tanış ola bilərsiniz.

Kitabxanada keçirilən TRENİNQLƏR

Hörmətli sayt istifadəçimiz
Kitabxanada mütəmadi olaraq həmkar idarələrin əməkdaşları üçün müxtəlif mövzulu treninqlər keçirilir. Buyurub baxa bilərsiniz.

Gənclər hərəkatı və hərbi vətənpərvərlik

Əziz vətənpərvər dost
Kitabxana fəliyyətində vətənpərvərlik mövzusuna daim xüsusi dissət ayırmışdır. Bu səhifədə Siz bu mövzuda maraqlı məlumatlar ilə tanış ola bilərsiniz.

Azərbaycan kitabxanaları internetdə

Əziz gənc dost!
Ölkəmizdə fəaliyyət göstərən kitabxanalardan yararlanmaq istəyirsinizsə, o zaman bu link Sizin üçün çox faydalı ola bilər.

Dünya kitabxanaları internetdə

www.ryl.az saytının istifadəçisi!
dünya ədəbiyyatından onlayn istifadə etmək istəyirsinizsə, buyurun... "Dünya kitabxanaları internetdə" linkı bu işdə Sizə yardımçı olar

Təhsil ocaqlarının veb ünvanları

Əziz şagird, sevimli tələbə!
BU səhifədə Siz ölkəmizdə fəaliyyət göstərən təhsil ocaqlarına virtual səyahət edə bilərsiniz.