“Nizami-Eşq bağının bağbanı” adlı tədbir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 05 yanvar 2021-ci il tarixdə 2021-ci ilin Azərbaycanda “Nizami Gəncəvi ili” elan edilməsi haqqında Sərəncam imzalayıb. Sərcamdan irəli gələn tədbirləri həyata keçirmək məqsədilə Respublika Gənclər Kitabxanası 26 yanvar 2021-ci il tarixdə Zoom proqramı üzərindən “Nizami-Eşq bağının bağbanı” adlı tədbir təşkil etmişdir. Tədbirdə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi,YAP sədri, filologiya üzrə fəlsəfə doktoru, dosent, Nizamişünas Xədicə Murad, Sənətşünaslıq üzrə fəlsəfə doktoru, AMEA İncəsənət İnstitutunun böyük elmi işçisi, bədii qiraətçi Zülfiyyə Eldarqızı, kitabxananın daimi oxucuları və əməkdaşları iştirak etmişdir.

Tədbiri giriş sözü ilə açan kitabxananın Elmi işlər üzrə direktor müavini Xalidə Musayeva tədbir iştirakçılarını salamlayaraq, Prezident İlham Əliyevin qüdrətli söz və fikir ustadının insanları daim əxlaqi kamilliyə çağıran və yüksək mənəvi keyfiyyətlər aşılayan zəngin yaradıcılığının bəşər mədəniyyətinin nailiyyəti kimi müstəsna əhəmiyyətini nəzərə alaraq bu ili ölkəmizdə “Nizami Gəncəvi ili” elan etməsinin zəruriliyindən bəhs etdi. Sonradan Xalidə Musayeva “Nizami Gəncəvi ili” ilə əlaqədar Respublika Gənclər Kitabxanasının il ərzində planlaşdırdığı tədbirlərdən söhbət açdı.

Tədbirin qonağı - filologiya üzrə fəlsəfə doktoru, Nizamişünas Xədicə Murad ilk növbədə Nizami Gəncəvi yaradıcılığından, dahi ustadın əsərlərinin tərcümələrindən danışdı. Xədicə xanım Nizami Gəncəvi yaradıcılığının ana xəttinin ilahi eşq, əxlaqi normalar, Vətənə sevgi, elmə həvəs, böyüyə ehtiram, qadına hörmət və s. kimi tərbiyəvi aspektlərdən ibarət olmasını vurğuladı. Məhz belə tərbiyəvi-əxlaqi əsərlər üzərində yetişən Azərbaycan gəncliyinin bu gün döyüş bölgəsində vətənpərvərlik nümayiş etdirərək, canları, qanları bahasına əzəli torpaqlarını geri qaytaran “Polad”lar, “İlqar”lar, “Xudayar” lar olmasından danışdı.

AMEA İncəsənət İnstitutunun böyük elmi işçisi, bədii qiraətçi Zülfiyyə xanım Eldarqızı Nizami yaradıcılığının günü bu günə kimi ölkəmizin hüdudlarından kənarda belə çox aktual olmasından, yüksək qiymətləndirilməsindən söhbət açdı. Tezliklə premyarısı gözlənilən, Nizami Gəncəvinin “Leyli və Məcnun” əsərinin motivləri əsasında çəkilən İndoneziya-Azərbaycan kinomatoqraflarının birgə layihəsi olan filmdə Leylinin anası obrazını canlandırmasından tədbir iştirakçılarına bəhs etdi. Həmçinin, Zülfiyyə xanım Nizami Gəncəvinin qəzəllərini də səsləndirərək, bununla tədbir iştiarkçılarını xeyli sevindirmiş oldu.

Sonda tədbirin aparıcısı Günay Həsənova bu səpkili tədbirlərin gələcəkdə silsilə formasında davam etməsinin əhəmiyyətini vurğulayaraq, tədbir iştirakçılarına təşəkkürünü bildirdi.

Kitabxanada keçirilən TƏDBİRLƏR

Əziz gənc dost!
Kitabxanada keçirilən çoxsaylı kütləvi tədbirlərin, elmi-praktiki konfransların, sərgilərin tam mətni ilə burda tanış ola bilərsiniz.

Kitabxanada keçirilən TRENİNQLƏR

Hörmətli sayt istifadəçimiz
Kitabxanada mütəmadi olaraq həmkar idarələrin əməkdaşları üçün müxtəlif mövzulu treninqlər keçirilir. Buyurub baxa bilərsiniz.

Gənclər hərəkatı və hərbi vətənpərvərlik

Əziz vətənpərvər dost
Kitabxana fəliyyətində vətənpərvərlik mövzusuna daim xüsusi dissət ayırmışdır. Bu səhifədə Siz bu mövzuda maraqlı məlumatlar ilə tanış ola bilərsiniz.

Azərbaycan kitabxanaları internetdə

Əziz gənc dost!
Ölkəmizdə fəaliyyət göstərən kitabxanalardan yararlanmaq istəyirsinizsə, o zaman bu link Sizin üçün çox faydalı ola bilər.

Dünya kitabxanaları internetdə

www.ryl.az saytının istifadəçisi!
dünya ədəbiyyatından onlayn istifadə etmək istəyirsinizsə, buyurun... "Dünya kitabxanaları internetdə" linkı bu işdə Sizə yardımçı olar

Təhsil ocaqlarının veb ünvanları

Əziz şagird, sevimli tələbə!
BU səhifədə Siz ölkəmizdə fəaliyyət göstərən təhsil ocaqlarına virtual səyahət edə bilərsiniz.