Respublika Gənclər Kitabxanasının “Narkomaniya ilə mübarizə sağlam həyata təminatıdır” adlı tədbiri.

Respublika Gənclər Kitabxanası Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə günü ilə əlaqədar olaraq bu gün -18 iyun 2021-ci il tarixdə “ZOOM” proqramı üzərindən “Narkomaniya ilə mübarizə sağlam həyata təminatıdır” adlı tədbir təşkil etmişdir.

Tədbiri kitabxananın elmi işlər üzrə direktor müavini Xalidə Musayeva açıb Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 22 iyul 2019-cu il tarixli Sərəncamı ilə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı” nın icrası ilə əlaqədar təşkil edilən tədbirlərdən, narkomaniyanın müasir dünyada cəmiyyəti narahat eləyən problemlər içərisində ən mürəkkəb və faciəvi nəticələrə gətirib çıxaran bəla olmasından danışmışdır.

Kitabxananın direktoru, tarix üzrə fəlsəfə doktoru Oruc Quliyev çıxışına ümummilli lider Heydər Əliyevin “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə ümumdövlət vəzifəsidir” ifadəsilə başladı və “Narkomaniya bəşəriyyət üçün təhlükə mənbəyidir” adlı məruzə ilə çıxış etmiş, müasir gəncləri narkotik vasitələrdən istifadədən çəkinməyə, elmə, maarifə səsləmişdir.

Yasamal rayonu Narkoloji Dispanserin həkimi, tarix elmləri namizədi, psixiatr-narkoloq Fəzail Sadıqov “Narkomaniya, psixoloji səbəbləri, xilas yolları” adlı məruzəsində narkotik vasitələrin insan psixikasına, təfəkkürünə, emosiyasına təsir qüvvəsindən, sosial faktorlardan, özündən asılılıq vermə xüsusiyyətlərindən və həmçinin, narkotik aludəçilərinə kritik dövrdən başlayaraq davamlı müalicə üsullarından, bu sahədə tibbi təbabətin inkişafından geniş məlumat vermişdir.

Məruzələr bitdikdən sonra tədbir iştirakçıları olan gənclərin narkotik vasitələrin növləri, qəbulu, əsas istifadə səbəbləri, mübarizə yolları və sair mövzularda sualları psixiatr-narkoloq Fəzail Sadıqov tərəfindən cavablandırmışdır.

Respublika Gənclər Kitabxanası 24 iyun - Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə günü ilə əlaqədar olaraq tədbirləri davam etdirəcək və bu mövzuda yeni materialları istifadəçilərinə təqdim edəcəkdir.

Kitabxanada keçirilən TƏDBİRLƏR

Əziz gənc dost!
Kitabxanada keçirilən çoxsaylı kütləvi tədbirlərin, elmi-praktiki konfransların, sərgilərin tam mətni ilə burda tanış ola bilərsiniz.

Kitabxanada keçirilən TRENİNQLƏR

Hörmətli sayt istifadəçimiz
Kitabxanada mütəmadi olaraq həmkar idarələrin əməkdaşları üçün müxtəlif mövzulu treninqlər keçirilir. Buyurub baxa bilərsiniz.

Gənclər hərəkatı və hərbi vətənpərvərlik

Əziz vətənpərvər dost
Kitabxana fəliyyətində vətənpərvərlik mövzusuna daim xüsusi dissət ayırmışdır. Bu səhifədə Siz bu mövzuda maraqlı məlumatlar ilə tanış ola bilərsiniz.

Azərbaycan kitabxanaları internetdə

Əziz gənc dost!
Ölkəmizdə fəaliyyət göstərən kitabxanalardan yararlanmaq istəyirsinizsə, o zaman bu link Sizin üçün çox faydalı ola bilər.

Dünya kitabxanaları internetdə

www.ryl.az saytının istifadəçisi!
dünya ədəbiyyatından onlayn istifadə etmək istəyirsinizsə, buyurun... "Dünya kitabxanaları internetdə" linkı bu işdə Sizə yardımçı olar

Təhsil ocaqlarının veb ünvanları

Əziz şagird, sevimli tələbə!
BU səhifədə Siz ölkəmizdə fəaliyyət göstərən təhsil ocaqlarına virtual səyahət edə bilərsiniz.