Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş “Xocalı harayı” adlı ədəbi-bədii gecə

21 fevral 2020-ci il tarixdə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş “Xocalı harayı” adlı ədəbi-bədii gecə keçirildi.

Ədəbi-bədii gecə Xocalı faciəsinin qurbanlarının xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsindən sonra başladı.

Kitabxananın direktoru Oruc Quliyev tədbiri ümummilli lider Heydər Əliyevin "Xocalı faciəsi iki yüz ildən çox müddətdə erməni millətçilərinin xalqımıza qarşı apardığı soyqırım siyasətinin qanlı səhifəsidir” sözləri ilə açandan sonra Xocalı soyqırımının tarixi haqqında məlumat verdi.

Bakı Dövlət Universitetinin müəllimi, tarixçi-toponimist Nazim Tapdıqoğlu “Xocalı faciəsi. Ermənistanın Azərbaycana təcavüzü” adlı məruzə ilə çıxış etdi.

“Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin üzvü, Xocalı sakini Hüseynağa Quliyev döyüşlərdə iştirakı, yaralanması, ermənilərə əsir düşərkən sonsuz işgəncələrə məruz qalmasından faktlar əsasında danışdı.

“Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri” ictimai birliyinin Yasamal rayon təşkilatının sədri Bəhram Şeydayev, “Azərbaycan xalqına qarşı soyqırımları tarixi” şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, “Azərbaycan Tarixçiləri” ictimai birliyinin üzvü Natiq Məmmədzadə, “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin təftiş komissiyasının sədri Zahid Qarayev, Xocalı döyüşçüsü Nazim Hüseynov, ehtiyatda olan polkovnik Rəfael Xəlilov, Yasamal rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər üzrə şöbənin baş məsləhətçiləri Cavid Şıxcəfərli, Səyavuş Həsənzadə, AMEA-nın Əlyazmalar İnstitutunun dissertantı, Qeyri-Hökumət təşkilatının rəhbəri İradə Əlili, Cəfər Cabbarlı adına ev-muzeyin direktoru Qəmər Bağırova, “Sosial-İqtisadi Araşdırmalar” ictimai birliyinin sədr müavini Fərqanə Əliyeva, Qarabağ qaziləri Valeh Babayev, Hüseyn Əliyev, Ələsgər Orucəliyev, Mehdi Əliyev 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni-daşnak silahlı qüvvələrinin və keçmiş sovet 366-cı motoatıcı alayının Xocalıya divan tutması, soyqırım törədilməsi, Xocalı qətliamının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ən dəhşətli səhifəsi olması mövzusunda çıxış etdilər.

3 №-li Uşaq-Gənclər İnkişaf Mərkəzinin üzvləri, Yasamal rayonu 176 saylı tam orta məktəbin şagirdləri Xocalı faciəsinə həsr olunmuş ədəbi kompozisiya, şairə Səadət İbrahimli müəllifi olduğu şerlərlə tədbiri davam etdirdilər.

Bakı Dövlət Universitetinin IV kurs tələbəsi Rezida Rzayeva yaşıdlarının 20 yanvar, Xocalı faciələrinə həsr olunmuş yürüşlər təşkil etmələri, hərbi-vətənpərvərlik mövzusunda layihələrdə iştirakları haqqında ətraflı məlumat verdi.

Tədbirin sonunda “Xocalı soyqırımını unutmayaq”, “Xocalıya Ədalət” adlı kitab sərgilərinə və Xocalı faciəsinə həsr olunmuş rəsm sərgisinə baxış keçirildi.

Tədbirin FOTO GÖRÜNTÜLƏRİ

Kitabxanada keçirilən TƏDBİRLƏR

Əziz gənc dost!
Kitabxanada keçirilən çoxsaylı kütləvi tədbirlərin, elmi-praktiki konfransların, sərgilərin tam mətni ilə burda tanış ola bilərsiniz.

Kitabxanada keçirilən TRENİNQLƏR

Hörmətli sayt istifadəçimiz
Kitabxanada mütəmadi olaraq həmkar idarələrin əməkdaşları üçün müxtəlif mövzulu treninqlər keçirilir. Buyurub baxa bilərsiniz.

Gənclər hərəkatı və hərbi vətənpərvərlik

Əziz vətənpərvər dost
Kitabxana fəliyyətində vətənpərvərlik mövzusuna daim xüsusi dissət ayırmışdır. Bu səhifədə Siz bu mövzuda maraqlı məlumatlar ilə tanış ola bilərsiniz.

Azərbaycan kitabxanaları internetdə

Əziz gənc dost!
Ölkəmizdə fəaliyyət göstərən kitabxanalardan yararlanmaq istəyirsinizsə, o zaman bu link Sizin üçün çox faydalı ola bilər.

Dünya kitabxanaları internetdə

www.ryl.az saytının istifadəçisi!
dünya ədəbiyyatından onlayn istifadə etmək istəyirsinizsə, buyurun... "Dünya kitabxanaları internetdə" linkı bu işdə Sizə yardımçı olar

Təhsil ocaqlarının veb ünvanları

Əziz şagird, sevimli tələbə!
BU səhifədə Siz ölkəmizdə fəaliyyət göstərən təhsil ocaqlarına virtual səyahət edə bilərsiniz.