Respublika Gənclər Kitabxanası Bakı, Sumqayıt və Gəncə şəhər kitabxanalarında fəaliyyət göstərən həmkarlar ilə onlayn tədbir keçirdi

20 aprel 2021-ci il tarixdə Respublika Gənclər Kitabxanası Bakı, Sumqayıt, Gəncə şəhər kitabxanalarının iştirakı ilə “Pandemiya şəraitində kitabxanaların fəaliyyətinin əsas istiqamətləri” mövzusunda ZOOM platforması üzərindən birgə tədbir təşkil etmişdir. Respublika Gənclər Kitabxanasının fəaliyyətinin əsas prinsipi olan “Öyrənək, öyrədək” şüarı altında təşkil edilən onlayn tədbirin əsas məqsədi təcrübə mübadiləsi, karantin dövründə kitabxanaların fəaliyyətində müşahidə edilən yeniliklər və onların müzakirəsi olmuşdur. Virtual konfransda Sumqayıt, Gəncə şəhər, Bakının Yasamal, Binəqədi və Səbail rayonlarının MKS-lərinin əməkdaşları çıxış etmişlər.

3 saata yaxın davam edən onlayn konfransı giriş sözü ilə açan Respublika Gənclər Kitabxanasının elmi işlər üzrə direktor müavini Xalidə Musayeva tədbir iştirakçılarını salamlamış, pandemiya şəraitində iri miqyaslı kitabxanaların əsas fəaliyyət istiqamətləri haqqında qısaca informasiya vermiş və tədbir iştirakçılarını müzakirə ediləcək mövzulara dair məlumatlandırmışdır. Sonradan çıxış edən Sumqayıt şəhər MKS-in direktoru Yeganə Əhmədova pandemiya dövründə kitabxananın əsas fəaliyyət istiqamətləri, günün tələblərinə uyğun virtual fəaliyyət növləri haqqında məlumat vermişdir. Kitabxananın fəaliyyətinin AR Prezidentinin mədəniyyət sahəsində verdiyi sərəncamlara əsasən qurulduğunu vurğulamışdır.

Tədbir, iştirakçı kitabxana mütəxəssislərinin çıxışları, fikir mübadilələri əsasında keçmişdir.

Tədbirdə C. Cabbarlı adına Respublika Gənclər Kitabxanasının Kitabxana biblioqrafiya proseslərinin avtomatlaşdırma şöbəsinin müdiri Səadət Şəfiyeva, Xarici ədəbiyyat şöbəsinin müdiri Nübar Cəlilova , Hüquq informasiya şöbəsinin müdiri Günay Həsənova, Metodika və biblioqrafiya şöbəsinin müdiri Tamella Məmmədova,

Sumqayıt şəhər MKS İnformasiya şöbəsinin müdiri Bahar Əhmədova, biblioqrafiya proseslərinin avtomatlaşdırma şöbəsinin sistem inzibatçısı Esmira Şahbazova, N.Gəncəvi adına kitabxana klubun əməkdaşı Ülviyyə İsayeva, Mərkəzi uşaq kitabxanasının əməkdaşı Səbinə Qasımova, N.Gəncəvi adına kitabxana klubun əməkdaşı Səadət Allahverdiyeva, Abonoment şöbəsinin müdiri Zemfira Mirzəyeva, Metodika – biblioqrafiya şöbəsinin müdiri Təranə Mirzəyeva, Metodika – biblioqrafiya şöbəsinin böyük metodisti Natəvan Axundzadə, Metodika – biblioqrafiya şöbəsinin baş biblioqrafı Nazxanım Cəfərova, Gəncə şəhər MKS Uşaq şöbəsinin müdiri Ellada Rəhimova, Kitabxana biblioqrafiya proseslərinin avtomatlaşdırma şöbəsinin müdiri İskəndərova Gülnaz, Yasamal rayon MKS İnformasiya-resurs şöbəsinin müdiri Allahverdiyeva Gülnar, Metodika-biblioqrafiya şöbəsinin müdiri Aysel İsmayilova, Binəqədi rayon MKS Metodika və biblioqrafiya şöbəsinin müdiri Şəfa Quliyeva, Ağayeva Şəfiqə, Uşaq şöbəsinin müdiri Sərdarova Səidə, Səbail rayon MKS Metodika və biblioqrafiya şöbəsinin müdiri Babaşova Şəbnəm, Xidmət şöbəsinin baş kitabxanaçısı Nağıyeva Zəhra və s. çıxış etmişlər. Tədbir iştirakçıları “İstifadəçilər tərəfindən ən çox izlənilən və maraq doğuran layihələr”, “Vətənpərvərlik ədəbiyyatının təbliği”, “Fondun və uşaq ədəbiyyatının təbliği”, “Kitabxanaların tərtib etdiyi biblioqrafik vəsaitlər”, “Virtual görüşlər, fərqli və üstün cəhətləri”, “Kitabxanalarda onlayn xidmət“, “Görülən işlərin KİV-də işıqlandlrlması”, “Kitabxanaların metodik fəaliyyəti” mövzuları ətrafında fikir mübadiləsi aparmışlar.

Sonda Xalidə Musayeva Respublika Gənclər Kitabxanasının direktoru Oruc Quliyevin bu tip tədbirlərin keçirilməsi mühümlüyünə və bu layihələrin kitabxanalararası əlaqələrin, əməkdaşlığın inkişafında mühüm rol oynamasına dair söylədikləri fikirləri tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.

Kitabxanada keçirilən TƏDBİRLƏR

Əziz gənc dost!
Kitabxanada keçirilən çoxsaylı kütləvi tədbirlərin, elmi-praktiki konfransların, sərgilərin tam mətni ilə burda tanış ola bilərsiniz.

Kitabxanada keçirilən TRENİNQLƏR

Hörmətli sayt istifadəçimiz
Kitabxanada mütəmadi olaraq həmkar idarələrin əməkdaşları üçün müxtəlif mövzulu treninqlər keçirilir. Buyurub baxa bilərsiniz.

Gənclər hərəkatı və hərbi vətənpərvərlik

Əziz vətənpərvər dost
Kitabxana fəliyyətində vətənpərvərlik mövzusuna daim xüsusi dissət ayırmışdır. Bu səhifədə Siz bu mövzuda maraqlı məlumatlar ilə tanış ola bilərsiniz.

Azərbaycan kitabxanaları internetdə

Əziz gənc dost!
Ölkəmizdə fəaliyyət göstərən kitabxanalardan yararlanmaq istəyirsinizsə, o zaman bu link Sizin üçün çox faydalı ola bilər.

Dünya kitabxanaları internetdə

www.ryl.az saytının istifadəçisi!
dünya ədəbiyyatından onlayn istifadə etmək istəyirsinizsə, buyurun... "Dünya kitabxanaları internetdə" linkı bu işdə Sizə yardımçı olar

Təhsil ocaqlarının veb ünvanları

Əziz şagird, sevimli tələbə!
BU səhifədə Siz ölkəmizdə fəaliyyət göstərən təhsil ocaqlarına virtual səyahət edə bilərsiniz.