Respublika Gənclər Kitabxanasının “Vətən müharibəsi qəhrəmanları gənc rəssamların gözü ilə” virtual sərgisi

Respublika Gənclər Kitabxanasının “Zəfərə gedən yol” layihəsi çərçivəsində təşkil olunan “Vətən müharibəsi qəhrəmanları gənc rəssamların gözü ilə” virtual sərgisi izləyicilərə nümayiş olunmuşdur. Öncədən də məlumat vürdiyimiz kimi, virtual sərgi Respublika Gənclər Kitabxanasının uzun müddətdir ki əməkdaşlıq etdiyi, birlikdə bir sıra uğurlu layihələrə imza atdığı Azərbaycan Rəssamlar İttifaqının fəxri üzləri Elnurə və Aygün İsgəndərovlar ilə birlikdə təşkil olunmuşdu. “Vətən müharibəsi qəhrəmanları gənc rəssamların gözü ilə” virtual sərgisində 20-dən çox gənc, həvəskar rəssamların Vətən müharibəsi qəhrəmanlarına həsr etdikləri rəsm əsərləri onlayn rejimdə nümayiş olunmuşdu. Virtual sərgidə Rəssamlıq Akademiyasının, Azərbaycan Pedaqoji İnstitutunun, “Odlar Yurdu” Universitetinin, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin, Gəncə Dövlət Universitetinin, Azərbaycan Texnologiya Universitetinin, Bakı Biznes və Koopirasiya Kollecinin, və s. ali və orta məktəblərin tələbə və şagirdlərinin, gənc həvəskar rəssamların 40-dan çox əl işləri yer almışdır. Virtual sərgidə izləyicilər Misir Maxsudlunun “Polad Həşimov”, Aysel Mayılovanın “Zəfər”, Ayxan İsayevin “Şuşa”, Cəmilə Cəfərzadənin “Zəfər” və s. işlər ilə tanış olmaq imkanı qazanmışlar. Virtual sərgidə təqdim edilən rəsmlərin bir hissəsi Vətən müharibəsində qazanılan şanlı qələbənin görüntülərini təsvir etməklə yanaşı, əksəriyyəti məhz qəhrəman oğulların, şəhidlərin portretlərindən ibarətdir. Maraqlı və duyğusal anlardan biri odur ki, virtual sərgiyə iş təqdim edən Aytən Məmmədova adlı iştirakçı Vətən müharibəsində şəhid olan qardaşı Rəcəb Məmmədovun və əmisi oğlu Təbriz Bəkirovun portretlərini işləmişdir. Virtual sərginin iştirakçılarına sertifikatlar təqdim edilmişdir.

Respublika Gənclər Kitabxanasının “Zəfərə gedən yol” layihəsi çərçivəsində təşkil olunan “Vətən müharibəsi qəhrəmanları gənc rəssamların gözü ilə” virtual sərgisinə aşağıdakı link vasitəsilə baxmaq olar.
https://www.instagram.com/p/CSGxLFvFvAF/

Kitabxanada keçirilən TƏDBİRLƏR

Əziz gənc dost!
Kitabxanada keçirilən çoxsaylı kütləvi tədbirlərin, elmi-praktiki konfransların, sərgilərin tam mətni ilə burda tanış ola bilərsiniz.

Kitabxanada keçirilən TRENİNQLƏR

Hörmətli sayt istifadəçimiz
Kitabxanada mütəmadi olaraq həmkar idarələrin əməkdaşları üçün müxtəlif mövzulu treninqlər keçirilir. Buyurub baxa bilərsiniz.

Gənclər hərəkatı və hərbi vətənpərvərlik

Əziz vətənpərvər dost
Kitabxana fəliyyətində vətənpərvərlik mövzusuna daim xüsusi dissət ayırmışdır. Bu səhifədə Siz bu mövzuda maraqlı məlumatlar ilə tanış ola bilərsiniz.

Azərbaycan kitabxanaları internetdə

Əziz gənc dost!
Ölkəmizdə fəaliyyət göstərən kitabxanalardan yararlanmaq istəyirsinizsə, o zaman bu link Sizin üçün çox faydalı ola bilər.

Dünya kitabxanaları internetdə

www.ryl.az saytının istifadəçisi!
dünya ədəbiyyatından onlayn istifadə etmək istəyirsinizsə, buyurun... "Dünya kitabxanaları internetdə" linkı bu işdə Sizə yardımçı olar

Təhsil ocaqlarının veb ünvanları

Əziz şagird, sevimli tələbə!
BU səhifədə Siz ölkəmizdə fəaliyyət göstərən təhsil ocaqlarına virtual səyahət edə bilərsiniz.