“Biz o yurdlara qayıdacağıq - Füzuli, Cəbrayıl və Qubadlının işğalından 25 il ötür” başlığı altında dəyirmi masa

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında “Biz o yurdlara qayıdacağıq - Füzuli, Cəbrayıl və Qubadlının işğalından 25 il ötür” başlığı altında dəyirmi masa keçirildi.

Tədbir Azərbaycanın suverenliyi, ərazisinin toxunulmazlığı uğrunda şəhid olanların əbədi xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı.

Tədbiri hüquqi informasiya şöbəsinin müdiri Günay Həsənova açaraq tədbir haqqında qısa məlumat verdikdən sonra iştirakçıları təqdim etdi.

Kitabxananın direktoru Oruc Quliyev tədbirin aktuallığından danışaraq qeyd etdi ki, işğal olunmuş hər üç rayon öz gözəlliyi və sərvətləri ilə yadellilərin diqqətini daim cəlb etmişdir. Azərbaycana qarşı ədalətsiz müharibə aparıldığını, onun ərazi bütövlüyünün pozulduğunu və torpaqlarının ermənilər tərəfindən işğal olunduğunu BMT də təsdiq etmişdir. BMT Təhlükəsizlik Şurası 1993-cü il oktyabrın 14-də Füzuli, Cəbrayıl rayonlarının işğalını pisləyən və həmin ərazilərin tərk edilməsini tələb edən 874 və 884 №-li qətnamələr qəbul etsə də əvvəlki qətnamələr kimi, bu qətnamələr də yerinə yetirilməmişdir.

Şair-publisist, “Həkəri”qəzetinin baş redaktoru Rauf İlyasoğlu Qubadlı rayonunun işğal tarixi, bu işğalın nəticəsi kimi itirilən maddi sərvətləri həmçinin, Qubadlının şəhidləri haqqında geniş məlumat verdi.

Kitabxananın əməkdaşları Səadət Şəfiyeva və Nübar Cəlilova mövzu ilə əlaqədar məruzə etdilər.

Yasamal rayon Qarabağ müharibəsi Əlilləri, Veteranları və Şəhid ailələri İctimai Birliyinin üzvləri Babayev Valeh, Səfərov Mübariz, Əmirov Fəxrəddin, Səfərov Qiyas, Hüseynov Zülfüqar keçdikləri döyüş yolundan danışdılar.

Tədbirdə həmçinin Şuşa şəhər MKS-in xidmət şöbəsinin müdiri Elmira Abdullayeva, həmin kitabxananın əməkdaşları Tahirə Quliyeva, Nuranə Muxtarova, Şəhla Süleymanova da iştirak edirdilər.

Tədbir boyu Füzuli, Cəbrayıl və Qubadlının işğalına həsr olunmuş video rolik nümayiş edildi.

Tədbirin sonunda biblioqraf Tamella Məmmədova “Biz o yurdlara qayıdacağıq - Füzuli, Cəbrayıl və Qubadlının işğalından 25 il ötür” başlığı altında sərgidə nümayiş olunan ədəbiyyat haqqında geniş məlumat verdi.

Tədbirin FOTO GÖRÜNTÜLƏRİ

Kitabxanada keçirilən TƏDBİRLƏR

Əziz gənc dost!
Kitabxanada keçirilən çoxsaylı kütləvi tədbirlərin, elmi-praktiki konfransların, sərgilərin tam mətni ilə burda tanış ola bilərsiniz.

Kitabxanada keçirilən TRENİNQLƏR

Hörmətli sayt istifadəçimiz
Kitabxanada mütəmadi olaraq həmkar idarələrin əməkdaşları üçün müxtəlif mövzulu treninqlər keçirilir. Buyurub baxa bilərsiniz.

Gənclər hərəkatı və hərbi vətənpərvərlik

Əziz vətənpərvər dost
Kitabxana fəliyyətində vətənpərvərlik mövzusuna daim xüsusi diqqət ayırmışdır. Bu səhifədə Siz bu mövzuda maraqlı məlumatlar ilə tanış ola bilərsiniz.

Azərbaycan kitabxanaları internetdə

Əziz gənc dost!
Ölkəmizdə fəaliyyət göstərən kitabxanalardan yararlanmaq istəyirsinizsə, o zaman bu link Sizin üçün çox faydalı ola bilər.

Dünya kitabxanaları internetdə

www.ryl.az saytının istifadəçisi!
dünya ədəbiyyatından onlayn istifadə etmək istəyirsinizsə, buyurun... "Dünya kitabxanaları internetdə" linkı bu işdə Sizə yardımçı olar

Təhsil ocaqlarının veb ünvanları

Əziz şagird, sevimli tələbə!
BU səhifədə Siz ölkəmizdə fəaliyyət göstərən təhsil ocaqlarına virtual səyahət edə bilərsiniz.