Respublika Gənclər Kitabxanasının 12 avqust Beynəlxalq Gənclər Günü münasibətilə “Gənclərlə xoşbəxt gələcəyə” adlı tədbiri

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası 12 avqust 2021-ci il tarixdə Gəncə Regional Mədəniyyət İdarəsi, Gəncə Şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 6 saylı Kitabxana Filialı ilə birgə Beynəlxaq Gənclər günü münasibəti ilə “ZOOM” proqramı üzərindən “Gənclərlə xoşbəxt gələcəyə” adlı tədbir təşkil etdi.

Tədbir Vətən Müharibəsində torpaqlarımızın azad olunması uğrunda gedən döyüşlərdə şəhid olan Azərbaycan gənclərinin əbədi xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı.

Kitabxananın elmi işlər üzrə direktor müavini Xalidə Musayeva tədbiri ölkəmizdə gənclər siyasətinin əsasını qoymuş ümummilli lider Heydər Əliyevin “Hər bir xalqın, hər bir millətin, hər bir ölkənin gəncləri onun həm bu günüdür, həm də sabahıdır, ümididir” sözləri ilə açaraq, respublikamızın müstəqillik və dövlətçiliyinin möhkəmləndirilməsində, etibarlı gələcəyimizin təmin edilməsində, ictimai-siyasi fəallığının yüksəldilməsində gənclərin rolundan danışdı.

Gəncə Regional Mədəniyyət idarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş kitabxana sisteminin direktor əvəzi Fəridə Qədimova, Gəncə şəhər Gənclər və İdman baş idarəsi təşkilat sektorunun baş məsləhətçisi Sənan Səmədov, Gəncə şəhər MKS-in 6 saylı Gənclər kitabxana filialının müdiri Məryəm Məmmədova, Gəncə Maarif Evi ictimai birliyinin rəhbəri İmamaverdi Vəliyev ulu öndər Heydər Əliyevin gənclərə həmişə böyük diqqət və qayğı göstərməsi, təhsil almaq üçün xarici ölkələrə göndərməsi, müasir Azərbaycan gəncliyinin uğurları, respublikamızın bütün dünyada tanınmasında rolu, “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı mövzularında çıxışlar etdilər.

“Gəncliyə Dəstək üçün Ümumi Birlik” ictimai birliyinin sədri Mübariz Quliyev öz çıxışında “Gənclər Forumları, Azərbaycan Respublikasının Gənclər Fondunun fəaliyyəti” haqqında məlumat verdi, müasir günümüzdə gənclər qarşısında açılan maraqlı perspektivlər haqqında fikirlər söylədi.

Hüquq İnformasiya şöbəsinin müdiri Günay Həsənova Respublika Gənclər Kitabxanasının pandemiya dövründə gənclərin maarifləndirilməsi, onlarda hərbi vətənpərvərlik ruhunun yüksəldilməsi yönümündə həyata keçirdiyi aksiyalardan, şeir, esse və rəsm müsabiqələrindən söhbət açdı, hal-hazırda kitabxana tərəfindən həyata keçirilən “Vətən Müharibəsinin tarix yazan qəhrəmanları” esse müsabiqəsi haqqında məlumat verdi.

Sumqayıt şəhər Əlağa Vahid adına 9 saylı kitabxananın müdiri Müjgan İbrahimova, həmin kitabxananın əməkdaşı Gülnar Hüseynova pandemiya dövründə gənclərlə aparılan iş, təşkil edilən onlayn konfranslar haqqında məlumat verdilər.

Respublika Gənclər Kitabxanasının şöbə müdiri Qənirə Mustafayeva, əməkdaşları Lətifə Cəfərova və Əminə Vəliyeva ulu öndər Heydər Əliyevin həmişə gəncliyə böyük ümidlər bəsləməsi, bu qayğı və diqqətin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən də davam etdirilməsi mövzusunda çıxışlar etdilər.

Bakı Slavyan Universitetinin “Azərbaycan filologiyası” fakültəsinin 3-cü kurs tələbəsi Fatimə Ələkbərova gəncləri bayram münasibəti ilə təbrik etdi, çıxışı zamanı Azərbaycan şairləri Nizami Gəncəvi, M.Müşfiq və C.Cabbarlının şeirlərini səsləndirdi.

Bundan əlavə kitabxana 12 avqust Beynəlxalq Gənclər Günü münasibətilə özündə gənclər siyasətinə dair beynəlxalq və yerli təcrübəni əks etdirən məlumatlardan ibarət video çarx da hazırlamışdır. Çarxda Beynəlxalq və Azərbaycan Gənclər Gününün yaranma tarixi haqqında məlumat verilir, Azərbaycanda gənclərə göstərilən qayğı və diqqət işıqlandırılır. Sözügedən material linkı https://www.youtube.com/watch?v=6sTL5WIbr3E altında kitabxananın Youtube kanalına yerləşdirilmişdir.

Kitabxanada keçirilən TƏDBİRLƏR

Əziz gənc dost!
Kitabxanada keçirilən çoxsaylı kütləvi tədbirlərin, elmi-praktiki konfransların, sərgilərin tam mətni ilə burda tanış ola bilərsiniz.

Kitabxanada keçirilən TRENİNQLƏR

Hörmətli sayt istifadəçimiz
Kitabxanada mütəmadi olaraq həmkar idarələrin əməkdaşları üçün müxtəlif mövzulu treninqlər keçirilir. Buyurub baxa bilərsiniz.

Gənclər hərəkatı və hərbi vətənpərvərlik

Əziz vətənpərvər dost
Kitabxana fəliyyətində vətənpərvərlik mövzusuna daim xüsusi dissət ayırmışdır. Bu səhifədə Siz bu mövzuda maraqlı məlumatlar ilə tanış ola bilərsiniz.

Azərbaycan kitabxanaları internetdə

Əziz gənc dost!
Ölkəmizdə fəaliyyət göstərən kitabxanalardan yararlanmaq istəyirsinizsə, o zaman bu link Sizin üçün çox faydalı ola bilər.

Dünya kitabxanaları internetdə

www.ryl.az saytının istifadəçisi!
dünya ədəbiyyatından onlayn istifadə etmək istəyirsinizsə, buyurun... "Dünya kitabxanaları internetdə" linkı bu işdə Sizə yardımçı olar

Təhsil ocaqlarının veb ünvanları

Əziz şagird, sevimli tələbə!
BU səhifədə Siz ölkəmizdə fəaliyyət göstərən təhsil ocaqlarına virtual səyahət edə bilərsiniz.