Respublika Gənclər Kitabxanasının ümummili lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü günü münasibəti ilə silsilə tədbirləri

Respublika Gənclər Kitabxanası müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, bütün varlığı ilə vətəninə, xalqına bağlı olan dünya şöhrətli siyasətçi və böyük dövlət xadimi, ümummilli lider Heydər Əliyev anadan olmasının 98-ci ildönümü günü münasibəti ilə silsilə tədbirlər həyata keçirmişdir. Belə ki,

08 may 2021-ci il tarixdə ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr edilmiş “Zoom” proqramı üzərindən “Dünya şöhrətli ümummilli lider” adlı konfrans təşkil edilmişdir.

Konfransı elmi işlər üzrə direktor müavini Xalidə Musayeva açıb bildirdi ki, Azərbaycanın bugünkü inkişaf yolunun əsas istiqamətlərindən danışanda birmənalı şəkildə qeyd etmək lazımdır ki, bu inkişaf ilk növbədə ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi siyasi xəttin ardıcıl davam etdirilməsinin nəticəsidir. Ulu öndər Heydər Əliyev həmişə Azərbaycan xalqının mənafeyini düşünən şəxsiyyət olub, bu istiqamətdə apardığı ardıcıl və məqsədyönlü siyasət onun bütün fəaliyyətinin əsasını təşkil edib.

Kitabxananın direktoru Oruc Quliyev ümummilli lider Heydər Əliyevin fəaliyətinin bizim üçün bir məktəb olması, Azərbaycanın hər bir sahədə inkişafında əvəzedilməz xidmətləri mövzusunda çıxış etdi. Dünya liderlərinin dahi rəhbər Heydər Əliyev haqqında söylədikləri fikirləri bildirdikdən sonra “Azərbaycan xalqı çox xoşbəxtdir ki, ona Heydər Əliyev kimi bir şəxsiyyət rəhbərlik edib” dedi.

Tarix üzrə elmlər doktoru, professor, Azərbaycan Dövlət Pedoqoji Universitetin Türk və

Şərqi Avropa xalqları tarixi və tarixinin tədrisi metodikası kafedrasının professoru Mais Əmrahov 1970-ci illərdən başlayaraq Heydər Əliyevin Azərbaycanın rifahı naminə fəaliyyəti, kadr potensialının inkişafında, Azərbaycan dilinin dövlət dili statusunu almasında rolu, elm, mədəniyyət xadimlərinə verdiyi qiymət, vətənimizin müstəqilliyi uğrunda apardığı mübarizə və sair mövzuları əhatə edən məruzə ilə çıxış etdi.

“Gəncliyə dəstək üçün ümumi birlik” təşkilatının fəal üzvü Pərvanə Abbasova çıxışına ümummilli liderin Azərbaycan gəncləri haqqında söylədiyi kəlamlarla başladı. Heydər

Əliyevin gənclərə, gənclərin hər bir sahədə fəaliyyətlərinə verdiyi yüksək qiymətdən danışandan sonra dahi rəhbərə həsr olunmuş şeir söylədi.

Tamella Məmmədova “Azərbaycanda kitabxana quruculuğunun hamisi” mövzusunda çıxışında ümummilli liderin kitabxana, kitabxana işinin inkişafı haqqında verdiyi sərəncamlar, qayğı və diqqəti, respublikamızın prezidenti İlham Əliyevin də bu sahədə əvəzsiz xidmətlərindən bəhs etdi.

Respublika Gənclər kitabxanası ümummilli lider heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilmiş Azərbaycan və İngilis dillərində dərin məzmunlu, geniş, maraqlı və məlumatlandırıcı video çarxlar da hazırlamışdır. Video çarxlar dünya şöhrətli siyasətçi Heydər Əliyevin uşaqlıq, gənclik illərindən, siyasət və hakimiyyət arenasına gəlişindən, müstəqil Azərbaycanın quruculuğu sahəsində olan misilsiz fəaliyyətindən bəhs edir. Video çarxlarda ümummilli liderin səs yazıları, foto və video görüntüləri də yayımlanır.

Sözügedən materiallar ilə aşağıdakılinklər vasitəsilə tanış ola bilərsiniz:
https://www.instagram.com/p/COpdoGGhfvw/
https://www.instagram.com/p/COqOEPJBjqQ/

Kitabxanada keçirilən TƏDBİRLƏR

Əziz gənc dost!
Kitabxanada keçirilən çoxsaylı kütləvi tədbirlərin, elmi-praktiki konfransların, sərgilərin tam mətni ilə burda tanış ola bilərsiniz.

Kitabxanada keçirilən TRENİNQLƏR

Hörmətli sayt istifadəçimiz
Kitabxanada mütəmadi olaraq həmkar idarələrin əməkdaşları üçün müxtəlif mövzulu treninqlər keçirilir. Buyurub baxa bilərsiniz.

Gənclər hərəkatı və hərbi vətənpərvərlik

Əziz vətənpərvər dost
Kitabxana fəliyyətində vətənpərvərlik mövzusuna daim xüsusi dissət ayırmışdır. Bu səhifədə Siz bu mövzuda maraqlı məlumatlar ilə tanış ola bilərsiniz.

Azərbaycan kitabxanaları internetdə

Əziz gənc dost!
Ölkəmizdə fəaliyyət göstərən kitabxanalardan yararlanmaq istəyirsinizsə, o zaman bu link Sizin üçün çox faydalı ola bilər.

Dünya kitabxanaları internetdə

www.ryl.az saytının istifadəçisi!
dünya ədəbiyyatından onlayn istifadə etmək istəyirsinizsə, buyurun... "Dünya kitabxanaları internetdə" linkı bu işdə Sizə yardımçı olar

Təhsil ocaqlarının veb ünvanları

Əziz şagird, sevimli tələbə!
BU səhifədə Siz ölkəmizdə fəaliyyət göstərən təhsil ocaqlarına virtual səyahət edə bilərsiniz.