Nəsiminin bədii yaradıcılığının türk ədəbiyyatının təkmilləşməsində müstəsna rolu var

Şamaxıda Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının təşkilatçılığı, İsmayıllı Regional Mədəniyyət İdarəsinin və rayon Mərkəzi Kitabxanasının dəstəyi ilə Azərbaycanın dahi şairi İmadəddin Nəsiminin yaradıcılığına həsr olunan tədbir keçirilib.

Şamaxı rayon Mərkəzi Kitabxanasında təşkil edilən, Nəsimisevərlərin, ziyalıların, gənclərin qatıldıqları tədbirdə İsmayıllı Regional Mədəniyyət İdarəsinin Şamaxı rayonu üzrə nümayəndəsi Rəfail Tağızadə, C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasının direktoru Oruc Quliyev, AMEA-nın N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, dosent, Xədicə İsgəndərli, Bakı Dövlət Universitetinin dosenti, tarix üzrə fəlsəfə doktoru Pərviz Kazımi və başqaları çıxış edərək Nəsiminin həyat və yaradıcılığı barədə geniş məlumatlar veriblər. Çıxışlarda qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2019-cu ilin görkəmli Azərbaycan şairi və mütəfəkkiri, Azərbaycan dilini ədəbi-bədii dil səviyyəsinə yüksəldən böyük ustad İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar “Nəsimi ili” elan edilməsi şairə verilən dəyərin ən yüksək göstəricisidir. Eyni zamanda, bu Sərəncam Azərbaycanda zəngin tarixi-mədəni irsin təbliğinə çox böyük töhfədir.

Çıxış edənlər xüsusi olaraq vurğulayıblar ki, Azərbaycan poetik dilinin inkişafına böyük təsiri olan, hürufiliyin aparıcı simalarından biri, əvəzsiz şair İmadəddin Nəsimi öz yaradıcılığı ilə mübarizliyi, sülhü, tolerantlığı və multikulturalizmi təbliğ edib. İmadəddin Nəsiminin bədii yaradıcılığının Azərbaycan dilinin tarixi inkişafının öyrənilməsində, Azərbaycan şeirinin və ümumiyyətlə, türk ədəbiyyatının təkmilləşməsində müstəsna rolu var.

Tədbirdə bədii qiraətçilər Fərəc Əliyevin, Zülfiyyə İsmayılovanın ifalarında İmadəddin Nəsiminin, eləcə də Azərbaycanın digər böyük sənətkarlarının şeirləri və qəzəlləri söylənilib.

Tədbirin FOTO GÖRÜNTÜLƏRİ

Kitabxanada keçirilən TƏDBİRLƏR

Əziz gənc dost!
Kitabxanada keçirilən çoxsaylı kütləvi tədbirlərin, elmi-praktiki konfransların, sərgilərin tam mətni ilə burda tanış ola bilərsiniz.

Kitabxanada keçirilən TRENİNQLƏR

Hörmətli sayt istifadəçimiz
Kitabxanada mütəmadi olaraq həmkar idarələrin əməkdaşları üçün müxtəlif mövzulu treninqlər keçirilir. Buyurub baxa bilərsiniz.

Gənclər hərəkatı və hərbi vətənpərvərlik

Əziz vətənpərvər dost
Kitabxana fəliyyətində vətənpərvərlik mövzusuna daim xüsusi dissət ayırmışdır. Bu səhifədə Siz bu mövzuda maraqlı məlumatlar ilə tanış ola bilərsiniz.

Azərbaycan kitabxanaları internetdə

Əziz gənc dost!
Ölkəmizdə fəaliyyət göstərən kitabxanalardan yararlanmaq istəyirsinizsə, o zaman bu link Sizin üçün çox faydalı ola bilər.

Dünya kitabxanaları internetdə

www.ryl.az saytının istifadəçisi!
dünya ədəbiyyatından onlayn istifadə etmək istəyirsinizsə, buyurun... "Dünya kitabxanaları internetdə" linkı bu işdə Sizə yardımçı olar

Təhsil ocaqlarının veb ünvanları

Əziz şagird, sevimli tələbə!
BU səhifədə Siz ölkəmizdə fəaliyyət göstərən təhsil ocaqlarına virtual səyahət edə bilərsiniz.