“Beynəlxalq kitab bağışlama günü”

12 fevral 2020-ci il tarixdə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası “Beynəlxalq kitab bağışlama günü” münasibətilə Yasamal rayonunda yerləşən Mərkəzi parkda “Hər kəs bir kitab oxusun” adlı sakinlərlə görüş keçirmişdir. Kitabxana əməkdaşları sakinlərlə görüşərək, “Beynəlxalq kitab bağışlama günü” haqda ətraflı məlumat vermiş, bu günün tarixinə nəzər salmışlar. Kitabxananın Oxu zalı şöbəsinin müdiri Xəyalə Məmmədova “Beynəlxalq kitab bağışlama günü”nün 2012-ci ildə ABŞ-da tanınmış uşaq kitab saytı -“Delightful Children’s”in yaradıcısı Emmi Brodmurun təşəbbüsü ilə irəli sürüldüyünü və o gündən 14 fevral tarixinin Beynəlxalq kitab bağışlama günü kimi qeyd olunduğunu bildirmişdir. Kitabxananın İnformasiya resursları üzrə böyük mütəxəssis Nağıyeva Ülkər sakinlərə kitabxananın fəaliyyəti, fondu haqqında geniş məlumat vermiş, sakinlərin suallarını cavablandırmışdır. Görüş zamanı kitabxananın əməkdaşları sakinlərə “Azərbaycan tarixinə nəzər” diskləri və Rus dilində xarici ədəbiyyat nümunələri hədiyyə etmişlər.

Tədbirin FOTO GÖRÜNTÜLƏRİ

Kitabxanada keçirilən TƏDBİRLƏR

Əziz gənc dost!
Kitabxanada keçirilən çoxsaylı kütləvi tədbirlərin, elmi-praktiki konfransların, sərgilərin tam mətni ilə burda tanış ola bilərsiniz.

Kitabxanada keçirilən TRENİNQLƏR

Hörmətli sayt istifadəçimiz
Kitabxanada mütəmadi olaraq həmkar idarələrin əməkdaşları üçün müxtəlif mövzulu treninqlər keçirilir. Buyurub baxa bilərsiniz.

Gənclər hərəkatı və hərbi vətənpərvərlik

Əziz vətənpərvər dost
Kitabxana fəliyyətində vətənpərvərlik mövzusuna daim xüsusi dissət ayırmışdır. Bu səhifədə Siz bu mövzuda maraqlı məlumatlar ilə tanış ola bilərsiniz.

Azərbaycan kitabxanaları internetdə

Əziz gənc dost!
Ölkəmizdə fəaliyyət göstərən kitabxanalardan yararlanmaq istəyirsinizsə, o zaman bu link Sizin üçün çox faydalı ola bilər.

Dünya kitabxanaları internetdə

www.ryl.az saytının istifadəçisi!
dünya ədəbiyyatından onlayn istifadə etmək istəyirsinizsə, buyurun... "Dünya kitabxanaları internetdə" linkı bu işdə Sizə yardımçı olar

Təhsil ocaqlarının veb ünvanları

Əziz şagird, sevimli tələbə!
BU səhifədə Siz ölkəmizdə fəaliyyət göstərən təhsil ocaqlarına virtual səyahət edə bilərsiniz.