Yazıçı, ədəbiyyatşünas Mir Cəlalın anadan olmasının 110 illik yubileyi ilə əlaqədar “Azərbaycan ədəbiyyatında Mir Cəlal ədəbi irsi” mövzusunda tədbir.

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında 25 may 2018-ci il tarixdə Əməkdar Elm xadimi, professor, “Qafqazın müdafiəsinə görə", "Əmək igidliyinə görə" medalları, "1941-1945-ci illərdə Böyük Vətən Müharibəsində fədakar əməyinə görə", "Qırmızı əmək bayrağı", "Oktyabr inqilabı", "Şərəf nişanı" ordenləri, iki dəfə Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı və "Qabaqcıl maarif xadimi" nişanı ilə təltif olunmuş yazıçı, ədəbiyyatşünas Mir Cəlal Paşayevin anadan olmasının 110 illik yubileyi ilə əlaqədar “Azərbaycan ədəbiyyatında Mir Cəlal ədəbi irsi” mövzusunda tədbir keçirildi.

Tədbiri giriş sözü ilə kitabxananın direktoru Tahir Sadıqov açıb Azərbaycanın görkəmli yazıçısı, ədəbiyyatşünas Mir Cəlalın həyatı, ədəbi fəaliyyəti haqqında geniş məlumat verdi. Bildirdi ki, görkəmli ədib İranda anadan olmuş, kiçik yaşlarından Gəncə şəhərinə köçmüşdür. Gəncə Darülmüəllimində, Kazan Şərq Pedaqoji İnstitutunda, Azərbaycan Dövlət Elmi-Təqiqat İnstitutunun aspiranturasında təhsil almışdır. 1928-ci ildən isə ədəbi fəaliyyətə başlamışdır. "Kommunist", "Gənc işçi" qəzetlərində, Azərbaycan Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunda, Azərbaycan Dövlət Universitetində fəaliyyət göstərmişdir. Yaradıcılığında vahid azərbaycançılıq ideyasını tərənnüm edən Mir Cəlalın ədəbi irsi bütün dövrlər üçün aktualdır.

Filologiya elmləri doktoru, yazıçı Esmira Fuad Mir Cəlalın bədii yaradıcılığı, hekayələrində ibrətamiz kəlamlar, nəsihətamiz ibarələrə geniş yer verməsindən, oxucu marağını özünə cəlb etməsindən danışandan sonra bildirdi ki, onun 1939-cu ildə yazdığı "Bir gəncin manifesti” romanı məzmunu, ideyası və bədii mükəmməlliyinə görə bir qədər fərqlidir. XX əsr Azərbaycan ədəbiyyatının şedevrləri sırasında olan bu roman Mir Cəlalın yaradıcılığında uzun illərdən bəri davam edən mütərəqqi ənənələrin əsl nümunəsidir.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru Həcər Hüseynova Mir Cəlal Paşayevi üç zirvənin vəhdətində dayanan insan adlandırdı. Çıxışında əsl pedaqoq, yaradıcılığı Azərbaycan ədəbiyyatında silinməz izlər qoyan görkəmli yazıçının əsərlərinin dili, aforizmlərdən yerli-yerində istifadə etməsi, romanlarının ideya-bədii xüsusiyyətləri haqqında danışdı.

Mir Cəlal Paşayev nəslinin Cənubi Azərbaycan dövrünün tədqiqatçısı, şair, jurnalist Dəyanət Səlimxanlı müəllifi olduğu “İlahi nur” kitabında görkəmli yazıçının həyatı haqqında məlumat verməsindən, kitab boyu sanki ədibin ömür illərinin vərəqlənməsindən danışdı. Kitabın tezliklə “Soy ağacı” adlı ikinci hissəsinin oxucuların istifadəsinə veriləcəyini vurğuladı.

Tədbirdə həmçinin, hərbçi, polkovnik Elmar Hüseynov, “Beynəlxalq və Azərbaycan yazıçılar və jurnalistlər birliyi”nin üzvü Tofiq Seyidov, “İranlı Mühacirlər Cəmiyyəti”nin sədri Rəhim Hüseynzadə, “Krım Azərbaycan Qobustan Proqramı”nın redaktoru Həbib Əliyev, Respublika Ağsaqqallar Şurasının üzvü Sevil İsrafilova, Beynəlxalq Ekologiya Akademiyasının müşaviri Fazil Hacıyev, “Sosial Rifah və Tədqiqatlar” ictimai birliyinin sədri Əkrəm Bəydəmirli, “Merinos” firmasının prezidenti Yadulla Cümşüdov, “Dünya və Uşaq” ictimai birliyinin sədri Dünyaxanım Əliyeva, “Jurnalistlər ekstremal şəraitdə” ictimai birliyinin sədri Firuzə Əsədullayeva, “Respublika Qadınlar Cəmiyyəti”nin üzvü Hüsniyyə İskəndərova, BDU-nun müəllimi Pərviz Kazimi, “Dünya Azərbaycanlı Gənclərinin Beynəlxalq Həmrəyliyinə Dəstək” ictimai birliyinin sədri Tofiq Əlizadə, şair-publisist Şahlar Baba da iştirak edirdilər.

Tədbirdə “Mir Cəlal Paşayev” adlı video çarx nümayiş edildi.

Tədbirin sonunda “İranlı Mühacirlər Cəmiyyəti”nin birinci müavini Firudin İbrahimi “Sülh uğrunda”, şair, jurnalist Dəyanət Səlimxanlı “İlahi nur” kitablarından bir neçə nüsxə kitabxanaya hədiyyə verdilər, “Yazıçı, ədəbiyyatşünas Mir Cəlal Paşayev” adlı kitab sərgisinə baxış keçirildi.

Tədbirin FOTO GÖRÜNTÜLƏRİ

Kitabxanada keçirilən TƏDBİRLƏR

Əziz gənc dost!
Kitabxanada keçirilən çoxsaylı kütləvi tədbirlərin, elmi-praktiki konfransların, sərgilərin tam mətni ilə burda tanış ola bilərsiniz.

Kitabxanada keçirilən TRENİNQLƏR

Hörmətli sayt istifadəçimiz
Kitabxanada mütəmadi olaraq həmkar idarələrin əməkdaşları üçün müxtəlif mövzulu treninqlər keçirilir. Buyurub baxa bilərsiniz.

Gənclər hərəkatı və hərbi vətənpərvərlik

Əziz vətənpərvər dost
Kitabxana fəliyyətində vətənpərvərlik mövzusuna daim xüsusi diqqət ayırmışdır. Bu səhifədə Siz bu mövzuda maraqlı məlumatlar ilə tanış ola bilərsiniz.

Azərbaycan kitabxanaları internetdə

Əziz gənc dost!
Ölkəmizdə fəaliyyət göstərən kitabxanalardan yararlanmaq istəyirsinizsə, o zaman bu link Sizin üçün çox faydalı ola bilər.

Dünya kitabxanaları internetdə

www.ryl.az saytının istifadəçisi!
dünya ədəbiyyatından onlayn istifadə etmək istəyirsinizsə, buyurun... "Dünya kitabxanaları internetdə" linkı bu işdə Sizə yardımçı olar

Təhsil ocaqlarının veb ünvanları

Əziz şagird, sevimli tələbə!
BU səhifədə Siz ölkəmizdə fəaliyyət göstərən təhsil ocaqlarına virtual səyahət edə bilərsiniz.