Respublika Gənclər Kitabxanası Beynəlxalq İnternet Forumda qalib oldu

Bildiyimiz kimi geridə qoyduğumuz 2020-ci ildə faşizm üzərində Qələbənin 75 ili tamam olurdu. Bu müharibədə yüzlərlə, minlərlə həmvətənlərimiz, Azərbaycanın qəhrəman oğul və qızları mərdlik və şücaət nümayiş etdirərək adlarını əbədi olaraq tarixə həkk etmişlər. Böyük Vətən Müharibəsində 170 mindən çox azərbaycanlı orden və medallarla təltif edilmiş, 130 nəfər həmyerlimiz isə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür.

Respublika Gənclər Kitabxanası İ.F.Varavva adına Krasnodar Vilayət Gənclər Kitabxanasının təşkil etdiyi “Qələbənin şifrəsi - BİRLİKDİR” adlı İnternet foruma dəvət almışdır. Bir neçə gün öncə beynəlxalq Müsabiqə öz işinə yekun vuraraq, rəsmi olaraq qalibləri elan etmişdir. Və beləliklə, Respublika Gənclər Kitabxanasının Xarici ədəbiyyat şöbəsinin oxucusu Rəhimova Jalə Rəhim qızı Foruma Azərbaycanın xalq yazıçısı, 1941-1945-ci illərdə Şimali Qafqaz, Leninqrad, 1-ci və 4-cü Ukrayna cəbhələrində şərəfli döyüş yolu keçmiş Hüseyn Abbaszadə haqqında hazırladığı video material və sözü gedən müəllifin qələmindən çıxmış iki dəfə Sovet İttifaqı Qəhrəmanı general Həzi Aslanovun qəhrəmanlıqla keçən döyüş yolu və şücaətinə həsr etdiyi "General" romanı haqqında hazırladıqları esse ilə Birinci yeri qazanaraq qalib olmuşdur.

Müsabiqədə iştirak edən kitabxana əməkdaşları ilə yanaşı, İnternet Foruma fəal oxucuların cəlb edilməsi və sözü gedən materialların hazırlanmasında oxucuların iştirakını təmin etmək “Qələbənin şifrəsi - BİRLİKDİR” adlı İnternet forumun əsas şərtlərindən biri idi. Məhz bununla əlaqədar olaraq, Respublika Gənclər Kitabxanasının Xarici ədəbiyyat şöbəsinin faəl oxucuları bu işə cəlb edilmişdi. Bu müsabiqəyə göndərilən materiallar İ.F.Varavva adına Krasnodar Vilayət Gənclər Kitabxanası tərəfindən gələcəkdə hazırlanacaq “Müharibənin müqəddəs səhifələri” adlı interaktiv ədəbiyyat xəritəsinin (elektron resurs) fraqmentlərinə çevriləcəklər. Bu isə öz növbəsində Respublika Gənclər Kitabxanası tərəfindən müsabiqəyə təqdim olunan materialların beynəlxalq aləmdə geniş oxucu kütləsinə çatdırılmasına səbəb olacaqdır.

Kitabxanada keçirilən TƏDBİRLƏR

Əziz gənc dost!
Kitabxanada keçirilən çoxsaylı kütləvi tədbirlərin, elmi-praktiki konfransların, sərgilərin tam mətni ilə burda tanış ola bilərsiniz.

Kitabxanada keçirilən TRENİNQLƏR

Hörmətli sayt istifadəçimiz
Kitabxanada mütəmadi olaraq həmkar idarələrin əməkdaşları üçün müxtəlif mövzulu treninqlər keçirilir. Buyurub baxa bilərsiniz.

Gənclər hərəkatı və hərbi vətənpərvərlik

Əziz vətənpərvər dost
Kitabxana fəliyyətində vətənpərvərlik mövzusuna daim xüsusi dissət ayırmışdır. Bu səhifədə Siz bu mövzuda maraqlı məlumatlar ilə tanış ola bilərsiniz.

Azərbaycan kitabxanaları internetdə

Əziz gənc dost!
Ölkəmizdə fəaliyyət göstərən kitabxanalardan yararlanmaq istəyirsinizsə, o zaman bu link Sizin üçün çox faydalı ola bilər.

Dünya kitabxanaları internetdə

www.ryl.az saytının istifadəçisi!
dünya ədəbiyyatından onlayn istifadə etmək istəyirsinizsə, buyurun... "Dünya kitabxanaları internetdə" linkı bu işdə Sizə yardımçı olar

Təhsil ocaqlarının veb ünvanları

Əziz şagird, sevimli tələbə!
BU səhifədə Siz ölkəmizdə fəaliyyət göstərən təhsil ocaqlarına virtual səyahət edə bilərsiniz.