“XX əsrin ən qanlı faciəsi” -Xocalı faciəsinə həsr edilmiş tədbir

Mədəniyyət Nazirliyinin karantin tədbirləri çərçivəsində Xocalı soyqırımının iyirmi doqquzuncu ildönümünə həsr edilmiş tədbirlər planına əsasən, Respublika Gənclər Kitabxanası 24 fevral 2021-ci il tarixdə “XX əsrin ən qanlı faciəsi – Xocalı soyqırımı” adlı altında zoom platforması üzərindən onlayn tədbir təşkil etmişdir. Tədbirə qonaq qismində "Xocalı Soyqırımını Tanıtma" İctimai Birliyinin sədri, medonline.az saytının və eyni adlı İnternet Televiziyasının baş redaktoru, müharibə veteranı Şamil Ələkbərli, ATU-nun nəzdində fəaliyyət göstərən Tədqiqat Mərkəzinin əməkdaşı, dosent, Əməkdar həkim Tariyel Eyvazov, Xocalı sakini, ehtiyatda olan tibb xidməti kapitanı, "Azərbaycan bayrağı" ordenli, respublikanın Əməkdar Həkimi Məmməd Ağalar, Ehtiyatda olan zabit, Xocalı soyqırımı zamanı yaralı, girov və meyitlərin çıxarılmasında iştirak etmiş, müharibə əlili Zahid Qarayev, mədəniyyət işçisi, AMEA-nın dissertantı, ictimaiyyətçi, “Peşəyönümlü Təhsilin İnkişafına Dəstək” İB-nin sədri, Azərbaycan Yazıçılar Birliyinin üzvü İradə Əlili, araşdırmaçı-jurnalist Şəhla Aslan, “Gəncliyə dəstək üçün ümumi birlik” İctimai Birliyinin üzvləri və başqaları qatılmışlar.

Tədbiri giriş sözü ilə açan kitabxananın elmi işlər üzrə direktor müavini Xalidə Musayeva tədbir iştirakçılarını salamlamış, 26 fevral tarixinin etnik azərbaycanlıların soyqırımı tarixi kimi yaddaşlara həkk olunmasından, Xocalı soyqırımının Azərbaycan tarixinə ən dəhşətli və ən faciəli səhifə kimi yazılmasından söhbət açdı.

Kitabxananın direktoru Oruc Quliyev Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın olmaqla, 613 Xocalı sakininin qətlə yetirilməsini, 8 ailənin tamamilə məhv edilməsini, düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfərin yaralanmasını, 1275 nəfərin əsir götürülməsini dərin kədər hissi ilə bir daha xatırlatdı. Əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyinin bu günədək məlum olmamasını dərin hüznlə qeyd etdi. XX əsrin ən qanlı səhifəsinin Xocalı qırğını, XXI əsrin ən şanlı səhifəsinin isə 44 günlük müharibənin qələbə nəticəsinin olduğunu bildirdi. Bu qələbənin ali baş komandan cənab İlham Əliyevin müdrik siyasəti və şanlı ordumuzun şücaəti nəticəsində əldə etdiyimizi qeyd etdi.

"Xocalı Soyqırımını Tanıtma" İctimai Birliyinin sədri Şamil Ələkbərli Xocalı faciəsinin onun həyatında buraxdığı dərin izlərdən, bu faciənin qurbanlarını öz gözləri ilə görməsindən söhbət açdı. Yaxın günlərdə Ağdam şəhərinə etdiyi səfərdən və orada gördüyü erməni vəhşiliklərindən, Ağdam kimi bir gözəl şəhərin bu gün düşmən əli ilə təmamilə dağıdılmasından, tanınmaz hala salınmasından bəhs etdi.

Ehtiyatda olan zabit Zahid Qarayev Xocalı faciəsinin Azərbaycan xalqına qarşı törədilən soyqırım olduğunu, erməni vandalizminin bu gün də davam etdiyini, Ağdam şəhərində dini məkanlara, məscidlərə qarşı törədilən vəhşilikləri öz gözləri ilə görməsindən danışdı. Xocalı faciəsi zamanı misilsiz qəhrəmanlıq nümayiş etdirən Allahverdi Bağırovun, Əlif Haciyevin, Çingiz Mustafayevin adlarını çəkdi. Xocalı soyqırımı zamanı yaralı, girov və meyitlərin çıxarılmasında şəxsən iştirak etdiyini vurğuladı.

