“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müasir gəncliyə qayğı və diqqəti” mövzusunda tədbir

“Hər bir xalqın, hər bir millətin, hər bir ölkənin gəncləri onun həm bu günüdür, həm də sabahıdır, ümididir”. Ulu öndər Heydər Əliyevin bu fikri indi də aktual səslənir və gəncləri Azərbaycanın işıqlı sabahı naminə səfərbər edir. Müstəqillik və dövlətçiliyimizin möhkəmləndirilməsi, etibarlı gələcəyimizin təmin edilməsi gənclərin sosial-siyasi fəallığının yüksəldilməsindən çox asılıdır. Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən və gənclərin potensialının yüksəldilməsinə yönləndirilən dövlət gənclər siyasətinin aparıcı xəttini də məhz bu mühüm konsepsiya təşkil edir.

01 fevral 2021-ci il tarixində C.Cabbarlı adına Respublika Gənclər Kitabxanası “2 Fevral Gənclər Günü” münasibətilə “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müasir gəncliyə qayğı və diqqəti” başlığı altında Sabunçu Gənclər Evi və gənc oxucu qrupları ilə birgə zoom proqramı vasitəsilə onlayn tədbir keçirmişdir.

Tədbiri giriş sözü ilə açan Xarici Ədəbiyyat şöbəsinin müdiri Cəlilova Nübar gənclərin müasir dövrdə ölkəmizin bütün inkişaf sahələrində nümayiş etdirikləri fəaliyyətdən, ölkəmizdə gənclərə göstərilən ən yüksək diqqət və qayğıdan, uğurlu dövlət gənclər siyasətinin həyata keçirilməsindən söhbət açmışdır.

Sabunçu Gənclər Evinin rəhbəri Mehrəliyev Samir öz çıxışında Gənclər Evi olaraq fəaliyyətlərindən və gələcəkdə davamlı olaraq gənclərimizlə birlikdə layihələrin təşkilindən və iş birliyindən bəhs etmişdir.

Tədbirdə Gənclər evinin gənc əməkdaşları Dinara Hüseynli, Ələmdar Qardaşov, Lalə Aslanova, Aytən Hüseynli, Fidan Həsənli, Elvin Natiqoğlu, Kubra Qasımova, Validə Sadıqova, Nərmin İbrahimova, Züleyxa Aslanova, Ülviyyə Əsgərzadə, Vəfa Tağızadə və şöbənin gənc oxucuları Alim Nuri, Jalə Rəhimova, Nəzirə Heydərova, Xədicə Bayramova, Fidan Qabilova, Sara Tahirova iştirak etmişlər və öz növbələrində çıxışlarında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bugünkü gün gənclərə qayğı və diqqətindən, onlara yaradılan geniş şəraitdən bəhs etmişlər.

Tədbir iştirakçıları İkinci Qarabağ Müharibəsində bizə böyük zəfər yaşadan gənc şəhidlərimizi, qazilərimizi, itgin və əsir düşmüş əsgərlərimizi yad etmişlər. Sonda təşkilatçılar gənclərimizə gələcək fəaliyyətlərində uğurlar arzulamış, Respublika Gənclər Kitabxanası olaraq mütaliənin və asudə vaxtın təşkili, özünü inkişaf proqramlarında daim onlara yardımçı olacaqlarını və maarifləndirici tədbirlərin daha da genişləndiriləcəyini bildirmişlər.

Kitabxanada keçirilən TƏDBİRLƏR

Əziz gənc dost!
Kitabxanada keçirilən çoxsaylı kütləvi tədbirlərin, elmi-praktiki konfransların, sərgilərin tam mətni ilə burda tanış ola bilərsiniz.

Kitabxanada keçirilən TRENİNQLƏR

Hörmətli sayt istifadəçimiz
Kitabxanada mütəmadi olaraq həmkar idarələrin əməkdaşları üçün müxtəlif mövzulu treninqlər keçirilir. Buyurub baxa bilərsiniz.

Gənclər hərəkatı və hərbi vətənpərvərlik

Əziz vətənpərvər dost
Kitabxana fəliyyətində vətənpərvərlik mövzusuna daim xüsusi dissət ayırmışdır. Bu səhifədə Siz bu mövzuda maraqlı məlumatlar ilə tanış ola bilərsiniz.

Azərbaycan kitabxanaları internetdə

Əziz gənc dost!
Ölkəmizdə fəaliyyət göstərən kitabxanalardan yararlanmaq istəyirsinizsə, o zaman bu link Sizin üçün çox faydalı ola bilər.

Dünya kitabxanaları internetdə

www.ryl.az saytının istifadəçisi!
dünya ədəbiyyatından onlayn istifadə etmək istəyirsinizsə, buyurun... "Dünya kitabxanaları internetdə" linkı bu işdə Sizə yardımçı olar

Təhsil ocaqlarının veb ünvanları

Əziz şagird, sevimli tələbə!
BU səhifədə Siz ölkəmizdə fəaliyyət göstərən təhsil ocaqlarına virtual səyahət edə bilərsiniz.