Respublika Gənclər Kitabxanası hərbi jurnalist Emin Səfərov ilə canlı görüş keçirib

Respublika Gənclər Kitabxanası 22 iyul Milli Mətbuat və Jurnalistika Günü münasibətilə “Vətən müharibəsi jurnalistlərin gözü ilə” başlığı altında “Qafqazinfo” nun müxbiri, hərbi jurnalist Emin Səfərov ilə İnstagram üzərindən canlı yayım təşkil etmişdir. İstifadəçilərini Qarabağ uğrunda gedən Vətən Müharibəsinin xatirələri, faktları, qəhrəmanları, şəhid və qaziləri, müharibə iştirakçıları ilə tanış etmək məqsədilə keçirilən bu canlı yayımlardan biri olan bu görüş 15 iyul 2021-ci il tarixində baş tutdu. “Sevilənlər sevənlər” rubrikası altında keçirilən bu canlı yayım Emin Səfərovun Vətən müharibəsində şahid olduğu Azərbaycan oğullarının qəhrəmanlığı, öz oğullarını, həyat yoldaşlarını, qardaşlarını itirən ailə üzvlərinin ağır itki yaşantıları, mənfur düşmənin təxribat xarakterli əməlləri haqqında xatirələrin, faktların səsləndirilməsi ilə başladı. Qonaq uşaqlıq illərindən, Ağdam rayonundan məcburi köçkün qismində Bakıya köçməsindən, doğma ev, torpaq həsrətilə ilə keçən uşaqlıq və yeniyetməlik dövründən bəhs etdi, sonradan Vətən müharibəsində qazandığımız qələbə sayəsində neçə ildən sonra doğma Ağdam rayonuna qədəm basmağından, öz ata-baba yurdunu neçə illik həsrətdən sonra görməyindən böyük qürur və iftixar hiss ilə söhbət açdı. Emin Səfərov həmçinin müharibə dövründə hərbi müxbirlərin üzərinə düşən məsuliyyət yükündən, hərbi müxbirin “5 qızıl” qaydasından da bəhs etdi. Canlı yayım zamanı erməni terrorunun qurbanları, Gəncə və Bərdə sakinləri də yad edildi, bu hadisənin canlı şahidi olan Emin Səfərov o günlərin ağır xatirələri ilə bölüşdü.

Canlı yayımın aparıcısı Günay Həsonava sonda iştiraka görə qonağa minnətdarlığını bildirdi, Emin Səfərov isə öz növbəsində bu səpkili canlıların əhəmiyyətini vurğulayaq, bü işin həm məhsuliyyətli, həm mürəkkəb və eyni zamanda da çox şərəfli olduğunu qeyd etdi, kitabxananın rəhbəri Oruc Quliyevə və bütün kollektivinə öz dərin təşəkkürünü bildirdi.

İstifadəçilər hərbi müxbir Emin Səfərovun iştirakı ilə keçirilən canlı yayıma https://www.instagram.com/p/CRYeST6Cd4K/ linkı vasitəsilə baxa bilərlər.

Kitabxanada keçirilən TƏDBİRLƏR

Əziz gənc dost!
Kitabxanada keçirilən çoxsaylı kütləvi tədbirlərin, elmi-praktiki konfransların, sərgilərin tam mətni ilə burda tanış ola bilərsiniz.

Kitabxanada keçirilən TRENİNQLƏR

Hörmətli sayt istifadəçimiz
Kitabxanada mütəmadi olaraq həmkar idarələrin əməkdaşları üçün müxtəlif mövzulu treninqlər keçirilir. Buyurub baxa bilərsiniz.

Gənclər hərəkatı və hərbi vətənpərvərlik

Əziz vətənpərvər dost
Kitabxana fəliyyətində vətənpərvərlik mövzusuna daim xüsusi dissət ayırmışdır. Bu səhifədə Siz bu mövzuda maraqlı məlumatlar ilə tanış ola bilərsiniz.

Azərbaycan kitabxanaları internetdə

Əziz gənc dost!
Ölkəmizdə fəaliyyət göstərən kitabxanalardan yararlanmaq istəyirsinizsə, o zaman bu link Sizin üçün çox faydalı ola bilər.

Dünya kitabxanaları internetdə

www.ryl.az saytının istifadəçisi!
dünya ədəbiyyatından onlayn istifadə etmək istəyirsinizsə, buyurun... "Dünya kitabxanaları internetdə" linkı bu işdə Sizə yardımçı olar

Təhsil ocaqlarının veb ünvanları

Əziz şagird, sevimli tələbə!
BU səhifədə Siz ölkəmizdə fəaliyyət göstərən təhsil ocaqlarına virtual səyahət edə bilərsiniz.