Tədbirdə çıxış edən Əməkdar həkimlər Tariyel Eyvazov və Məmməd Ağalar Xocalı faciəsi zamanı qarşılaşdıqları erməni həkimlərinin qəddarlıqlarından, “Həkim” adını daşımaqlarına baxmayaraq, şəfqət, humanizm hisslərindən nə qədər uzaq olmalarından danışdılar. Xocalı həqiqətlərini öz gözləri ilə görən Tariyel Eyvazov, əsirlik həyatı yaşayan Məmməd Ağalar bu gün qələbə çalmış bir xalqın nümayəndəsi olmaq hissinin necə qürurverici olmasından, şəhidlərimizin bu gün ruhunun şad olmalarından danışdırlar.

“Peşəyönümlü Təhsilin İnkişafına Dəstək” İB-nin sədri İradə Əlili bu gün bu səpkili tədbirlərin əhəmiyyətini vurğulayaraq, müasir gəncliyin öz tarixini bilməsi, xalqının uzun illər boyunca yaşadığı faciələrdən, məhrumiyyətlərdən xəbərdar olması zəruriyyətini qeyd etdi. Bu illər ərzində Xocalı faciəsinin dünyaya tanıdılması yönümündə aparılan uğurlu işlərdən, layihələrdən söhbət açdı.

Araşdırmaçı-jurnalist Şəhla Aslan yaşadığı Türkiyə Respublikasında Xocalı faciəsinə, erməni vandalizminə göstərilən diqqətdən, münasibətdən danışdı. İki dövlət, bir millət olan bu iki xalqın sevinci kimi kədərinin də ümumi olduğunu dilə gətirdi.

Sumqayıt şəhər Corat qəsəbəsinin bələdiyyə müavini, “Yeniləşən dövlətə dəstək” İctimai Birliyinin üzvü Nuradə Kərimova Xocalı faciəsinin bütün azərbaycanlılar tərəfindən heç zaman unudulmayacaq dərd, törədilən erməni vəhşiliyinin isə bütün bəşəriyyətə qarşı yönələn cinayət olmasını bildirdi.

Sonda kitabxananın direktoru Oruc Quliyev tədbir iştirakçılarına öz dərin minnətdarlığı bildirərək, tədbiri sona çatdırdı.

Kitabxanada keçirilən TƏDBİRLƏR

Əziz gənc dost!
Kitabxanada keçirilən çoxsaylı kütləvi tədbirlərin, elmi-praktiki konfransların, sərgilərin tam mətni ilə burda tanış ola bilərsiniz.

Kitabxanada keçirilən TRENİNQLƏR

Hörmətli sayt istifadəçimiz
Kitabxanada mütəmadi olaraq həmkar idarələrin əməkdaşları üçün müxtəlif mövzulu treninqlər keçirilir. Buyurub baxa bilərsiniz.

Gənclər hərəkatı və hərbi vətənpərvərlik

Əziz vətənpərvər dost
Kitabxana fəliyyətində vətənpərvərlik mövzusuna daim xüsusi dissət ayırmışdır. Bu səhifədə Siz bu mövzuda maraqlı məlumatlar ilə tanış ola bilərsiniz.

Azərbaycan kitabxanaları internetdə

Əziz gənc dost!
Ölkəmizdə fəaliyyət göstərən kitabxanalardan yararlanmaq istəyirsinizsə, o zaman bu link Sizin üçün çox faydalı ola bilər.

Dünya kitabxanaları internetdə

www.ryl.az saytının istifadəçisi!
dünya ədəbiyyatından onlayn istifadə etmək istəyirsinizsə, buyurun... "Dünya kitabxanaları internetdə" linkı bu işdə Sizə yardımçı olar

Təhsil ocaqlarının veb ünvanları

Əziz şagird, sevimli tələbə!
BU səhifədə Siz ölkəmizdə fəaliyyət göstərən təhsil ocaqlarına virtual səyahət edə bilərsiniz.