Respublika Gənclər Kitabxanası şair, ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor Vüqar Əhməd ilə evdən canlı görüş keçirib

Respublika Gənclər Kitabxanası pandemiya ilə əlaqədar karantin şəraitində “Sevilənlər, sevənlər” rubrikası altında izləyiciləri xalqın sevimliləri ilə görüşdürməyə davam edir.

11 mart 2021-ci il tarixində Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası öz İnstagram səhifəsində şair, ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor Vüqar Əhməd ilə evdən canlı görüş keçirmişdir. Respublika Kitabxanasının təşkilatçılığı ilə keçirilən canlı yayımda İnstagram istifadəçilərinin sualları cavablandırılıb, mütaliə, şer sənətinin incəlikləri haqqında dəyərli fikirlər söylənilmişdir. Vüqar müəllim ilk növbədə Respublika Gənclər Kitabxanası ilə bağlı gənclik xatirələri ilə bölüşüb, kitabxananın əməkdaşlarını böyük hörmət və ehtiram hiss ilə yad etmişdir. Qonaq karantin dövründə müəllifi olduğu “Koroğlu” romanının, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun 80 illik fəaliyyəti tarixində ilk ensiklopediya olan “Molla Nəsrəddin ensiklopediyası” nın ilk, 2014-cü ildə qələmə aldığı Məmmədəmin Rəsulzadəyə həsr edilmiş “Son nəfəsədək Azərbaycan” əsərinin isə təkrar çap olunmasından danışmışdır. Son bir ildə İran, Belçika, Meksika, Rusiya kimi xarici ölkələrdə fars, ingilis, rus dillərində çap olunan şeir kitabları və elmi məqalələri haqqında danışan qonaq, Kəlkütdə “Ayın şairi” adını almasını xüsusilə qeyd etmişdir. Vüqar müəllim həmçinin, yüksək tirajla çap olunan kitablarından, hərbi vətənpərvərlik mövzusunda yazdığı əsərlərdən də söhbət açmışdır. Canlı yayım zamanı “şair” və “nəğməkar şair” anlayışları arasında maraqlı paralellər aparılmış, Zeynal Cabbarzadə, İslam Səfərli kimi nəğməkar şairlərin adı çəkilmişdir. Canlı yayım müddətində izləyicilərin xahişi ilə Vüqar Əhməd müəllifi olduğu “Polad iradəli ay Polad paşam” və sevgi şeirlərindən nümunələr səsləndirmişdir. Sonda kitabxananın Hüquq İnformasiya Şöbəsinin müdiri Günay Həsənova qonağa canlı yayıma qatıldığına görə öz təşəkkürünü bildirmiş, bu görüşün Vüqar Əhməd yaradıcılığının vurğunları üçün xoş bir xatirə olacağını söyləmişdir. Canlı yayım xoş təəssüratlar ilə yadda qalmışdır. İnstagram səhifəsində yayımlanan canlı yayıma 1120-dən çox baxış olmuşdur.

İzləyicilərimiz şair, ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor Vüqar Əhməd ilə olan canlı yayıma https://www.instagram.com/p/CMSTM2EC8mU/ linkı vasitəsilə baxa bilərlər.

Kitabxanada keçirilən TƏDBİRLƏR

Əziz gənc dost!
Kitabxanada keçirilən çoxsaylı kütləvi tədbirlərin, elmi-praktiki konfransların, sərgilərin tam mətni ilə burda tanış ola bilərsiniz.

Kitabxanada keçirilən TRENİNQLƏR

Hörmətli sayt istifadəçimiz
Kitabxanada mütəmadi olaraq həmkar idarələrin əməkdaşları üçün müxtəlif mövzulu treninqlər keçirilir. Buyurub baxa bilərsiniz.

Gənclər hərəkatı və hərbi vətənpərvərlik

Əziz vətənpərvər dost
Kitabxana fəliyyətində vətənpərvərlik mövzusuna daim xüsusi dissət ayırmışdır. Bu səhifədə Siz bu mövzuda maraqlı məlumatlar ilə tanış ola bilərsiniz.

Azərbaycan kitabxanaları internetdə

Əziz gənc dost!
Ölkəmizdə fəaliyyət göstərən kitabxanalardan yararlanmaq istəyirsinizsə, o zaman bu link Sizin üçün çox faydalı ola bilər.

Dünya kitabxanaları internetdə

www.ryl.az saytının istifadəçisi!
dünya ədəbiyyatından onlayn istifadə etmək istəyirsinizsə, buyurun... "Dünya kitabxanaları internetdə" linkı bu işdə Sizə yardımçı olar

Təhsil ocaqlarının veb ünvanları

Əziz şagird, sevimli tələbə!
BU səhifədə Siz ölkəmizdə fəaliyyət göstərən təhsil ocaqlarına virtual səyahət edə bilərsiniz.