20 yanvar faciəsinin 28-ci ildönümünə həsr olunmuş “Qanlı yanvar” mövzusunda tədbir.

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında 16 yanvar 2018-ci il tarixdə 20 yanvar faciəsinin 28-ci ildönümünə həsr olunmuş “Qanlı yanvar” mövzusunda tədbir keçirildi.

Tədbir Azərbaycanın suverenliyi, ərazisinin toxunulmazlığı uğrunda şəhid olanların əbədi xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsindən sonra başladı.

Tədbiri giriş sözü ilə kitabxananın direktoru Tahir Sadıqov açıb bildirdi ki, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sərəncamı ilə “20 yanvar faciəsinin 28-ci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı” təsdiq edilib. Sərəncama əsasən respublikanın şəhər və rayonlarında, idarə və təşkilatlarında, mədəniyyət ocaqlarında 20 yanvar hadisələri ilə bağlı tədbirlərin təşkili nəzərdə tutulur. Həmçinin, dünya ictimaiyyətinin diqqətini bu faciəyə yönəltmək məqsədilə Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndələri və icmaları vasitəsilə müvafiq tədbirlərin keçirilməsi barədə tapşırıqlar verilib. Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası da 1990-cı ildən bu günədək hər il 20 yanvar faciəsinə həsr olunmuş tədbirlər keçirir. Çünki, bu bizim müqəddəs vətəndaşlıq borcumuzdur.

Respublika Qadınlar Cəmiyyəti Yasamal rayon şöbəsinin sədri Gülnarə Əmirquliyeva çıxışında qeyd etdi ki, biz həmişə şəhid ailələrinin dərdinə şərik olmalı, onların problemlərini həll etməliyik. 20 yanvar faciəsinə həsr olunan tədbirlər mütləq Şəhidlər Xiyabanında şəhidlərin müqəddəs ruhları yad edildikdən sonra başlamalıdır.

Şair Şahlar Baba 20 yanvar faciəsinin tarixindən, əsas səbəbkarlarından danışandan sonra o qanlı günə həsr etdiyi şerlərini oxudu.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kafedra müdiri Aqşin Babayev yanvar ayının19-dan 20-nə keçən gecə baş verən faciənin canlı şahidi olmasından, faciə törədilməzdən qabaq dəfələrlə o vaxt Azərbaycana rəhbərlik edən Əbdürrəhman Vəzirovla görüşməsindən, Azərbaycan Televiziyasının enerji blokunun partladılmasından danışdı. Bildirdi ki, 20 yanvar faciəsinə “Dünyanın axırı” adlı kitab həsr etmişdir.

Tədbirdə həmçinin, Azərbaycan-İraq Mədəni Əlaqələr ictimai birliyinin sədri Tahirə Məmmədova, “Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi” ictimai birliyinin sədri Mehriban Abdullayeva, “Respublika Veteranlar və Ağsaqqallar Şurası”nın üzvü Sevil İsrafilova, “Ziya” İnsan Hüquqlarının Müdafiə Mərkəzinin sədri Səyyad Bayramov, Respublika Ağsaqqallar Şurasının üzvü, “Ağrı Dağ” cəmiyyətinin sədri Kamil Babayev, Azərbaycan-Ukrayna diplomatik korpusunun Krım bölgüsü üzrə poçt müxbiri Fərid Əliyev, iki şəhid atası Ənvər Rüstəmov, şairlər Zaməddin Ziyadoğlu, Məhərrəm Şəmkirli, Ağdam rayonunun məcburi köçkünü Fəxrəddin Rəcəbov, “Dünya Azərbaycanlı Gənclərinin Beynəlxalq Həmrəyliyinə Dəstək” ictimai birliyinin sədri Tofiq Əlizadə də iştirak edirdilər.

Tədbir boyu 20 yanvar faciəsini əks etdirən slaydlar nümayiş olundu.

Tədbirin sonunda “20 yanvar- Qəhrəmanlıq tarixi” adlı kitab sərgisinə baxış keçirildi.

Tədbirin FOTO GÖRÜNTÜLƏRİ

Kitabxanada keçirilən TƏDBİRLƏR

Əziz gənc dost!
Kitabxanada keçirilən çoxsaylı kütləvi tədbirlərin, elmi-praktiki konfransların, sərgilərin tam mətni ilə burda tanış ola bilərsiniz.

Kitabxanada keçirilən TRENİNQLƏR

Hörmətli sayt istifadəçimiz
Kitabxanada mütəmadi olaraq həmkar idarələrin əməkdaşları üçün müxtəlif mövzulu treninqlər keçirilir. Buyurub baxa bilərsiniz.

Gənclər hərəkatı və hərbi vətənpərvərlik

Əziz vətənpərvər dost
Kitabxana fəliyyətində vətənpərvərlik mövzusuna daim xüsusi diqqət ayırmışdır. Bu səhifədə Siz bu mövzuda maraqlı məlumatlar ilə tanış ola bilərsiniz.

Azərbaycan kitabxanaları internetdə

Əziz gənc dost!
Ölkəmizdə fəaliyyət göstərən kitabxanalardan yararlanmaq istəyirsinizsə, o zaman bu link Sizin üçün çox faydalı ola bilər.

Dünya kitabxanaları internetdə

www.ryl.az saytının istifadəçisi!
dünya ədəbiyyatından onlayn istifadə etmək istəyirsinizsə, buyurun... "Dünya kitabxanaları internetdə" linkı bu işdə Sizə yardımçı olar

Təhsil ocaqlarının veb ünvanları

Əziz şagird, sevimli tələbə!
BU səhifədə Siz ölkəmizdə fəaliyyət göstərən təhsil ocaqlarına virtual səyahət edə bilərsiniz.