Azərbaycanın Rus İcmasının Yanında Rus Mədəniyyət Mərkəzi ilə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının gələcəkdə birgə əməkdaşlığı məqsədilə görüş.

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının kollektivi 11 sentyabr 2018-ci il tarixdə “XXI əsr Gənclər Kitabxanaları- Ənənələr, innovasiyalar. Öyrənək, öyrədək” layihəsi çərçivəsində Azərbaycanın Rus İcmasının Yanında Rus Mədəniyyət Mərkəzində oldular. Kitabxananın direktoru Oruc Quliyev görüşün əsas məqsədinin birgə əməkdaşlıq, müxtəlif layihələrdə, kütləvi tədbirlərdə bərabər iştirak, Azərbaycan və Rusiya Gənclər Kitabxanalarının sıx əlaqələr saxlaması, layihənin adından göründüyü kimi öyrənmək və öyrətmək olduğunu bildirdi. Oruc Quliyev həmçinin, bu il 90 yaşı tamam olan Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının tarixi, fəaliyyəti, oxucuları, kitab fondu haqqında da məlumat verdi.

Direktor Qalina Manafova mərkəzin 25 ilə yaxın fəaliyyət göstərməsindən, müxtəlif layihələrdə uğurla iştirakından, təşkilatlarla birgə əməkdaşlığından danışıb kitabxana kollektivini tədris otaqları, musiqi studiyası, akt zalı, kitabxana, kütləvi tədbirlər zamanı rəqslər, səhnəciklərlə çıxış etmək üçün dünya xalqlarının milli geyimlərindən ibarət zəngin qarderobu ilə tanış etdi. Bildirdi ki, mərkəzə üç yaşdan yuxarı milliyyətindən asılı olmayaraq bütün vətəndaşlar müraciət edə bilirlər. Azyaşlılar məktəbə hazırlıq, yuxarı yaş qrupuna malik olanlar fransız, ingilis və sair xarici dil kurslarında məşğul olurlar. Qalina Manafova Azərbaycan kitabxanaları ilə mərkəzin əməkdaşlıq etdiyini və Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında iki dəfə elmi-praktiki konfransda iştirakını xüsusi vurğuladı.

Azərbycan və Rusiya Gənclər Kitabxanalarının yeni standartlara uyğun tərtibatı, beynəlxalq təcrübələr, birgə əməkdaşlığın səmərəliyi mövzusunda davam edən görüşün sonunda Oruc Quliyev Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının adından Azərbaycanın Rus İcmasının Yanında Rus Mədəniyyət Mərkəzinə “Энциклопедия Азербайджанского мугама” kitabını hədiyyə verdi.

Tədbirin FOTO GÖRÜNTÜLƏRİ

Kitabxanada keçirilən TƏDBİRLƏR

Əziz gənc dost!
Kitabxanada keçirilən çoxsaylı kütləvi tədbirlərin, elmi-praktiki konfransların, sərgilərin tam mətni ilə burda tanış ola bilərsiniz.

Kitabxanada keçirilən TRENİNQLƏR

Hörmətli sayt istifadəçimiz
Kitabxanada mütəmadi olaraq həmkar idarələrin əməkdaşları üçün müxtəlif mövzulu treninqlər keçirilir. Buyurub baxa bilərsiniz.

Gənclər hərəkatı və hərbi vətənpərvərlik

Əziz vətənpərvər dost
Kitabxana fəliyyətində vətənpərvərlik mövzusuna daim xüsusi diqqət ayırmışdır. Bu səhifədə Siz bu mövzuda maraqlı məlumatlar ilə tanış ola bilərsiniz.

Azərbaycan kitabxanaları internetdə

Əziz gənc dost!
Ölkəmizdə fəaliyyət göstərən kitabxanalardan yararlanmaq istəyirsinizsə, o zaman bu link Sizin üçün çox faydalı ola bilər.

Dünya kitabxanaları internetdə

www.ryl.az saytının istifadəçisi!
dünya ədəbiyyatından onlayn istifadə etmək istəyirsinizsə, buyurun... "Dünya kitabxanaları internetdə" linkı bu işdə Sizə yardımçı olar

Təhsil ocaqlarının veb ünvanları

Əziz şagird, sevimli tələbə!
BU səhifədə Siz ölkəmizdə fəaliyyət göstərən təhsil ocaqlarına virtual səyahət edə bilərsiniz.