www.ryl.az

“Şanlı urfa və Battal qazidən Qarabağa könül körpüsü” adlı tədbir

Yunus Əmrə İnsitutu Bakı Türk Mədəniyyət Mərkəzində 2 avqust 2018-ci il, saat 14:00-da Dos.Dr. Qənirə Paşayevanın başçılıq etdiyi “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin dəvəti ilə Bakıya gələn Türkiyə Cümhuriyyətinin Şanlı urfa Böyük şəhər bələdiyyəsinin başqanı Nihat Çiftçi, Malatya Battal Qazi bələdiyyəsinin başqanı Səlahəddin Gürkan, GAP Media mənsubları Cəmiyyətinin başqanı Hamit Özpolat və “Duru TV”-nin baş müdiri Mehmet Canbekdən ibarət heyətin iştirakı ilə “Şanlı urfa və Battal qazidən Qarabağa könül körpüsü” adlı tədbir keçirildi. Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının əməkdaşları Bakı Yunis Əmrə İnstitutu ilə birgə əməkdaşlıq çərçivəsində tədbirdə iştirak etmişlər.

Yunus Əmrə İnstitutunda keçirilən tədbirdə çıxış edən Milli Məclisin deputatı Qənirə Paşayeva tədbirin məqsədindən danışaraq türkiyəli qonaqların ölkəmizdə bir sıra dövlət qurumları, xüsusilə də Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin rəhbərliyi, Abşeron rayon icra hakimiyyətinin rəhbərliyi, bir sıra vətəndaş cəmiyyətində fəal olan qeyri-hökumət təşkilatları, millət vəkilləri, iş adamları birlikləri, KİV təmsilçiləri ilə görüşlər keçirdiyini, gələcəkdə əməkdaşlıqların daha da güclənməsi istiqamətində müzakirələrin aparıldığını diqqətə çatdırıb. Millət vəkili Q.Paşayeva Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə işğal altında olan torpaqlarımızın tezliklə azad ediləcəyinə ümidvar olduğunu bildirib və əməkdaşlıq sayəsində o gözəl yurd yerlərimizdə Şanlı urfa, Battalqazi kimi parkların açılacağını vurğulayıb.

Qeyd edək ki, tədbirdə millət vəkilləri, QHT rəsmiləri, yazarlar, şairlər, ziyalılar, təşkilat və KİV nümayəndələri iştirak ediblər.

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının Bakı Yunis Əmrə İnstitutu ilə birgə əməkdaşlığı çərçivəsində kitabxananın direktoru Oruc Quliyev, kitabxananın əməkdaşları və Türkiyə Respublikasının Kastamonu Üniversitetinin kitabxanada təcrübə keçən tələbələri çıxış etmişlər.

Tədbirin FOTO GÖRÜNTÜLƏRİ

Kitabxanada keçirilən TƏDBİRLƏR

Əziz gənc dost!
Kitabxanada keçirilən çoxsaylı kütləvi tədbirlərin, elmi-praktiki konfransların, sərgilərin tam mətni ilə burda tanış ola bilərsiniz.

Kitabxanada keçirilən TRENİNQLƏR

Hörmətli sayt istifadəçimiz
Kitabxanada mütəmadi olaraq həmkar idarələrin əməkdaşları üçün müxtəlif mövzulu treninqlər keçirilir. Buyurub baxa bilərsiniz.

Gənclər hərəkatı və hərbi vətənpərvərlik

Əziz vətənpərvər dost
Kitabxana fəliyyətində vətənpərvərlik mövzusuna daim xüsusi diqqət ayırmışdır. Bu səhifədə Siz bu mövzuda maraqlı məlumatlar ilə tanış ola bilərsiniz.

Azərbaycan kitabxanaları internetdə

Əziz gənc dost!
Ölkəmizdə fəaliyyət göstərən kitabxanalardan yararlanmaq istəyirsinizsə, o zaman bu link Sizin üçün çox faydalı ola bilər.

Dünya kitabxanaları internetdə

www.ryl.az saytının istifadəçisi!
dünya ədəbiyyatından onlayn istifadə etmək istəyirsinizsə, buyurun... "Dünya kitabxanaları internetdə" linkı bu işdə Sizə yardımçı olar

Təhsil ocaqlarının veb ünvanları

Əziz şagird, sevimli tələbə!
BU səhifədə Siz ölkəmizdə fəaliyyət göstərən təhsil ocaqlarına virtual səyahət edə bilərsiniz.