Respublika Gənclər Kitabxanası II Qarabağ Müharibəsinin qəhrəmanları ilə görüşləri davam etdirir

Respublika Gənclər Kitabxanası istifadəçilərini Vətən Müharibəsinin qəhrəmanları, igid oğulları, cəsur əsgərləri ilə tanış etməyə davam edir. Bu məqsədlə kitabxana Vətən Müharibəsinin qaziləri, igid döyüşçüləri ilə silsilə canlı yayımlar təşkil edir. “Ən igid əsgər, bizim əsgər!” “Qarabağ Azərbaycandır!”, “Yaşasın Azərbaycan Əsgəri!”, “Şəhidlər ölməz, Vətən bölünməz” şüarları altında təşkil olunan növbəti belə canlı yayım 18 mart 2021-ci il tarixində baş tutdu. “Sevilənlər sevənlər” rubrikası altında keçirilən bu canlı yayımın qonağı İkinci Qarabağ döyüşlərində könüllü iştirak edən Fərid Atazadə oldu. Qonaq ilk növbədə canlı yayım izləyicilərinə qısaca olaraq özü haqqında məlumat verdi, 1995-ci ildə Bərdə rayonunun Şirvanli kəndində dünyaya göz açmasından, 2011-ci ildə Asəf Zeynallı adına Musiqi Kollecini, 2017-ci ildə isə Azərbaycan Milli Konservatoriyasına daxil olmasından danışdı. Sonradan könüllü olaraq döyüş bölgəsinə yollanmağından, iştirak etdiyi döyüşlərdən, müharibənin təəssüratlarından söhbət açdı. Dəfələrlə düşmənlə yaxın məsafədə olan igid əsgərimiz döyüşlər zamanı məhz əsgərlər arasında olan birlik, ruh yüksəkliyi, qələbəyə inam, düşmənə nifrətin onları qabağa getməyə, şücaətlə döyüşməyə ruhlandırdığını söylədi. Fərid yalnız özü haqqında danışmaqla kifayətlənməyərək, onunla döyüşdə çiyin-çiyinə vuruşan döyüş dostlarını qeyd etdi, şəhidlik zirvəsinə ucalan Azərbaycan oğullarını böyük ehtiramla yad etdi. Fərid Atazadə qələbənin, Ali Baş Komandan cənab İlham Əliyevin müdrik siyasəti, bütün xalqın onun ətrafında bir yumruq kimi birləşməsi, həmrəylik nümayiş etdirməsi sayəsində qazanıldığını vurğuladı. Azərbaycanın bütövlüyü uğrunda şəhid olan Azərbaycan oğullarının daim xalqın qəlbində yaşayacağını söylədi.

Döyüş xatirələrindən əlavə Fərid Atazadə incəsənət sahəsində olan fəaliyyəti, bir çox respublika müsabiqələrinin laureatı olmasından, ölkəmizin hüdudlarından kənarda keçirilən beynəlxalq müsabiqələrdə qazandığı qalibiyyətlərdən danışdı. Hal-hazırda Bakı Humanitar Kollecində tar müəllimi vəzifəsində çalışan Fərid canlı yayım zamanı tarda musiqi nümunələri də ifa etdi.

Canlı yayımın sonunda qonaq Respublika Gənclər Kitabxanasına bu səpkili canlı yayımların təşkilinə görə öz minnətdarlıqlarını bildirdi.

İstifadəçilər sözügedən canlı yayıma https://www.instagram.com/p/CMkbbVeiSRu/ linkı vasitəsilə baxa bilərlər.

Kitabxanada keçirilən TƏDBİRLƏR

Əziz gənc dost!
Kitabxanada keçirilən çoxsaylı kütləvi tədbirlərin, elmi-praktiki konfransların, sərgilərin tam mətni ilə burda tanış ola bilərsiniz.

Kitabxanada keçirilən TRENİNQLƏR

Hörmətli sayt istifadəçimiz
Kitabxanada mütəmadi olaraq həmkar idarələrin əməkdaşları üçün müxtəlif mövzulu treninqlər keçirilir. Buyurub baxa bilərsiniz.

Gənclər hərəkatı və hərbi vətənpərvərlik

Əziz vətənpərvər dost
Kitabxana fəliyyətində vətənpərvərlik mövzusuna daim xüsusi dissət ayırmışdır. Bu səhifədə Siz bu mövzuda maraqlı məlumatlar ilə tanış ola bilərsiniz.

Azərbaycan kitabxanaları internetdə

Əziz gənc dost!
Ölkəmizdə fəaliyyət göstərən kitabxanalardan yararlanmaq istəyirsinizsə, o zaman bu link Sizin üçün çox faydalı ola bilər.

Dünya kitabxanaları internetdə

www.ryl.az saytının istifadəçisi!
dünya ədəbiyyatından onlayn istifadə etmək istəyirsinizsə, buyurun... "Dünya kitabxanaları internetdə" linkı bu işdə Sizə yardımçı olar

Təhsil ocaqlarının veb ünvanları

Əziz şagird, sevimli tələbə!
BU səhifədə Siz ölkəmizdə fəaliyyət göstərən təhsil ocaqlarına virtual səyahət edə bilərsiniz.